Header

Məsəd surəsi, 1-5-ci ayələrinin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın 14 may 2013-cü il tarixli söhbətindən Məsəd surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Rəhman və Rəhim olan Allahın adıyla, şeytandan Allahasığınıram: “Əbu Ləhəbin iki əli qurusun, qurudu da.” Allah dəccaliyyətin əllərini qurutdu, darvinizm və materializmin əlləri qurudu. O əlləriylə müsəlmanlara iztirab verirdilər, həmişə ikili olaraq kommunizmlə, faşizmlə, darvinizmlə, materializmlə əzab veriblər. Allah iki əllərini də qurutduğunu deyir. “Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilmədi.”-deyir Allah.Yəni,vəhşi kapitalizmin, imperializmin nə malları, nə də qazandıqları onları qurtara bilmədi. Bütün dünyada süquta uğradılar və məhv oldular. Hamısı ağrı-acı çəkirlər, intihar edirlər, əzab içində qıvrılırlar. Hər yeri narahatlıq bürüdü.

Terror və anarxiya çoxalıb. Darvinist və materialist olaraq öyrətdikləri insanlar özlərinə ölüm maşını kimi geri döndülər. Məsələn, islam terroru deyirlər. Baxırıq adamlar, İngiltərədə, Amerikada darvinist, materialist təhsili almışlar. Amerikada barlarda, diskolarda çəkilmiş şəkilləri var. Sonra gedirlər oranı-buranı bombalayırlar, yandırıb yaxırlar, buna da islam terroru deyirlər. İslam terroru deyil, darvinizm, materializmin terrorudur. Onlar müsəlman deyil ki, darvinist materialistlərdir, müsəlmanlıq ayrı bir şeydir. “Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilmədi.” –deyir Allah.

Yəni Amerikanın da, digər ölkələrin də, Avropanın da malları və qazandıqları özlərinə bir fayda vermədi. “Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilmədi.” ayəsinin əbcədi 2011-ci il tarixi verir. 2011-ci ildə nə oldu? İqtisadi böhran gücləndi. “O, alovlanan oda atılacaqdır. Onun odun daşıyan arvadı da.“-buyurur Allah. Bu, Axırzamandakı bəzi bərəkətsiz evliliklərin ruhuna da xitab edilir. Çünki əri onu cəhənnəmə sürüyür və ya arvadı onu cəhənnəmə sürüyür. Xeyir-bərəkət üçün evlənilər, əks halda orada fitnə olar, başlarına bəla olar. Əri, namaz qılan qadını dinsiz hala gətirər və ya tam əksinə olar, qadın ərini dinsiz hala gətirər.

“Boynunda xurma liflərindən kəndir olacaqdır.”-deyir Allah. Quran, bir-birlərinə heyvan kimi rəftarı etmələrinə işarə edir. Çünki ip bağlayıb bir-birini sürümək nədir? Belə şey heyvanlara aiddir, elə deyilmi? Allah, bir-birlərini heyvan kimi sürüdüklərini bildirir. Həm dünyada, həm cəhənnəmdə də bir-birlərinə heyvan rəftarı edərək sürüdüklərinə işarə edir və Quranda, bir-birlərini odun kimi istifadə etdikləri, yəni bir-birlərinə qarşı rəftarları, çətin işləri etdirib, mənfəətlərini tənzimlətdirib, istismar edən bir quruluş içərisində olduqları da bildirilir. “Odun daşıyan” –deyilir ayədə, çünki zalım zehniyyətdə olan insanlar qadınları necə istifadə edir? Evin bütün işlərini etdirir,“bunu yuyacaqsan, onu yuyacaqsan, bunu edəcəksən, onu edəcəksən” deyərək üstünə böyük bir yük yükləyir. Bu həm mənəvi, həm də maddi bir yükdür. Ayədə bu əzablara işarə edilir.

images (5)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313