Nur tələbələrindən olan Mehmet Əli Qaya, kitabının 277 -ci səhifəsində hz. Mehdi (ə.s)- ın hakimlik xüsusiyyətiylə əlaqədar olaraq bu şərhi etmişdir:
Hakim: Müdrik və hikmət sahibi mənasını verir. Qədimdə bunafilosof deyilmişdir. Bu xüsusiyyətilə Bədiüzzaman o dərəcədə böyük bir hakim və alimdir ki, Mehmet Akif Ərsoy və Əli Ülvi Qurucu kimi alimlər, Nurəddin Topçu kimi fəlsəfəçilər “Sokrat və Aristotel fəlsəfədə Səid Nursinin ancaq tələbəsi ola bilərlər” demişlər. Artıq bizə söz düşməz. …hökm vermək istiqamətindən məsələyə baxsaq hökm və hakimiyyət hər vaxt elm və qələm sahiblərinindir və hər vaxt elm sahibləri hakimdir. Bütün insanlar elmin məhkumudur. Haqlı olan da hər vaxt hakimdir. Məhkum olan ancaq günahkar olandır. …Bu baxımdan Bədiüzzaman Səid Nursi həm hakimdir, həm də hikmətli bir insandır. Əsla məhkum olmamışdır.
Buradakı ifadələrindən görüldüyü kimi Mehmet Əli Qaya Ustadımıza sevgisini göstərmək adına şiddətli bir məntiqsizlik içinə düşür. Ustadımızın Axır zamanın böyük Mehdisi olduğunu isbat edə bilmək üçün, öz fikrinə görə bir üsul taparaq hər kəs tərəfindən mənası bilinən hakimlik anlayışını həqiqi mənasından uzaqlaşdıraraq, filosof kimi açıqlayır. Ardından da Bədiüzzaman həzrətlərinin gəlib-keçmiş ən böyük filosof olduğunu ifadə edərək, hz. Mehdi (ə.s)- ın digər heç bir mücəddiddə toplu olaraq olmayan 6 böyük xüsusiyyətindən biri olan hakimlik sifətini Ustadımızın daşıdığını iddia etmişdir.
Bədiüzzaman Səid Nursi həzrətləri həqiqətən hicri 13-cü əsrin mücəddidi və mütəfəkkiridir (yəni, islamı yeniləyən və fikir adamıdır). Bu xüsusiyyətilə Ustad həzrətləri hicri 13-cü əsrin Mehdisidir. Ancaq axır zamanın böyük Mehdisi deyil. Axır zamanın böyük Mehdisi hakimlik xüsusiyyətini yəni, ədalətlə hökm etmək xüsusiyyətini qüsursuzca yerinə yetirib, bütün insanlar üzərində haqq-ədaləti təmin edə biləcək, gəlib- keçmiş ən böyük ədalət sahibi olacaq və Quran əxlaqını, Peyğəmbərimiz (s.ə.v.)- in sünnəsini ən gözəl şəkildə tətbiq edəcək. Bədiüzzaman həzrətləri hz. Mehdi (ə.s)- ın bu xüsusiyyətini bütün dünyanın görəcəyini və şahid olacağını Şüalarda belə ifadə etmişdir:
…Bəli, yüzlərlə müqəddəs qəhrəmanları yetişdirən və minlərlə mənəvi başçıları ümmətin başına keçirən və Quranın həqiqətlərinin mayası, imanın nuru ilə və islamiyyətin şərəfi ilə bəslənən, yetkinləşən, Peyğəmbərimiz (s.ə.v)- in ev xalqı, ƏLBƏTTƏ AXIR ZAMANDA İSLAM DİNİNİN, QURANI KƏRİMİN VƏ HZ. MƏHƏMMƏDİN SÜNNƏSİNİN CANLANDIRILMASI İLƏ VƏ YAYILMASI İLƏ, HÖKMLƏRİNİN YERİNƏ YETİRİLMƏSİLƏ, BAŞÇILARI OLAN BÖYÜK MEHDİNİN QÜSURSUZ ƏDALƏTİNİ VƏ HAQQA TABE OLDUĞUNU DÜNYAYA GÖSTƏRMƏLƏRİ ÇOX MƏQBUL OLMAQLA YANAŞI, ÇOX LAZIMLI VƏ İCTİMAİ HƏYATDAKI PRİNSİPLƏRİN GƏRƏYİDİR. (Şüalar, 510)
Ustad hz. Mehdi (ə.s)- ın hakimlik vəzifəsini Allahın iznilə mütləq yerinə yetirəcəyini, bunun həm çox lazımlı, həm də çox vacib olduğunu açıq bir şəkildə ifadə etmişdir. Halbuki, bir filosofun, Mehmet Əli Qayanın iddia etdiyi kimi belə bir məsuliyyəti heç bir zaman yoxdur. Filosoflar cəmiyyətin önə çıxmış fikir adamlarıdır. Filosoflar canlılığın yaranma səbəblərini, ruhun varlığını, biliyin meydana gəlmə şəklini araşdıran alimlərdir. Ancaq, bir filosofun Bədiüzzamanın ifadə etdiyi kimi bir başçı və hakimlik xüsusiyyətilə bütün dünyada haqq-ədaləti qorumaq kimi bir məsuliyyəti yoxdur. Halbuki, Bədiüzzamanın izahatında hz. Mehdi (ə.s)- ın dəqiq olaraq hakimlik və başçılıq sifətləri olacağı görülməkdədir. Hz. Mehdi (ə.s) bu xüsusiyyətləri ilə elə bir təcəlli edəcək ki, hicri 1400-cü il ərzində yaşayan insanlar onun bu xüsusiyyətlərini görəcək və onun axır zamanın mehdisi olduğuna tam əmin olacaqlar. Hz. Mehdi (ə.s) diyanətə (dinə), siyasətə, bəşəriyyətə, səltənətə mənəvi hakim səlahiyyətilə istiqamət verəcək və insanlar arasında haqq-ədaləti təmin edəcək.
Bədiüzzaman həzrətləri heç bir zaman belə bir hakimlik səlahiyyətinə sahib olmamışdır. Heç bir zaman cəmiyyət üzərində ədaləti tətbiq etmək səlahiyyətinə və imkanına sahib ola bilməmişdir. Bədiüzzaman həzrətlərinin ömrünün 30 ili həbsxanalarda və sürgünlərdə keçmişdir. Halbuki, Bədiüzzaman hz. Mehdi (ə.s)- ın ədaləti və hakimliyinin bütün dünya tərəfindən açıq bir şəkildə görüləcəyini ifadə etmişdir. Ən əhəmiyyətli olan da Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s)- ı təsvir etdiyi hədislərində hz. Mehdi (ə.s)- ın bütün dünyaya ədaləti tətbiq edəcəyini və hakimlik səlahiyyəti olacağını bildirmişdir:
Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa vaxt qalmamış olsa belə, Allah mənim Əhli Beytimdən bir şəxsi göndərəcək, yer üzü zülmlə dolduğu kimi, O, YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ. (Sünəni Əbu Davud, 5/92)
Hz. Mehdi məndəndir, yer üzü zülm və işgəncə ilə dolduğu kimi, ONU DÜZGÜNLÜK VƏ ƏDALƏTLƏ DOLDURAR. (Sünəni Əbu Davud, 5/93)
HZ. MEHDİNİN ZAMANINDA O QƏDƏR ƏDALƏT OLACAQ Kİ, zorla alınan hər mal sahibinə geri qaytarılacaq. (əl-Kavlul Müxtəsər Fi Əlamatil Mehdiyy-il Muntazar, səh.23)
Bal arılarının ana arı ətrafında toplandığı kimi insanlar da hz. Mehdinin ətrafında toplanacaqlar. ƏVVƏL ZÜLMLƏ DOLU OLAN DÜNYANI O, ƏDALƏTLƏ DOLDURACAR. ƏDALƏTİ O QƏDƏR OLAR Kİ, YUXUDA OLAN BİR KİMSƏ BELƏ OYANDIRILMAZ VƏ BİR DAMLA QAN BELƏ AXIDILMAZ. DÜNYA SANKİ ƏSRİ SƏADƏT DÖVRÜNƏ GERİ DÖNƏR. (əl-Kavlul Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, səh. 29)
Ancaq, bilindiyi kimi Bədiüzzaman həzrətlərinin həyatı bu hədislərdə bəhs edilən şəkildə hakim olaraq deyil məhkum olaraq keçmiş və ədaləti təmin edəcək bir mövqe və imkanı heç bir zaman olamamışdır.
Ustadımız ömrü boyunca nəzərdə tutulan mənada bir hakimlik edə bilməmişdir. Bədiüzzaman hz. Mehdi (ə.s)- dan bəhs edərkən qüsursuz ədalətilə insanlar arasında uzlaşmanı təmin edəcəyindən bəhs edir ki, bu şəkildə ədalətlə davranmaq hakimlik xüsusiyyətini daşıyır.
Ayrıca, Ustad həzrətləri risalələrində “Hz. Mehdi (ə.s) hakim olacaq” deyib mövzunu ortada və şərhsiz buraxmamışdır. Əksinə, hakimlik vəzifəsi vacib olaraq cəmiyyətlər üzərində qüsursuz bir ədalət paylayıcısı olacağını və bütün dünyanın bu hakimlik sifətinə şahid olacağını ifadə etmişdir. Hz. Mehdi (ə.s)- ın bir filosof deyil, ölkələr, cəmiyyətlər və insanlar arasında ədaləti təmin edəcək ədalətli bir hakim olacağını çox açıq bir şəkildə dəqiqləşdirmişdir. Bədiüzzaman həzrətlərinin isə həyatı boyu cəmiyyətlər üzərində belə bir hakimlik vəzifəsi olmamışdır.
Bədiüzzaman, həmişə ifadə etdiyimiz kimi möhtəşəm bir izahat üsuluna sahib olan çox böyük bir alimdir. İstifadə etdiyi tək bir söz ilə başqalarının onlarla sözlə izah edə biləcəyi bir mövzunu izah etmə qabiliyyətinə sahib olan çox dəyərli, möhtərəm bir şəxsdir. Ancaq, Mehmet Əli Qayanın bu iddiaları -bəlkə də istəməyərək- Risaləi Nurun üstünə təhlükəli bir örtük örtmüş olur. Mehmet Əli Qayanın bu iddiaları qəbul edildiyi təqdirdə bütün risalələr haqqında çoxlu şübhələr yarana bilər. İnsanlar Bədiüzzaman həzrətlərinin şərhlərini olduğu kimi qəbul etməkdən uzaqlaşar və risalələrə böyük bir tərəddüdlə baxarlar. Bədiüzzaman həzrətlərinin izahatlarını tənzih edirik: “Bədiüzzaman dağ dedi, amma əslində düzənlik demək istəyirdi, qapı dedi amma əslində quş demək istəyirdi, hakim dedi əslində filosof demək istəyirdi. Şəxs dedi əslində tək bir adam deyil 3 adamdan bəhs etmək istəyirdi. Siz də oxuduğunuzda belə anlayın…” kimi anlayış çox təhlükəli bir şərh dünyasına qapı açar və risalələrin bənzərsiz izahatı tamamilə təhrifə uğrayar. Bədiüzzaman həzrətlərinin izah etmə üslubu çox açıqdır və bir uşaq, ali təhsil almayan, adi bir insan belə bu izahatları asanlıqla anlaya bilər. Bədiüzzaman həzrətləri risalələrin asanlıqla başa düşüləcək əsərlər olduqlarını bu sözləriylə də ifadə etmişdir.
“…Bir orta məktəb uşağı və ya oxumağı bilən bir qadın böyük bir filosofun əsərini oxuduğu zaman başa düşməyə bilər. LAKİN RİSALƏ-İ NURDAN HƏR KƏS DƏRƏCƏSİNƏ GÖRƏ BAŞA DÜŞÜR.” (Şüalar, səh. 549)
“Risalə-i Nur hər təbəqədən olan insanlara həm mədrəsə, həm məktəb, həm həkim, həm hakim olaraq, ən cahil adamdan ən xalis elm sahiblərinə kimi dərs verib, təlim və tərbiyə etməsi açıq görünür”. (Kastamonu Lahikası, s. 70)
Buna görə də Mehmet Əli Qayanın Ustad həzrətlərini sevmək və onun hz. Mehdi (ə.s) olduğuna insanları inandırmaq üçün risalələrin etibarlılığını sarsıdacaq şəkildə belə təhlükəli bir məntiq və üsul istifadə etməsi heç məntiqli və doğru deyil. Ustadımız axır zamanın böyük Mehdisi deyil. Axır zamanın böyük Mehdisi Bədiüzzamanın bəhs etdiyi müctəhidlik, mücəddidlik, hakimlik, mehdilik, mürşidlik sifətlərini daşıyaraq, tam olaraq təcəlli edəcək möhtərəm bir şəxsdir. Bu adam zühur etdiyində bu xüsusiyyətlər heç bir şübhə yaratmadan bir-bir və tam mənasıyla insanlar tərəfindən açıqca görüləcək. Dünya üzərindəki siyasi, iqtisadi, ictimai dəyişikliklər və inkişafların olmağı da hicri 1400-cü ildəki bu zühurun və bu sifətlərin təcəllilərinin çox əhəmiyyətli işarələri olacaqlar.