Hörmətli Adnan Oktarın 24 may 2013-ci il tarixli söhbətindən Bələd surəsi ilə bağlı izahları.
ADNAN OKTAR: Mərhəmətli və Rəhmli Allahın adı ilə. Bax, Bələd surəsində deyilir. Şeytandan Allaha sığınıram: “And içirəm bu şəhərə (Məkkəyə)!” (Bələd surəsi, 1). Allahualəm bu ayələrin hamısı İstanbula xitab edir.
“Sən də o şəhərin sakinisən.” (Bələd surəsi, 2). Əlbəttə ki, ilk mənası Peyğəmbərimiz (s.ə.v)-ə və Məkkəyə işarə edir, amma Axırzamana da işarə etdiyinə görə deyirəm.
“And olsun valideynə və onun törəməsinə!” (Bələd surəsi, 3)
“Biz insanı çətinlik içində xəlq etdik.” (Bələd surəsi, 4)
“O, heç kəsin ona gücü çatmayacağınımı güman edir?” (Bələd surəsi, 5). Yəni, axirətə, Allaha və mələklərə inanmır.
“O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!” (Bələd surəsi, 6).Baxın, Allahın yenə vəhşi kapitalizmi tənqid etdiyini görürsünüzmü? Allahın Qurandakı ayələri davamlı olaraq vəhşi kapitalizmə işarə edir. Allah istehlak iqtisadiyyatına diqqət çəkir.
Allah: -“O, heç kəsin onu görməyəcəyinimi zənn edir?”-deyir.(Bələd surəsi, 7)Allah: -“mən görürəm, belə ki hər yerdən görürəm”-deyir.
“Məgər ona iki gözü Biz verməmişikmi?” (Bələd surəsi, 8)
“Bir dillə iki dodaq verməmişikmi?” (Bələd surəsi, 9)
“Onu iki yoxuşlu yola yönəltmədikmi?” (Bələd surəsi, 10).“Bax iki yol və iki məqsəd”.Əgər diqqət etsəniz, burada da yenə də ikilərin təkrarlamasını görərsiniz.
“O isə sərt yoxuşu aşmağa can atmadı.” (Bələd surəsi, 11). Yəni Allahın imtahanlarına, halal və haramlarına diqqət yetirmədi.
“Sən nə bilirsən ki, sərt yoxuş nədir?” (Bələd surəsi, 12)
“Azad etməkdir”, yəni insanları azadlıqlarına qovuşdurmaqdır. Çünki, azadlıq və sülh Quranın fərz olan hökmləridir. Bir ölkəni əsarətdən qurtarmaq, bir birliyi əsarətdən qurtarmaq, insanların üstündəki təzyiq mühitini aradan qaldırmaq, insanları azadlıqlarına qovuşdurmaq və tam demokratik vəziyyətə gətirməkdir. Bax, “O, bir kölə azad etməkdir”. (Bələd surəsi, 13)
“Və ya aclıq günündə möhtaca yemək verməkdir” (Bələd surəsi, 14).Heyvanları da, insanları da bir sözlə hamısını yedirtmək lazımdır. Bax Allah sərhəd qoymamış və “aclıq günündə möhtaca yemək verməkdir”-deyə demişdir. Quşları, insanları bir sözlə hamısını əhatə edir. Bax “aclıq günündə”-deyilir.Lakin Allah hamının mal-dövlətinin bol olduğu bir zamanda insanları yedirtməkdən bəhs etmir. Allah çətinlik vaxtında yedirtməyin çox əhəmiyyətli olduğunu deyir. Adamın özündə olmur, lakin buna baxmayaraq onu yedirdir.
“Qohumluq əlaqəsi çatan bir yetimə” (Bələd surəsi, 15),yenə də həmişə olduğu kimi məzlumları, yəni məzlum insanları qorumağın lazım olduğu deyilir.
“Yaxud aclıqdan yerə uzanmış kasıba!” (Bələd surəsi, 16).Belə ki, hər yerdə “mən gecəqondularda sürünürəm” deyən qardaşlarımız vardır. Qaradənizdə, Anadoluda, qısaca hər yerdə vardır. “Yaxud aclıqdan yerə uzanmış kasıba!”. Allah: -Aclıqdan yerə uzanmış kasıb insanlarımızı, zülm çəkən, kasıblıq içində qıvrılan cəmiyyətlərimizi, bunların hamısını qoruyacaq, var dövlət sahibi edəcək və onları yedirdib-içirdəcəksiniz-deyir. Bu Allahın Quranda fərz olaraq buyurduğu hökmüdür. Bax hz. Mehdi (ə.s) bu hökmləri tətbiq edir.
“Sonra isə o, iman gətirən, bir-birinə səbir”, bax iman gətirmişdir və səbirli olmağı buyurur.Əziyyət çəkən birinə səbirli ol deyir. “Və mərhəmət tövsiyə edənlərdən olmaqdır.” (Bələd surəsi, 17).Bax, “asaq, kəsək, terrora başlayaq, məhv edib dağıdaq”-deyir. Mərhəmətli olmaq, şəfqətlə yanaşmaq və mərhəmət göstərmək lazımdır. Allah “belə olduqda sizə kömək edərəm” deyir. “Əgər təzyiq göstərib, terror və anarxiyalar törətsəniz, sizə kömək etmərəm” deyir. “Mərhəmət göstərdiyiniz təqdirdə kömək edərəm” deyir. Mərhəmətə gedən yol açılır. Adam çaşır, heyrət edirlər. “Təzyiqdən istifadə edən adamın uğur qazanacağını deyirlər”, xeyr mərhəmət göstərən adam uğur qazanar. Təzyiq göstərənin məğlub olması bir möcüzədir. Ağıllarına görə şiddət göstərən kəs qalib gələr və uğur qazanar. Lakin, elə olmur. Ən mərhəmətli, ən şəfqətli şəxs uğur qazanar. Təzyiqdən istifadə edən hər kəs yox olub gedir, darmadağın olurlar. Mərhəmət göstərənlər isə sultan olurlar.
“Onlar sağ tərəf sahibləridir.” (Bələd surəsi, 18). Belə ki, dedikləri bərəkətsiz adam sözü məhz oradan gəlir. Bərəkətli insanlar məsləhət görülən yaxşı və gözəl insanlardır. Bərəkətsiz adamın üzü deyərlər, “bərəkəti yoxdur” deyərlər.
“Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir” (Bələd surəsi, 19). Məşum, yəni üzü batmış, məlanəti axan bərbad adamlar deməkdir.
“Od onların üzərində qapanacaqdır.” (Bələd surəsi, 20). Od üzərində qapandığı zaman, artıq o sonsuza qədər oradan çıxa bilmir. Baxın, Allah “üzərində qapanacaqdır”-deyir. Həmçinin, bu bir daha açılmayacaqdır. Məsələn, əgər cənnətin qapısı bağlansa, bir daha açılmaz. Artıq cənnətdən çıxış yoxdur. Əgər cəhənnəm də bağlansa, artıq oradan çıxa bilməzsən, Allah uzaq etsin.