Hörmətli Adnan Oktarın 7 may 2013-cü il tarixli söhbətindən İbrahim surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah, İbrahim surəsinin 15-ci ayədə belə buyurur: “Elçilər fəth (qələbə) istədilər.” Yəni dünya hakimiyyəti istədilər. “Hər bir inadkar dikbaş,” Yəni bütün dəccallar, Əsədin dəstəsi. Bu dəccallar həm də inadkarlıq edirlər və “ziyana uğradı.”-deyir Allah. Bu ayənin əbcədi 1995-ci il tarixini verir. Rusiyanın, Marksizmin, Leninizmin, faşizmin süqutuna, bütün dəccalların ölməsi, məhv olub getmələrinə işarə edən tarixidir. Məsələn, Hafiz Əsəd getdi, Misirdə Mübarək getdi, İraqda Səddam getdi. Deməli, 1995-ci illərdən sonra böyük bir hücum olacaq, inşaAllah.Allah, Quranda dəccaliyyətin mütləq məğlubiyyətlə nəticələnəcəyinə zəmanət verir. Dəccaliyyət mütləq məğlub olacaq. Məsələn, Əsəd də mütləq məğlub olacaq, başqa yolu olmaz.