Header

Quranda peyğəmbərlərin zənginliyi təriflənmişdir

Aa4a

Hörmətli Adnan Oktarın 15 iyul 2013-ci il tarixli söhbətindən Quranda peyğəmbərlərin zənginliyi təriflənmişdir mövzusu ilə bağlı ayə izahları.

ADNAN OKTAR: Baxın, Allah Duha surəsinin 5-ci ayəsində belə deyir; “Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan”. Allah qatı dinçilərə “bu ayəni qəbul edirsinizmi?” deyir, onlar isə “qəbul etmirik” deyirlər. Allahın dediyini qəbul etmirlər. Allah “kasıb olduğun zaman səni varlandırmadımı?”-deyir. Bax, “zəngindir” deyir, bəs kimə “zəngin” deyilər? Malı, mülkü, hər şeyi bol olub və artıq qalana deyərlər. “Varlandırmadımı?” bunu da qəbul etmir və Allahın ayəsini inkar edirsiniz.

Allah tövbə surəsinin 74-cü ayəsində belə deyir; Şeytandan Allaha sığınıram: “Allahın və Onun Elçisinin onları Öz lütfündən” bax, Peyğəmbərimiz (s.ə.v) öz malından çox lütfkarlıq edir. “Varlandırdığına görədir” deyir. Peyğəmbərimiz (s.ə.v)-ə düşmənçilik edirlər, lakin Peyğəmbərimiz (s.ə.v) isə onlara çoxlu miqdarda mal, pul və imkan verir. Allahayədə “Bundan ötəri ona düşmən oldular” deyir. Bütün peyğəmbərlər zəngin idi. Bu saxtakarlıqları və nalayiq hərəkətlərinizi tərk edin. Quranda hz. İbrahim (ə.s)-ın zənginliyi təriflənir. Hz. Yusif (ə.s), hz. Süleyman (ə.s) və həmçinin hamısı zəngin idi.

Təbiidir ki, Allah müsəlmanın zəngin olmasını istəyər. Məsələn, hz. Mehdi (ə.s) zühur edəndə bütün İslam aləmi zəngin olacaqdır. Allah insanların kasıb olmağını istəməz. Allah hətta “köməkləşin” deyir. “Bir-birinizə mal və pul paylayın, zənginliyi bu şəkildə yayın” deyir.

Məsələn, hz. İbrahim (ə.s)-ın zənginliyi təriflənir. Allah hz. İbrahim (ə.s)-ın zənginliyindən uzun-uzadı danışır. Hz. Süleyman (ə.s)-ın zənginliydən daha çox bəhs olunur. Hz. Yusif (ə.s)-ın zənginliydən çox bəhs olunur. Bunun hikməti nədirsə, guya bunlar zəngin olacaq, məktəblər açacaq, başqa bir şey edəcəklər. Bax, məsələn ticarətə başlayacaq, holdinqlər quracaq guya Peyğəmbər (s.ə.v) də kasıb olacaq. Peyğəmbər yaşlı və əldən düşmüş, xəstə olan qadınlarla birlikdə yaşayacaq. Yəni, bunların ağlına görə yemək yeməyəcək, qarnına daş bağlayacaq, həmçinin evi də otdan bir daxma olacaq və sürünəcəkdir. Bunlar da zəngin olacaqlar. Belə düşünmək qeyri-mümkündür.

Allah Sad surəsi, 20-ci ayədə hz. Davuda “biz” deyir, “onun mülkünü möhkəmləndirdik” deyir. Allah “hz. Davud (ə.s) zəngindir” deyir. “Qüdrətli qulumuz Davudu yadına sal!”.

Nisa surəsi, 54-cü ayədə “İbrahimin nəslinə də Kitab və hikmət bəxş etmiş və onlara böyük bir səltənət vermişdik” deyilir. Bax, Allah “səltənət vermişdik” deyir. Bax, gör hz. Süleyman (ə.s) Nəml surəsi, 16-cı ayədə nə deyir; Şeytandan Allaha sığınıram: “Bizə hər şeydən verildi” deyir. Hz. Süleyman (ə.s), “hər şeydən verildi” deyir.

Hz. Yusif (ə.s)-ın zənginliyi məşhurdur və bilinər. Bax, hz. Yusif (ə.s) Yusif surəsi, 54-cü ayədə belə deyir; “Bu yerin xəzinələrini qorumağı mənə tapşır”, beləliklə, bütün xəzinələrin sahibi olur. “Yusifə yer üzündə hökmranlıq verdik”. “Ey Rəbbim sən mənə hakimiyyət verdin”. Misirin bütün mülkü hz. Yusif (ə.s)-a verilir.

Baxın, Allah Sad surəsi, 39-cu ayədə hz. Süleyman (ə.s) üçün belə deyir;“Bu Bizim hədiyyəmizdir! Bunlardan istədiyinə versən də, verməsən də səndən haqq-hesab tələb olunmayacaqdır”

1

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313