Hörmətli Adnan Oktarın 3 may 2013-cü il tarixli söhbətindən Bəqərə surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, Bəqərə surəsi, 251-ci ayə: “Beləliklə, onları, Allahın izni ilə darmadağın etdilər.” Əbcədi 2029-cu il tarixini verir. MaşaAllah, maşaAllah. Allah ömürümüzü uzun etsin, inşaAllah. “Allah ona həm hökmranlıq, həm də hikmət (peyğəmbərlik) verdi” Kimə? Hz. Davud (ə.s)-a. “Hökmranlıq, həm də hikmət (peyğəmbərlik) verdi.” deyir Allah.Yəni hakimiyyət, idarəetmə verəcək. Bilirsiniz ki, Tövratda hz. Mehdi (ə.s) Davudoğlu deyə keçir. Hz. Mehdi (ə.s) hz. Davud (ə.s)-ın soyundandır.
“Məryəm oğlu İsaya açıq möcüzələr verdik” Əbcədi 2017-ci il tarixini verir. Əgər bir insan buna təsadüf deyirsə, artıq mən ona nə deyim?!.
“Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib! Allah səbir edənlərlədir!” Kiçik dəstə, yəni Mehdi (ə.s)-ın dəstəsi kiçik bir birlikdir. Hz. İsa Məsih (ə.s)-ın tələbələri və hz. Mehdi (ə.s)-ın tələbələrindən ibarət olan tək bir birlik. “Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə çox bir dəstəyə”-yəni milyardlarla olan birliyə- “qalib gəlib. Allah səbir edənlərlədir.” Əbcədi 2010-cu il tarixini verir, maşaAllah.
Bəqərə surəsi, 246-cı ayə. “Bizə bir məlik göndər.” Necə ki, “Hz. Mehdi (ə.s)-ı niyə istəyək ki?” deyirlər. Diqqət edin müsəlmanlar: “Öz peyğəmbərinə: “Bizə bir məlik göndər ki, Allah yolunda (zülmkarlarla) vuruşaq!” dedilər.” Müsəlmanlar Allahdan məlik istəyirlər. İdarəçi, bir başçı istəyirlər. Müsəlmanlar imam istəyirlər. Allah bunun vacibliyini bu ayədə vurğulayır. Necə ki, bəziləri: “Hz. Mehdi (ə.s)-a nə gərək var?”-deyirlər. Buyurun, Bəqərə surəsi, 246-cı ayəyə baxın. Bizə bir məlik göndər ki, Allah yolunda (zülmkarlarla) vuruşaq!” dedilər.” Deməli, bir başçı olacaq, bir imam olacaq, onunla birlikdə mübarizə aparılacaq, inşaAllah.
“Allah sizə Talutu (məlik olaraq) göndərdi.” Yəni Mehdi olaraq göndərdi. Əbcədi 1979-cu il tarixini, hz. Mehdi (ə.s)-ın çıxış tarixini verir. Buna da təsadüf deyənin ağlına şübhə edirəm. Möminlər: “Ey Rəbbimiz” deyə dua edirlər, “Onlar öz peyğəmbərinə: “Bizə bir hökmdar göndər ki, (onun köməyi ilə) Allah yolunda (zülmkarlarla) vuruşaq!”-dedilər.”Allahdan Məlik göndərməsini istəyirlər. Hz. Mehdi (ə.s) necə istənər? Budur baxın ayəyə: “Bizə bir məlik göndər.” Bu ayədəki kimi Allahdan istənilməlidir. Müsəlman bu duanı edər.
“Ya Rəbbi, bizə bir məlik göndər.“ Bütün müsəlmanlar lider olaraq “bir imam, bir idarəçi göndər” deyə dua edər. Bu ayədə kiçik bir birliyin deyil, o dövrün bütün müsəlmanlarının toplu halda istəyini, duası ifadə edilir. “Bizə bir məlik göndər.“- yəni imam, idarəçi. Əlbəttə ki, Allah Peyğəmbər vasitəsilə deyir: “Peyğəmbəri onlara dedi ki: “Allah sizə Talutu (məlik olaraq) göndərdi.” Əbcədi 1979-ci il tarixini, hz. Mehdi (ə.s)-ın çıxış tarixini verir. “Allah sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir.” Əbcədi 1996-cı il tarixini verir.Ayə mərhələ-mərhələ açıqlanır.
“Allah sizdən ötrü onu (bəyənib) seçmiş.” Yəni aranızdan onu seçdi. Başqasını deyil, məhz onu seçdi. “Elm“,-yəni mədəni, ulu və o dövrün ən məlumatlı sistemini meydana gətirmiş- “və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir.“-buyurur Allah. Yəni bədəncə çox güclü, qüvvətli olacaq. Əbcədi 1996-cı il tarixini verir. “Allah, kimə diləsə mülkünü verər.” Əbcədi 1989-cu il tarixini verir. Təsadüf deyənlər ola bilər, amma hz. Mehdi (ə.s) çıxanda baxım necə açıqlayacaqlar? inşaAllah.
Allah: “Kitab verdiyimiz şəxslər”-deyə buyurur. Burada həm Kitab əhlinə, həm də bizə xitab olunur. Yəni, iman edənlərə xitab olunur. “…Onu (Məhəmmədi) öz uşaqlarını tanıdıqları kimi tanıyarlar.“ Allah: “Yəni qaşını, gözünü, ağzını, burnunu, boyunu elə təsvir etdim ki, onu görəndə uşaqlarını tanıyar kimi tanıyarlar.”-deyir. “(Buna baxmayaraq) onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir.” Allah dövrümüzdəki bəzilərini görün necə açıqlayır, necə izah edir? Mehdiyyəti açıq-aydın, adları kimi tanıyırlar. Allah nə deyir? “(Buna baxmayaraq) onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir” Əlbəttə ki, ayə, həm Peyğəmbərimiz (s.ə.v)-ə, həm də Axırzamana da işarə edir. “Öz uşaqlarını tanıdıqları kimi tanıyarlar.“-deyilir ayədə. Əbcədi də maraqlıdır, 1950-ci illərdən sonrakı tarixləri verir. Görəsən 1950-ci illərdən sonra nə var? MaşaAllah.
“O istədiyini doğru yola yönəldər.” Əbcədi 2002-ci il tarixini verir. Təsadüf deyənlərlə sonra danışacağıq. Mənə bunu izah edəcəklər. “Ey Rəbbimiz! Onların (nəslimizin) içərisindən özlərinə elə bir elçi göndər.” Əbcədi 1979-cu il tarixini verir. Bax bu neçənci ayədir? Ayəni görürsünüzmü? Əvvəlki ayəyə baxın, buna baxın, ikisi də eynidir. “Onların (nəslimizin) içərisindən özlərinə elə bir elçi”-yəni bir Mehdi, “göndər.” Şəddəsiz 1979-cu il, şəddəli 1981-ci il tarixini verir.