Hörmətli Adnan Oktarın 18 yanvar 2013 tarixli söhbətindən Kəhf surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Kəhf surəsi, 60-cı ayə; Mərvə hocam buyurun.
MƏRVƏ BÖYÜKBAYRAQ: Qovulmuş şeytandan Allahım Sənə sığınıram; Kəhf surəsi, 60-cı ayə: “Yadına sal ki, bir zaman Musa öz gənc dostuna (xidmətində olan Yuşə ibn Nuna) belə demişdi: “Mən iki dənizin qovuşduğu yerə çatmayınca və uzun müddət gəzib dolanmayınca (bu səfərdən) geri dönməyəcəyəm!”
ADNAN OKTAR: Bu metafizik mühitdəki bir səfərdir. Bu hər hansı bir səfər deyil. Zamanın xaricinə çıxılaraq edilən bir səfərdir. Özü də, hz. Xızır (ə.s) ilə bərabərdirlər. Hz. Xızır (ə.s) ayrı bir şəriətə tabedir. Getdikləri, gördükləri yerlər zamanın xaricinə çıxaraq getdikləri yerdir. Bu hz. Musa (ə.s)-da olan xüsusi və möcüzə olan bir haldır. Gənc köməkçisiylə iki dənizin birləşdiyi yerə gedirlər. Hara? İstanbula. Görəsən gənc köməkçisi kimdir? Bir də ona baxmaq lazımdır. Soruş qardaşlarıma, kim olduğunu təxmin edirlərmi? Gənc köməkçisiylə zamanın xaricinə çıxaraq İstanbulda hara getmişlər; soruş baxaq biləcəklərmi, təxmin edəcəklərmi? Quran nəyə işarə edir, kimə işarə edir? İkinci ayəni oxu?
MƏRVƏ BÖYÜKBAYRAQ: Kəhf surəsi, 61-ci ayə: “Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda (yeməyə götürdükləri) balığı unutmuşdular, balıq dənizdə bir axıntıya doğru öz yolunu tutdu.”
DİDƏM ÜRƏR: İlk cavab gəldi; hz. Mehdi (ə.s).
ADNAN OKTAR: Allahualəm, Allahualəm. Çünki zamanda səfər edir. Hz. Musa (ə.s): “Ya Rəbbi məni Mehdi et” deyə həmişə Allaha yalvarırdı. Bir daha oxu.
MƏRVƏ BÖYÜKBAYRAQ: “Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda (yeməyə götürdükləri) balığı unutmuşdular”
ADNAN OKTAR: İki, iki. İkisi, iki dənizin birləşdiyi yerə. Allah onu Quranda qəsdən söyləyir. İkisi, iki dənizin birləşdiyi yerə. İki dənizin birləşdiyi yer İstanbuldur. İki, iki. Balıq; balıq çağı bitir, dolça dövrü başlayır. Balıqdan sonra dolça dövrü gəlir.
MƏRVƏ BÖYÜKBAYRAQ: “(Balıq) dənizdə bir axıntıya doğru öz yolunu tutdu.”
ADNAN OKTAR: Onu daha əvvəl də söyləmişdik. “Onu daha sonra söyləyəcəyimi demişəm. Bir az daha çox zamanı var, söyləyəcəyik. Davam edək.
MƏRVƏ BÖYÜKBAYRAQ: “Onlar (dənizlərin qovuşduğu yerdən) çıxıb getdikdə (Musa) öz xidmətçisinə: “Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük”– dedi.”
ADNAN OKTAR: Bu metafizik bir səfərdir. “Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük”- dedi.”
MƏRVƏ BÖYÜKBAYRAQ: “(Xidmətçi) dedi: “Qayaya sığındığımız vaxt yadına gəlirmi? (O zaman) mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. Balıq qəribə bir şəkildə dənizdə yol tutub getmişdir”.
ADNAN OKTAR: “Qayaya sığındığımız;” qayanın olduğu yerdə evi var, oraya sığınır. Sığınmaq nə deməkdir? Orada yaşamaq deməkdir. Dənizin kənarında qayalıq bir yerdə sığındığı bir yer var.
MƏRVƏ BÖYÜKBAYRAQ: “(Musa:) “Elə istədiyimiz də bu idi!”– dedi. Sonra onlar öz ləpirlərinin izinə düşüb geri qayıtdılar.”
ADNAN OKTAR: İkisi də izləri üzərində zamanda geriyə doğru qayıdırlar.
MƏRVƏ BÖYÜKBAYRAQ: “Deyərkən, Qatımızdan özünə bir rəhmət verdiyimiz və tərəfimizdən özünə bir elm öyrətdiyimiz qullarımızdan bir qulu tapdılar.”
ADNAN OKTAR: Sən ona istər Abdulhey, istər Abdülrəzzaq ya da hz. Xızır (ə.s) de, amma Peyğəmbərimiz (s.ə.v)-in ona verdiyi ad ‘Xızırdır’. Əlbəttə ki, çox adı vardır, bir neçə adı vardır. Məsələn, Tövratda adı başqa cür, xristianlıqda adı başqa cürdür, dəyişikdir. Xalq arasında Xızır da deyirlər. Yəni, batini elmin sultanı, elmi ledünün sultanı. Hz. Mehdi (ə.s)-a baxdığımızda, onun da elmi ledünə hakim olduğunu görürük. İstanbuldakı böyük alim niyə etiraz edir? Hz. Musa (ə.s) niyə etiraz edir? Haşa, əlbəttə ki, hz. Musa (ə.s) ilə müqayisə edilməzdir. Hz. Musa (ə.s) orada onu (hz. Xızırı) anlaya bilmir. İstanbuldakı alim də xəstə olduğu üçün anlaya bilmir. Ondakı elmi, dərinliyi anlaya bilmir. Anlaya bilmədiyi üçün də etiraz edir. Demək ki, hz. Mehdi (ə.s) ledün elmiylə hərəkət edir.
MƏRVƏ BÖYÜKBAYRAQ: “Musa ona dedi: “Sənə öyrədilmiş doğru yol (rüşt) olaraq sənə öyrədiləndən mənə öyrətmək üçün sənin arxanca gələ bilərəmmi?” Rüşd, yəni doğru yol, Quran, Allahın Kitabı, o dövrdə Tövrat. Amma Allah: “doğrunu ondan öyrənəcəksən” deyir.
MƏRVƏ BÖYÜKBAYRAQ: “(Hz. Xızır) dedi ki: ‘Həqiqətən sən, mənimlə birlikdə olma səbrini göstərməyə güc çatdıra bilməzsən.’”
ADNAN OKTAR: İnsanlar hz. Mehdi (ə.s) ilə birlikdə olma səbrinə güc çatdıra bilirmi? Güc çatdıra bilmirlər. Neçə adam güc çatdıra bilir? Bəlkə də hz. Mehdi (ə.s)-ın minlərlə tələbəsi olar, amma 313 nəfər güc çatdıra bilir. Başlanğıcda 9 adam, sonra 30 adam güc çatdıra bilir. Çünki hz. Mehdi (ə.s)-ın etdiklərini, həyatını, danışmalarını anormal, çox çətin, riskli və təhlükəli görürlər. Ona görə uzaq dururlar.
MƏRVƏ BÖYÜKBAYRAQ: “Axı sən (səbəbini) bilmədiyin bir şeyə necə səbir edə bilərsən?”
ADNAN OKTAR: Deməli özü ayrı, zahiri ayrı; özü dərinliyə doğru gedir. Özünü qavraya bilməz, ümumiyyətlə insanlar həmişə səthi yanaşırlar. Baxar, vəziyyətə görə qərar verər. İnsanlar səthidir. Amma hz. Mehdi (ə.s)-dakı mövqe dərinliyə əsaslandığı üçün səthi yanaşanlar batırlar. Ancaq dərin baxan, qəlb gözüylə baxan görə bilir.
MƏRVƏ BÖYÜKBAYRAQ: (Musa) dedi: “İnşaAllah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam”.
ADNAN OKTAR: Deməli müvəffəqiyyətin açarı səbirdir. Hz. Mehdi (ə.s) tələbələrində ən çox nə olacaq? Səbir, mətanət olacaq.
MƏRVƏ BÖYÜKBAYRAQ: “(Xızır) dedi: “Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma”.
ADNAN OKTAR: Lazım olsa izah edər. İzah etmirsə təvəkkül edib hüsnü zənn etmək lazımdır. Hz. Mehdi (ə.s)-a hüsnü zənn etmək əsasdır. Hüsnü zənn edə bilmədiyin halda batarsan. Hz. İsa Məsih (ə.s)-da da elədir, hüsnü zənn edə bilməyən batar.
MƏRVƏ BÖYÜKBAYRAQ: “Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət (gəlib) gəmiyə mindikləri zaman (Xızır) onu deşdi.”
ADNAN OKTAR: Baxın məsələn, gəmini deşmək… Deməli, hz. Mehdi (ə.s)-da elə bir hadisələr olacaq ki, çox təhlükəli görüləcək. Gəmini deşmək fəlakət deməkdir, günahdır. Deməli hz. Mehdi (ə.s)-ın ətrafında olanlar böyük günahlarla ittiham ediləcəklər, sanki böyük cinayət törədirmiş kimi görünəcəklər. Gəmini deşmək nə deməkdir? Zahirdən baxışa görə terror deməkdir. Çox təhlükəli bir şeydir. Belə bir vəziyyətdə onun yanına kim yanaşar? Heç kim yanaşmaz. Bir çox insan yanaşmaz. Gəmini deşən bir insanın yanına insan yanaşarmı? Çox təhlükəlidir. Amma hz. Xızırın etdiyi batini elmə görə haqdır, doğrudur. Deməli gəmi dənizin kənarındadır və dəniz də hər hansı bir dəniz deyil; şəhərin içindədir. Gəminin hərəkətli olması, gəmilərlə dolu olması üçün boğaz üzərində olan bir şəhər olmalıdır. Dünyada da iki dənizin birləşdiyi, boğaz üzərində olan tək şəhər İstanbuldur, başqa yoxdur.
MƏRVƏ BÖYÜKBAYRAQ: “(Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, (günahı) böyük olan bir iş gördün.”
ADNAN OKTAR: Baxın, günahlandırır; “Doğrusu, (günahı) böyük olan bir iş gördün.” Hz. Mehdi (ə.s)-a nə deyəcəklər? “Bu çox günah bir işdir, səhv etdin” deyəcəklər. “Sən ümməti məhv etmək üçünmü gəldin? İnsanları batırmaq üçünmü fəaliyyət edirsən?” deyəcəklər. Hz. Musa (ə.s) nə deyir? “İçindəkiləri batırmaq üçünmü gəldin?” Yəni, “bu adamları öldürməyəmi, batırmağamı, məhv etməyəmi gəldin?” deyir. Hz. Xızır haqqında səhv diaqnoz qoyur, çünki bu qədərindədir. Hz. Musa (ə.s) Ulul Əzm bir Peyğəmbərdir, lakin Allah qədərini elə yaratmış.
MƏRVƏ BÖYÜKBAYRAQ: “(Xızır) dedi: “Mən demədimmi ki, sən mənim yanımda səbir edə bilməzsən?” Hz. Mehdi (ə.s)-a tələbə olmaq çox çətindir, Quran ona işarə edir. Dəfələrlə vurğulayır. Adam deyir ki; “Mən səbir edərəm. Yox, edərəm” deyir; edə bilməzsən. “Yox, edərəm” deyir; yox, edə bilməzsən. Çox çətindir. Fövqəladə iradə, səbir, mətanət, hüsnü zənn və dərin iman lazımdır. Onun xaricində edə bilməzsən. Elə olsa, hz. Mehdi (ə.s)-ın milyonlarla tələbəsi olar. Niyə 313 nəfər olsun? Peyğəmbərimiz (s.ə.v): “313 dənə olacaq” deyir. ” Əhli-Bədrin sayı qədər” deyir.
MƏRVƏ BÖYÜKBAYRAQ: “(Musa) dedi: “Unutduğum bir şeydən ötrü məni qınama və öz işimdə məni çətinliyə salma!.”
ADNAN OKTAR: Unutma, Axırzamanın bir xüsusiyyətidir. Peyğəmbərimiz (s.ə.v): “Hz. Mehdi (ə.s) dövründə unutqanlıq yayılacaq” deyir. Hədislərdə var. Axırzamana məxsus bir şeydir. Hz. Musa (ə.s) peyğəmbər olduğu üçün yalan danışmaz. Unutduğu məlumdur. “Unutduğum bir şeydən ötrü məni qınama və öz işimdə məni çətinliyə salma!” deyir. Üslubu da çox səmimidir.
MƏRVƏ BÖYÜKBAYRAQ: “Beləcə ikisi (yenə) yola düşdülər.”
ADNAN OKTAR: Bax həmişə ikisi, iki nəfər, iki, iki…
MƏRVƏ BÖYÜKBAYRAQ: “Nəhayət, bir uşaq ilə rastlaşdıqda (Xızır) onu öldürdü.”
ADNAN OKTAR: Görürsünüzmü? Dəhşətli bir mühit kimi bir mühit yaranır. Gəmini batırır, adam öldürür kimi görünür. Çox təhlükəli bir insan kimi görünüşündə, haşa. Hz. Mehdi (ə.s)-a veriləcək profil də bu tərzdə olacaq. İnsanlara çox təhlükəli göstəriləcək. Həm dini məhv edən, həm şəriətə müxalif, həm də çox təhlükəli biri kimi göstəriləcək.
MƏRVƏ BÖYÜKBAYRAQ: ” (Musa) dedi: “Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin?.”
ADNAN OKTAR: O şəriətə görə hərəkət edir. Tövratda elədir. Cana can qisası vardır. Orada elə bir şey yoxdur, tək yanlı qərar vermişdi.
MƏRVƏ BÖYÜKBAYRAQ: “And olsun, çox pis bir iş tutdun.”
ADNAN OKTAR: O dövrdə bu fəaliyyət hz. Xızır (ə.s)-ın fəaliyyətlərindən biridir. Hz. Xızır (ə.s) lazım olsa bina da yıxacaq.
MƏRVƏ BÖYÜKBAYRAQ: “(Xızır) dedi: “Sənə demədimmi ki, mənim yanımda səbir edə bilməzsən?”
ADNAN OKTAR: Səbrin nə qədər həyati bir mövzu olduğunu, möminlər üçün nə qədər həyati olduğunu bir daha xatırladır. İnsanda səbir olmadığı halda havalanar. Məsələn, xeyli uzun illər namaz qılar; səbir edə bilməz, buraxar. Müsəlman olaraq cəhd göstərər; səbir edə bilməz, buraxar. Dayanar, dayanar, səbir edər; gedər adam öldürər, Allah əsirgəsin. Səbir edə bilməz, çirkin bir söz söyləyər. Halbuki səbri istifadə etsə tamamilə xilas olacaq, həyatı çox gözəl olacaq. Səbir kiliddir; Allah səbri Quranda tərifləyir. Səbir hz. Mehdi (ə.s)-ın ən əhəmiyyətli xüsusiyyətlərindəndir və tələbələrinin də ən əhəmiyyətli xüsusiyyətlərindəndir. Bir çox insan səbir edə bilmədiyi üçün hz. Mehdi (ə.s)-a xəyanət edəcək. Səbir edən yanında qalar.
MƏRVƏ BÖYÜKBAYRAQ: “(Musa) dedi: “Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim (sonuncu) üzrxahlığa çatdın.”
ADNAN OKTAR: Hz. Musa (ə.s) artıq dəfələrlə olduğu üçün nəzakətlə: “Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma” deyir. Əlbəttə ki, onu ona Allah dedizdirir, vəhy edir. Çünki o biri müxtəlif zərər çəkmiş kimi hiss edəcək özünü. Artıq söz verdiyi üçün, orada onun üçün edəcək bir şey yoxdur.
MƏRVƏ BÖYÜKBAYRAQ: “Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət əhlinə çatıb onlardan yeməyə bir şey istədilər. Əhali onları qonaq etmək (Musaya və Xızıra yemək vermək) istəmədi.”
ADNAN OKTAR: Hz. Xızır (ə.s) istəsə yemək yeyər, istəsə yeməz; onun xüsusiyyəti elədir. “Əhali onları qonaq etmək (Musaya və Xızıra yemək vermək) istəmədi.” İnsanlar hz. Mehdi (ə.s)-ı da elə özgə, yad kimi qəbul edəcəklər. Quran ona işarə edir. Bir yerdə olduğunda insanlar ona şübhəylə baxar. Qəsəbə xalqı hz.Musa (ə.s)-a və hz. Xızır (ə.s)-a şübhəylə baxmışlar. İnsanlar hz. Mehdi (ə.s)-a da şübhəylə baxacaq, Quran ona işarə edir.
MƏRVƏ BÖYÜKBAYRAQ: “Onlar orada yıxılmaq (uçulmaq) üzrə olan bir divar gördülər. (Xızır) onu düzəltdi.”
ADNAN OKTAR: Allah, Allah! Hz. Xızır (ə.s) həm də divar ustasıdır. Və bütün masonların da piridir. Masonluq oraya əsaslanır, hz. Xızır (ə.s)-dan nümunə götürərək o dərgahı qurdular. “Yıxılmaq üzrə olan divar,” deməli hz. Mehdi (ə.s), hz. Süleyman (ə.s)-ın yıxılmaq üzrə olan o divarını tikəcək. Hz. Süleyman (ə.s)-ın məbədini yenidən quracaq; bir, ona işarə. İki; masonluğa hökm edəcək. Masonların gözlədiyi Adonun o dövrdə reallaşacağını görürük. İllərdən bəri masonlar; Adonay da deyirlər, əfəndimiz də deyirlər; yəni seyid, eyni mənanı verirlər. Masonların istifadə etdiyi ‘Adon’ sözünün qarşılığı bizim istifadə etdiyimiz seyiddir. Əfəndi mənasını verir.
MƏRVƏ BÖYÜKBAYRAQ: “(Musa) dedi: “Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın.”
ADNAN OKTAR: Tövratda Adonay deyə Allaha da elə xitab edirlər. İnsana da xitab edilə bilən bir sözdür. Bir daha oxu ayəni.
MƏRVƏ BÖYÜKBAYRAQ: “Yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Camaat onları (yeməyə) qonaq etmək istəmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər. (Xızır) onu düzəltdi. (Musa) dedi: “Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın”.
ADNAN OKTAR: Çox sürətli şəkildə inşa edir. Hz. Mehdi (ə.s) da -hədislərdə var- dünyadakı inşanı, islam aləmindəki inşanı və arxitekturanı; “hz. Mehdi (ə.s) insanların iyirmi ildə etdiyini, bir gündə edəcək.” deyir. Peyğəmbərimiz (s.ə.v): “Çox sürətli olacaq” deyir. Möhtəşəm bir sürət. Qısa müddətdə binalar tikəcək, qısa müddətdə böyük bir arxitektura meydana gətirəcək. Adonay da, Adon da elə ustadır, memardır, inşaAllah. Hədislərdən bunu anlayırıq. O qədər bina inşa edəcək olması, o qədər estetikdən anlamış olması, yıxılan binaları təmir etməsi, hz. Süleyman (ə.s)-ın məscidini yenidən düzəltməsi onun da ustad olduğunu göstərir, inşaAllah. Ayəni bir daha oxu.
MƏRVƏ BÖYÜKBAYRAQ: “Yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər.”
ADNAN OKTAR: Bir qəsəbə. Peyğəmbərimiz (s.ə.v) nə deyir? “Qara kəndindən çıxacaq” deyir. O dövrdə hələ qəsəbə, şəhər yox idi. Çünki tarix içərisində səfər edirlər.
MƏRVƏ BÖYÜKBAYRAQ: “Camaat onları (yeməyə) qonaq etmək istəmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər. (Xızır) onu düzəltdi. (Musa) dedi: “Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın”.
ADNAN OKTAR: Hz. Mehdi (ə.s) Allah rizası üçün xidmət edəcək; heç bir şəkildə xidmətinə qarşılıq nə mənfəət umar, nə də pul alacaq. Peyğəmbərlər də elədir, bilirsiniz; heç bir şəkildə mənfəət ummazdır. Quranda peyğəmbərlərin xüsusiyyəti təkrar-təkrar vurğulanır. Ayələrdə: “O sizdən bir muzd, mənfəət istəmir.” Ödənişsizdir. “Sizdən heç bir muzd, mənfəət istəməyən peyğəmbərə uyun” deyə keçir.
MƏRVƏ BÖYÜKBAYRAQ: (Xızır) dedi: “Bu, mənimlə sənin aranda ayrılıqdır. Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm.”
ADNAN OKTAR: Sirləri sonra açıqlayır. Başlanğıcda açıqlamır. Zamanı gəldiyində özü qərar verib sirri açıqlayır. Neçənci ayə?
MƏRVƏ BÖYÜKBAYRAQ: 78-ci ayə.
ADNAN OKTAR: İndi 79-cu ayəyə gələk.
MƏRVƏ BÖYÜKBAYRAQ: İnşaAllah. “Gəmiyə gəldikdə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir (yararlı) gəmini zorla ələ keçirən hökmdarın olması idi.”
ADNAN OKTAR: Bir tərəfdə bir şəhər, o biri tərəfdə, qarşı tərəfdə də bir şəhər var. İstanbul bu tərəfdə, qarşılarındakı şəhər də müsəlman olmayan Yunanıstan var. O ayəni bir daha oxu.
MƏRVƏ BÖYÜKBAYRAQ: İnşaAllah. “o, dənizdə çalışan kasıb adamlara məxsus idi.”
ADNAN OKTAR: “o, dənizdə çalışan kasıb adamlara məxsus idi.” Deməli, orada çoxlu sayda gəmilər var. O dövr yoxsulların çoxluq təşkil etdiyi bir dövr idi. Hz. Mehdi (ə.s)-ın gəldiyi dövrdə insanlar yoxsul olacaqmı? Olacaq. İstanbulda da çoxlu sayda gəmi varmı? Dəniz kənarında çoxlu sayda işləyən insanlar varmı? Var.
MƏRVƏ BÖYÜKBAYRAQ: “Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir (yararlı) gəmini zorla ələ keçirən hökmdarın olması idi.”
ADNAN OKTAR: Budur hz. Xızır (ə.s)-ın üsulu, elmi ledünün üsulu. Deməli bir şey ələ keçəriləcəksə zəif göstərilməsi lazımdır. Allah da məsələn, hz. Mehdi (ə.s)-ı da zəif göstərmişdir ki, ələ keçərilməsin. Məsələn, dinə uyğun olmayan bir insan kimi göstərər, əyləncəyə düşkün bir insan kimi göstərər, şəriətlə əlaqəsi olmayan bir insan kimi göstərər, məlumatsız bir insan kimi göstərər və yaxud qarşı tərəfə o şəkildə göstərər. Məsələn, biri deyər ki; ” hz. Mehdi (ə.s) gəlməyəcək.” Biri deyər ki; “Şəxsi mənəvidir.” Biri: “gəldi, basdırdıq” deyər. Əvvəli, sonu yoxdur. Deməli hz. Mehdi (ə.s) pərdələniləcək.
MƏRVƏ BÖYÜKBAYRAQ: “Uşağa gəldikdə, onun ata-anası mömin idilər. Biz (uşağın böyüyəndə) onları azğınlığa və küfrə sürükləməsindən qorxduq.”
ADNAN OKTAR: Quran, bir hadisə baş vermədən əvvəl, daha ilk başlanğıcında tədbir görülməsinə diqqət çəkir. Məsələn, bir fitnə müəyyəndir, arxasından nə gələcəyi, sistemin necə batacağı, nələr olacağı əvvəldən müəyyən olursa, ən başından -necə ki: “İlanın başı kiçikkən əzilməlidir.” deyirlər- tədbir görülməsinin əhəmiyyətinə Quran diqqət çəkir. Hz. Xızır (ə.s) orada tamamilə vəhyə əsaslanaraq hərəkət edir. Yəni, öz qənaətiylə hərəkət etmir, onsuz da sonra söyləyir.
MƏRVƏ BÖYÜKBAYRAQ: “Biz istədik ki, onların Rəbbi onun əvəzində onlara ondan daha təmiz və daha mərhəmətli olan (başqa)(bir)(övlad) versin.”
ADNAN OKTAR: Quranda hz. Mehdi (ə.s)-a çoxlu işarə vardır. Mövzudan mövzuya keçilir, davamlı hz. Mehdi (ə.s)-a diqqət çəkilir. Məsələn, Zülqərneyn hekayəsində hz. Mehdi (ə.s)-ı izah edir. Xızır hekayəsində yenə hz. Mehdi (ə.s)-ı izah edir. Kəhf hekayəsində yenə hz. Mehdi (ə.s)-ı izah edir. Məsələn, Kəhf surəsində başdan sona qədər hz. Mehdi (ə.s)-ın adı davamlı dəyişərək izah edilər. Məsələn, Kəhf səhabələri olaraq hz. Mehdi (ə.s) və tələbələri izah edilir. Ondan sonra hz. Xızır (ə.s) ilə hz. Mehdi (ə.s) yanındakı əlaqə izah edilir. Buradan hz. Xızır (ə.s)-ın hz. Mehdi (ə.s) ilə görüşdüyünü anlayırıq. Hz. Musa (ə.s)-ın hz. Mehdi (ə.s) ilə görüşdüyünü anlayırıq. Bilirsiniz ki, İstanbulda hz. Xızır (ə.s)-ın mövqeyi var, inşaAllah.
MƏRVƏ BÖYÜKBAYRAQ: “Divar isə, şəhərdə iki yetim uşağın idi, altında onlara aid bir xəzinə vardı;”
ADNAN OKTAR: Kimdir bu iki yetim uşaq? Hz. Mehdi (ə.s) ilə hz. İsa (ə.s). “Xəzinə”, yəni, hz. Süleyman (ə.s)-ın sandığı və bütün müqəddəs əmanətlərdir. Quranda, hamısının ortaya çıxacağına açıq-aydın işarə edən bir ayə. Xəzinəni çıxaracaqlarını deyir. Onsuz da başqa bir ayədə hz. Süleyman (ə.s)-ın sandığından bəhs edir. Tabutu Səkinə. Allah: “Və onu mələklər qoruyur” deyir. Mühafizə altında olduğunu söyləyir. “Allah qoruyur” deyir, itmədi. “Mələklər qoruyur” nə deməkdir? Quranda bildirilməsəydi itdi deyə bilərdik. Amma Allah nə deyir? “İtmədi” deyir. “Bu an onu mələklər qoruyur” deyir. Ona görə sandıq axtarılacaq. Allah zəmanət vermiş, “salamatdır, itməyib” deyir. Ayədə də “xəzinəni tapacaqsınız” deyir. “Onlara aid xəzinə.” Kimlərə aiddir? Hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-a aiddir. Müqəddəs sandıq və digər müqəddəs əmanətlər.
MƏRVƏ BÖYÜKBAYRAQ: “Ataları saleh biriydi.”
ADNAN OKTAR: Bu hz. İbrahim (ə.s)-a işarə edir, inşaAllah. Bəli, hələlik bu qədər, inşaAllah. Gedək sabah yenə gələrik, inşaAllah.