Hörmətli Adnan Oktarın 8 yanvar 2013-ci il tarixli söhbətindən Mücadilə surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Mücadilə surəsi, 22: “Özündən bir ruh ilə dəstəkləmişdir.” Ayə var. Özündən bir ruh, Cəbrayıl, Cəbrayıl (ə.s) ilə dəstəkləyir Allah. Ayə təbii açıq-aşkar hz. Mehdi (ə.s)-a baxır eyni zamanda. “Çünki onlar Allahın firqəsidir.” Hizbullah qrupu- Allah birliyi. Bu hz. Mehdi (ə.s)-a baxır. “Diqqət yetirin, şübhəsiz ki, Allahın firqəsi olan nicat, ümidlərini reallaşdırıb qurtuluş tapanlardır.” Ümidləri nədir? İslam Birliyi, Allahın razılığı. Hər ikisini də Allah onlara verir. “Onların ayaqları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir” deyir, Allah onları. Cənnət sevgisini Allah ürəyimizə yazmış. Hz. Mehdi (ə.s) və tələbələri də cənnətdədir inşaAllah. Orada müddətsiz olaraq qalacaqlar. “Təbii təmiz möminlərə də baxan bir ayə. “Allah onlardan razıdır, onlar da Ondan (Allahdan) razı olmuşlar” deyir. Hər iki tərəf. Allahdan möminlər razı olur, möminlərdən də Allah razı olur. Ürəklərinə imanı yazmış, möhkəm iman. “Onları özündən bir ruh ilə dəstəkləmişdir.” Cəbrayıl (ə.s) ilə. Hz. Mehdi (ə.s)-ın sağında Cəbrayıl (ə.s), solunda Mikayıl (ə.s). Üç min mələklə dəstəklənir hz. Mehdi (ə.s). Peyğəmbərimiz (s.ə.v); “Səhv etməz, hz. Mehdi (ə.s) “deyir. “Səhv kimi görünür, o da doğrudur” deyir. Əgər səhv edərsə onsuz da dərhal mələklər kömək edir, etdirmirlər. Hz. Mehdi (ə.s) ehkamda günahsızdır ona görə. “Günahsız olan Mehdi,” bilinər. Yalnız ona, hz. Mehdi (ə.s)-a məxsusdur. Xüsusi olaraq Allah tərəfindən qorunulur hz. Mehdi (ə.s).