Hörmətli Adnan Oktarın 12 iyul 2013-ci il tarixli söhbətindən Nur surəsi ilə bağlı izahları.
ADNAN OKTAR: Nur surəsinin sonuncu, yəni 64-cü ayəsində belə deyilir. Şeytandan Allaha sığınıram. Bax, Allah “Diqqətli olun”-deyir, bir dəfə, nəzər yetirməyə əhəmiyyət verir. Müsəlman diqqətli olmalıdır. Yəni iti bir diqqət, ən yüksək dərəcədə olan bir diqqət. “Diqqətli olun” dedinmi, ən çox diqqətli olun mənasını verər. “Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur”. Belə olduğu təqdirdə adam “mənimdir” deyə bilməz. Çünki, Allah “mənimdir” deyir, adam da yox “mənimdir” deyir. Bu təqdirdə sadəcə gözətçisi ola bilər. Heç kəs bir mala sahib deyildir. Sadəcə olaraq Allaha aid olan bir malı öhdəliklərinə götürürlər. “O sizin nə əməl sahibi olduğunuzu və qullarının Onun hüzuruna qaytarılacaqları günü bilir. Allah onlara nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi bilir”. Biz, o elmin çox cüzi bir qismini bilirik. Allah isə sonsuz elm sahibidir. Məsələn, dünyadakı elmlər bir trilyon olsun, iki trilyon və yaxud da on trilyon məlumat çıxsın, Allahdakı məlumatın həddi-hesabı yoxdur. Kvadrilyon ilə də izah edə bilməzsən. Kvadrilyon vurulsun kvadrilyon desən də izah edə bilmirsən.