İçeriğe geç

Tövbə surəsi, 23-cü ayənin təfsiri

Hörmətli Adnan Oktarın 5 İyun 2013-ci il tarixli söhbətindən Tövbə surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Qardaşlarımız deyir ki; “Yəhudiləri və xristianları dost tutmayın” Yaxşı, Allah 9-cu surənin 23-cü ayəsində “Ey iman gətirənlər” deyir, “küfrü imandan üstün sayırlarsa” hər hansı bir məqamda inkarı üstün tutursa, məsələn, Quranın hər hansı bir hökmünü və islama aid hər hansı bir hökmü qəbul etmirlərsə, “Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün sayırlarsa, onları dost tutmayın”. Məsələn, sənin atan dinin bir çox hökmünə qarşı çıxır, sən də onu özünə dost tutursan. “Atacan, atacan” deyib, onu tərk etmirsən. Məsələn, qardaşını bağrına basırsan, o isə İslamın bir çox hökmünə əməl etmir.“Sizlərdən onları dost tutanlar zalımlardır”, bəs burada nə deyilir? Bu ayədəki ifadə Onun yolu ilə gedən, yəni onun dediyini yerinə yetirən, onun idarəsi altına girən mənasındadır. Belə ki, onun səhv və doğru olmayan hökmlərini tətbiq edən mənasındadır. Yoxsa onlarla həmsöhbət olmayın, danışmayın, salam verməyin, adam yerinə qoymayın, düşmən olun mənasında deyildir. Bax, əgər səmimi düşünsəniz, eyni ifadə olduğunu görərsiniz.“Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün sayırlarsa, onları dost tutmayın”. Allah eyni şeyi xristianlar və yəhudilər üçün də deyir. “onları dost tutmayın. Sizlərdən onları dost tutanlar zalımlardır”. Eyni ayədir, orada da eyni ifadə vardır. O biri ayədə də eyni ifadə vardır. O zaman burada nəzərdə tutulan şey, onlara düşmən olmaq, qarşı çıxmaq, onlarla mübarizə etmək deyil; onların idarəçiliyini qəbul etməkdir. Yəni birmövzuda onun inancına tabe olmamaq və onun istiqamətləndirməsinə uymamaq lazımdır. Əsas məsələ bax budur.

images (6)

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz