Hz. Mehdi (ə.s) Peyğəmbərimiz (s.ə.v)- in hədislərində açıq bir şəkildə bildirdiyi kimi heç bir təriqətə, məzhəbə, yaxud mürşidə bağlı olmayacaq.
İmam Həsən (ə.s) belə buyurur:
Məryəmin oğlu İsa (ə.s)-ın onun arxasında namaz qılacağı Qaim (hz. Mehdi (ə.s)) xaric, …. hamımızın boynunda beyət məsuliyyəti vardır. Uca Allah, heç bir kimsənin boynunda beyət məsuliyyəti olmaması üçün hz.Mehdi (ə.s)- ın doğumunu gizləyəcək və gizli olmasını əmr edəcək.(Mucem-ul Ehadisi İmam Mehdi cild: səh. 3: 165)
Böyük İslam alimi Muhyiddin Ərəbi həzrətləri də “Fütühat-ül Məkkiyə” adlı əsərində hz. Mehdi (ə.s)- ın bütün məzhəbləri ortadan qaldıracağı, yəni heç bir məzhəbə bağlılığı olmayacağı haqqında belə bir məlumat vermişdir:
… Hz. Mehdi (ə.s), dini Peyğəmbərin zamanında olduğu kimi eynilə tətbiq edəcək. Yer üzündə məzhəbləri ortadan qaldıracaq. Xalis həqiqi dindən başqa heç bir məzhəb qalmayacaq. (Məhəmməd B. Rəsul Əl Hüseyn Əl Bərzənci, Qiyamət əlamətləri, səh. 186-187)
Muhyiddin Ərəbi əl Endülüsihəzrətləri yenə eyni əsərində belə bildirir:
… Onun ( Hz.Mehdi (ə.s.)- ın) düşmənləri ictihad alimlərinin təqlid edənləri olacaq. Çünki onlar, hz. Mehdi (ə.s.)-ın məzhəb imamlarının əksinə hökm etdiyini gördüklərində buxoşlarına gəlməyəcək, lakin qarşı da gəlməyəcəklər… Onun (hz. Mehdi (ə.s)-ın) qılınc qardaşlarıdır. Qılıncından qorxduqları üçün istər istəməz hakimiyyətinə boyun əyəcəklər. Onun (hz. Mehdi (ə.s)-ı)açıq düşmənləri,şəriət bilgisi üzrə olan bəzi alimlər olacaq. Çünki xalq arasında bir imtiyazları qalmayacaq. Bu imamın (hz. Mehdi (ə.s)- ın) gəlişiylə, alimlərin hökmlərdəki anlaşılmamazlıqları da aradan qaldırılacaq… Əgər əlində qılınc (elm) olmasaydı, şəriət bilgisi üzrə olan bəzi alimlər onun (hz. Mehdi (ə.s)-ın) ölümünə fətva verərdilər.
Lakin Cənabı Haqq, onu (hz. Mehdi (ə.s)-ı) kərəmiylə və qılınc (qardaşlarıyla) ilə təmizləyəcək, onlar ona (hz. Mehdi (ə.s)-a itaət edəcəklər. Çünki xalq arasında imtiyazları qalmayacaq, hətta ehkam (hökmləri, mühakimələri) barəsində elmləri də azalacaq. Hz. Mehdi (ə.s)- ın) gəlişiylə alimlərin hökmlərindəki ixtilaflar da aradan qaldırılacaq. Ondan (hz. Mehdi (ə.s)- dan) həm qorxacaqlar, həm də bir şey ümid edəcəklər. Ürəkdən ondan (hz. Mehdi (ə.s)-dan) nifrət edəcəklər. Lakin buna baxmayaraq, istər istəməz hökmünü qəbul edəcəklər.
(Mədinəli Allame Məhəmməd İbn.Rəsul əl-Hüseyni əl-Berzenci, Qiyamət əlamətləri, səh. 187, Pambıq nəşriyyat) (Ramıq əl-hədis., səh. 56, 73)
Əsrimizin ən böyük nəqşibəndi alimlərindən biri olan “Tam elmihal, Səadəti əbədiyyə” əsərinin yazıçısı Hüseyn Helmi İşıq isə, “Səadəti əbədiyə” adlı əsərində;
Hz. Mehdi (ə.s), axır zamanda dünyaya gələcəkdir. Rəsullulah (s.ə.v)- in soyundan olacaq. İsa Əleyhissalamla görüşəcək, Məzhəbləri aradan qaldıracaq, tək onun məzhəbi qalacaq.
(Hüseyn Helmi İşıq, Səadəti əbədiyə, səh. 35)
-deyərək hz. Mehdi (ə.s)- ın zühur etməsinin ardınca var olan məzhəbləri aradan qaldırıb İslam dinini Peyğəmbərimiz (s.ə.v)-indövründəki saf halına gətirəcəyini ifadə etmişdir. Ancaq bu çox əhəmiyyətlidir ki, hz. Mehdi (ə.s)- ın məzhəblərin əksinə hökm verə bilməsi üçün isə heç bir məzhəbə bağlı olmaması, yəni eyni hədislərdə bildirildiyi kimi heç bir mürşidə beyət etməmiş olması lazımdır. Yəni hz. Mehdi (ə.s)- ın keçmişinə və hal-hazırdakı din anlayışına baxıldığında, tamamilə Quran və Peyğəmbərimiz (s.ə.v)- in səhih hədisləri istiqamətində yaşayan, keçmişində heç bir məzhəb və mürşidə bağlı olmamış biri olduğu görünür.Hz. Mehdi (ə.s)- ı digər elm adamlarından ayıran ən diqqətə çarpan xüsusiyyətlərindən biri, heç bir məzhəb imamına beyət etməmiş olması olacaq.
Muhyiddin Ərəbi həzrətləri, bu səbəbdən hz. Mehdi (ə.s)- ın verdiyi hökmlərdə bəzi məzhəb bağları ilə arasında dərin görüş ayrılıqları meydana gələcəyini ifadə edir. Hətta hz. Mehdi (ə.s) dövründə yaşayan məzhəb bağlısı (hər hansı bir məzhəbə bağlı olan kəs) bəzi elm adamlarının, hz. Mehdi (ə.s)- ın mehdiliyini qəbul etməyərək öz mürşidlərinin son müctəhid, yəni axır zamanın böyük hz. Mehdisi olduğunu iddia edəcəklərini də ifadə edir:
Onun (hz. Mehdi (ə.s)- ın) dövründə din tamamilə rəydən təmizlənmiş olaraq əvvəlki mahiyyətini qazanacaq. Verəcəyi bir çox hökmlərdə üləmanın məzhəblərinə müxalif çıxacaq. Buna görə ondan (hz. Mehdi (ə.s)- dan) uzaq duracaqlar. Çünki zənnlərinə görə, Allah imamlarından sonra bir müctəhid buraxmadığını qəbul edəcəklər. (Muhyiddin Ərəbi, “Futuhat-El Məkkiyə”, 66. bab, 3-cücild, səh. 327- 328)
İndiki vaxtda Hörmətli Mehmet Əli Qaya və bəzi Nur tələbəsi qardaşlarımız da, Muhyiddin Ərəbi həzrətlərinin bu şərhinə çox bənzəri iddialar edir və Bədiüzzaman Səid Nursi həzrətlərinin axır zamanda gözlənilən hz. Mehdi (ə.s) bu səbəbdən də ən böyük müctəhid olduğunu iddia edirlər.
Halbuki, Bədiüzzaman Səid Nursihəzrətləri risalələrinin bir çox hissəsində özünün şafi olduğunu bilavasitə də, İmam Şafi həzrətlərinə bağlı olduğunu ifadə etmişdir. Bədiüzzaman həzrətlərinin şafi məzhəbinə bağlı olduğunu hər kəs bilir. Hətta şəxsən ən yaxın tələbələri də ustadımız Bədiüzzaman Səid Nursi həzrətlərinin şafi olduğunu risalələrdə ifadə etmişlər:
“… Əvvəla, mən şafiyəm…” (Emirdağ lahikası, səh. 38)
“… Həm xüsusi şafisi tərəfindən ibadətimə…” (Böyük tarixçəsi həyat, səh. 202)
“… Tək bu qədər var. Mən şafiyəm…” (Böyük tarixçəsi həyat, səh. 206)
“…Ustadımızın … qocalığında bir çox köməyə, xidmətə, söhbətə möhtac olduğu bir vaxtda bunun davam etməsi üçün, bir cür xəstəlik əhvalı verilmişdi. Beş dəqiqə danışsa, şiddətli bir hərarət başlayır, səsi çıxmırdı. Hətta şafi məzhəbində olduğu üçün, namazda Fatihəni özü eşidəcək dərəcədə oxuması lazım gələrkən,…” (Emirdağ lahikası, səh. 443)
“… hətta məscidimə və ibadətimə təcavüz edildi. Şafilər tərəfindən, təsbihat içində Tövhidin təkrarı sünnə ikən mənə tərk etdirilməyə çalışıldı…” (Məktubat, səh. 346)
Bildiyimiz kimi “Müctəhid”, ehtiyac olduğu halda Quranı -Kərim ayələrindən hökm çıxaran İslam alimi mənasını verir. Bir insanın müctəhid olması üçün yuxarıda da ifadə etdiyimiz kimi təriqət əhli olmaması, yəni heç bir məzhəb imamına bağlı olmaması şərti vardır. Əks təqdirdə müctəhidi məzhəb imamı olar və adam mürşidinin qənaətlərinə qətiliklə uyğun gəlmək məcburiyyətində qalar. Məsələn, məzhəb imamı, ayələri və hədisləri nə şəkildə şərh edirsə, o məzhəbətabe olanında əsas mövzunu eyni mürşidinin şərhinə uyğun şəkildə qəbul etməsi və yerinə yetirməsi şərtdir. Yəni, Hənəfi məzhəbinə bağlı bir şəxsin özündən yeni qənaətlər çıxarması olmaz. Əgər “Mən Hənəfiyəm.” deyirsə elə isə”İmam Əbu Hənifə həzrətlərinə bağlıyam” mənasını verər və Əbu Hənifə həzrətlərinin qənaətləri ilə İslam dinini yaşayır deməkdir. Eyni şəkildə “Mən Şafi məzhəbindənəm” deyən bir insan da, İmam Şafi həzrətlərini müctəhid qəbul etmiş və onun qənaətləri ilə hərəkət edir deməkdir. Yəni “Mən hənəfiyəm, mən Malikiyəm, mən hənbəliyəm, yaxud mən Şafiiyəm” deyən bir adamın ,eyni zamanda, özünün müctəhid olması səbəbindən də hz. Mehdi (ə.s) olması kimi bir vəziyyət əsas mövzu ola bilməz. Çünki bir məzhəbə bağlanaraq, İmam Əbu Hənifəni, imam İbn Malik Ənəs həzrətlərini, İmam Əhməd İbn Hənbəl həzrətlərini ya da imam Şafii həzrətlərini müctəhid qəbul etmiş və ona bağlanmışdır.
Bədiüzzamanınifadələrindən də açıq bir şəkildə aydın olduğu kimi yaşlılıq dövrlərində beləŞafi məzhəbinin etiqadlarıyla ibadətlərini yerinə yetirməyə diqqət göstərmişdir. Bu da onun həyatı boyunca şafi olaraq qaldığını, şafi məzhəbini izləməyə davam etdiyini göstərir. Soruşulduğunda mən şafiyəm deməsi, məhkumiyyəti əsnasında şafi məzhəbinə uyğun olaraq namaz qılıb, təsbihat etməsinə mane olmağa çalışdıqları üçün narahatlıq keçirdiyini şəxsən risalələrdə ifadə etməsi bunun ən əhəmiyyətli dəlillərindəndir.
Vəziyyət bu ikən bəzi Nur tələbəsi qardaşlarımızın Bədiüzzaman həzrətlərinin gəlmiş keçmiş ən böyük müctəhid, yəni hz. Mehdi (ə.s) olduğunu iddia etmələri uyğun deyildir. Çünki ən böyük müctəhid olsa, şafii məzhəbinə uyğun namaz və təsbihat etməz, “mən şafiiyəm” deməz, yəni İmam Şafii həzrətlərinin qənaətləri ilə hərəkət etmək surətiylə onun təqlidçisi olmazdı. Həm şafii məzhəbinə uyğun gəlib, həm hz. Mehdi (ə.s) olması isə qeyri-mümkündür. Risalələrində keçən bütün şərhləri Bədiüzzaman həzrətlərinin İmam Şafii həzrətlərinin təqlidçisi olduğunu, yəni müctəhid olaraq İmam Şafi həzrətlərini qəbul etdiyini bütün açıqlığıyla ortaya qoyur. Bu vəziyyətdə İmam Şafii həzrətləri, Bədiüzzaman Səid Nursi həzrətlərindən daha üstündür, çünki onun müctəhididir. Bədiüzzaman həzrətlərinin bir tərəfdən İmam Şafii həzrətlərini təqlidçisi ikən digər tərəfdən də ən böyük müctəhid və dolayısilə də hz. Mehdi (ə.s) olması qeyri mümkündür.
Bu çox əhəmiyyətlidir ki, hz. Mehdi (ə.s) gəlib keçmiş ən böyük müctəhid olaraq İslam əxlaqını bütün dünyaya hakim edəcək bir şəxsdir. Ən böyük bir müctəhid olduğuna görə də onun heç bir məzhəbə və məzhəb imamına bağlı olmayacaq bir şəxs olması lazımdır. Bu da onun tanınması üçün başqa əhəmiyyətli bir əlamətidir. Onun bu xüsusiyyətini Bədiüzzaman Səid Nursi həzrətləri belə ifadə edir:
Axır zamanın ən böyük fəsadı zamanında (fitnələrin ən sıx olduğu dövrdə), əlbəttə, ƏN BÖYÜK BİR MÜCTƏHİD (ehtiyac meydana gəldiyində ayələrdən hökm çıxaran böyük İslam alimi), həm ƏN BÖYÜK BİR MÜCƏDDİD (hər əsr başında dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üzrə göndərilən böyük İslam alimi, yeniləyən, yeniləyici), həm HAKİM, həm MEHDİ, həm MÜRŞİD (doğru yolu göstərən adam), həm QÜTBÜ ƏZƏM (Müsəlmanların özünə bağlandıqları böyük övliyalardan, zamanın ən böyük mürşidi) olaraq BİR ŞƏXSİ NURANİNİ (nurlu bir şəxsi, yəni hz. Mehdi (ə.s)-ı) GÖNDƏRƏCƏK və O ŞƏXS (hz. Mehdi (ə.s)) da, ƏHLİ BEYTİ NƏBƏVİDƏN (Peyğəmbərimiz (s.ə.v)-in soyundan) OLACAQ. Cənabı Haqq bir dəqiqə ərzində beyn-əs səma vəl-ərz aləmini (yer ilə göy arasındakı aləmini) buludlarla doldurub boşaltdığı kimi bir saniyədə dənizin fırtınalarını təskinlik verər (dindirər) və bahar içində bir saatda yaz mövsümünün nümunəsini və yayda bir saatda qış fırtınasını icad edən QƏDİR-İ ZÜLCELAL (hər şeyə müqtədir olan Uca Allah) HZ. MEHDİ İLƏ DƏ, ALƏMİ İSLAMIN (İslam aləminin) ZÜLMƏTİNİ (zülm dövrünü, qaranlığını) DAĞIDA BİLƏR VƏ VƏD ETMİŞDİR VƏDİNİ ƏLBƏTTƏ EDƏCƏK… (Məktubat, səh. 425)
Bu səbəblə, bəzi Nur tələbəsi qardaşlarımızın Bədiüzzaman Səid Nursi həzrətlərinə duyduqları sevgi adına belə, məntiq xarici şərhlərə girməmələri çox əhəmiyyətlidir. Bədiüzzaman hz. Mehdi (ə.s)-ı izah etmişdir. Bu izahatları çox dəqiq və açıqdır. Bədiüzzaman şərhlə, təhrif etmələrlə anlaşılmayacaq şəkildə deyil, əksinə çox düz olaraq oxunub aydın olacaq şəkildə bir tərif etmişdir. Unutmamaq lazımdır ki, Mehdilik bir qədərdir (taledir). Allah kimin hz. Mehdi (ə.s) olduğunu sonsuz keçmişdə təyin etmişdir. O adam vaxtı gəldiyində Allahın özünə öyrətdiyi şəkildə vəzifəsini yerinə yetirəcək. Bu adam Peyğəmbərimiz (s.ə.v)- in hədislərində təfərrüatlarıylatəsvir etdiyi xüsusiyyətlərə tam sahib bir adam olacaq. Ancaq bu heç vaxt Bədiüzzaman həzrətlərinin dəyərini azaldacaq bir vəziyyət olmayacaq. Bədiüzzaman həzrətləri bu ana qədər gəlmiş ən böyük İslam alimlərindən biridir. İslam dininə çox böyük xidmətləri olmuşdur və hicri 13-cü əsrin mücəddididir. (Doğrusunu Allah bilir.)