Hörmətli Adnan Oktarın 5 Avqust 2013-cü il tarixli söhbətindən Mömin surəsi ilə bağlı izahları.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Mömin surəsi, 55-ci ayədə deyir: “Sən səbir et. Həqiqətən Allahın vədi haqdır.” Həmişə Allahın vədinə güvənmək lazımdır. Allah: “İslam Birliyi quracağam” deyirsə, demək ki, haqdır, gözləyirik. Mehdisi mövzusunda vədi haqdır. “Günahın üçün bağışlama dilə”, yəni üzr istə. Onda bərəkət var, gözəllik var. Allah bütün müsəlmanların, hamımızın günahlarını bağışlasın.
“Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et!” Əlhəmdülillah, əlhəmdülillah, əlhəmdülillah. Hər vaxt Allaha həmd edirik. Nə gözəldir, sağlamlıq, səhhət verir, gözəllik, yaxşılıq, bərəkət verir. Əslində kompleks bir şey yoxdur. Allah: “Mənə həmd edin, dost olun, gözəl yaşayın” deyir. Amma qədərdə (taledə) döyüşlər də var. Çünki döyüş olmazsa, insanlar sülhün ləzzətini almaz.
Şeytandan Allaha sığınıram. Allah Mömin surəsi, 57-ci ayədə deyir: “Əlbəttə göylərin və yerin yaradılması, insanların yaradılmasından daha böyükdür. Ancaq insanların çoxu bilməzlər.” Allah: “İnsan yaradılışı çox asandır” deyir. İnsanlar deyir: “Necə oldu?” deyir. Allah: “Mənim üçün çox asandır” deyir. Məsələn, bir neçə layları olan aynaya baxırlar, güzgü bir neçə lay olduğuna görə orada bir anda yüzlərlə insan meydana gəlir. Allah istəsə, onlara dərhal ruh verib canlı hala gətirər.
“(Cəhənnəm gözətçiləri) deyəcəklər: “Məgər sizə öz peyğəmbərləriniz açıq-aşkar möcüzələr gətirməmişdilər?” Məsələn, indi onlardan hz. Mehdi (ə.s)-ı soruşacaq: “Darvinizmin, materializmin etibarsızlığını sizə izah etmədimi? İzah etdi, eşitdiniz. Hər yerdə oxudunuz, araşdırdınız. Allahın varlığının dəlillərini də gördünüz. Yaxşı, inanmışdınız?” Onlar: “Bəli inanmışdıq.” deyəcəklər. “Bəs nə üçün qəbul etmədiniz?” “Qürurdan, eqoistlikdən.” “Bu qürurunuz nə qədər davam etdi?” “İllərlə davam etdi.” Bu bir günahdır. “Onlar: “Bəli (gətirmişdilər)!” – deyə cavab verəcəklər. (Cəhənnəm gözətçiləri onlara:) “Elə isə özünüz dua edin!” – deyəcəklər.” Onlar gözətçilərə: “Bizim üçün dua edin” deyirlər. “Kafirlərin yalvarması isə boş şeydir.”
Şeytandan Allaha sığınıram. “Odda olanlar Cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə yalvarın ki,” Baxın, Rəbbinizə. Rəbbimizə demir “Rəbbinizə dua edin ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!” Yəni əzab olmadığı bir gün olsun. Məsələn, “həftədə bir gün istirahət edək” deyirlər. Əzab olmadığı bir gün istəyirlər.
“(Gözətçilər:) (Mələklər) deyəcəklər: “Məgər elçiləriniz açıq-aydın dəlillər gətirməmişdilər?” Onlar: “Əlbəttə (gətirmişdilər)!”– deyəcəklər. (Mələklər) (də:) “Elə isə özünüz yalvarın!”– deyəcəklər.” Adi halda özü dua etməlidir. “Kafirlərin yalvarması isə boş şeydir.” Bax, orada da kafirlik edir. Artıq ağlın ixtiyarı qalxıb, cənnət, cəhənnəm, amma hələ də kafirdir. Orada bir şey edildiyini zənn edir və orada müvəqqəti olduğuna inanır. Məsələn, bir milyon il keçir amma yenə də nə vaxtsa cəhənnəmdən çıxacağını zənn edir. Allaha dua etmir, bax, “Rəbbinə dua et” deyir. Azğınlığa bax, xüsusi yaradılmış varlıqlardır.
“Şübhəsiz ki, Biz Öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik.” Yəni dünyada da, axirətdə də kömək edəcəyik deyir. Məsələn, möminlər axirətdə: “Biz nə edərik, görəsən?” deyə düşünər. Allah deyir ki, bax: “Yanında şahid var.” Onun köməkçisi var. Xüsusi sürücüləri var, önlərində, sağında nur var və onlar həmişə təhlükəsizlikdədirlər və onlara “salam” sözü deyilər.
Amma buna baxmayaraq içlərində yenə bir narahatçılıq var, görəsən nə olacaq deyə düşünərlər. “Var güclə ümid edərlər”, amma əmin deyillər bax, “var güclə ümid edərlər” deyir. Cənnətə girdikdə içi fərahlanır. İnsan fitrəti orada da o şeyini davam etdirir. Cənnətə girdikdə tam əmin olur, içi fərahlanır. Amma əvvəlcə ümid edir. Halbuki, əlamətlər var. Müəyyən cənnət əlamətləri meydana gəlib, yəni sağında, qarşısında nur var, cənnətlə müjdələyən gözətçi var. Amma buna baxmayaraq var güclə ümid edir, inşaAllah. Allah əsirgəsin, əksinə də ola bilərdi. Allah elə bir şey yaradır.
“O gün zalımlara üzr istəməyi heç bir fayda verməyəcəkdir. Onları həm lənət, həm də pis yurd gözləyir.” Bax, zalımlara. Zalımlıq edir, adam da: “dinsiz olmaqda nə var?” deyir. Dinsiz olmaqla kifayətlənmir, bununla yanaşı zalım olur. “… bəhanələrinin heç bir fayda verməyəcəyi gün;” insanlar necə ki, bu dünyada bəhanələr uyduraraq razı salmağa çalışırlar, orada da elə, razı salacağını, bəhanələrinin keçəcəyini zənn edir. Allah: “Heç bir bəhanə fayda verməz.” deyir. Bilirsiniz ki, insanlarda bəhanə çoxdur. “…Onları həm lənət, həm də pis yurd gözləyir.” Amma Allah bir yurd olaraq söyləyir. Orada cəhənnəm evləri də, məhəllələri də var, amma Allah:“yurdun ən pisidir” deyir.
“O, (əbədi) Yaşayandır, Ondan başqa məbud yoxdur. (Allaha), dini yalnız Ona məxsus edərək dua edin!” Yəni vasitəçiyə ehtiyac yoxdur. Allah ayədə: “Şeyx vasitəsilə, başqa bir şey vasitəsilə deyil, birbaşa Allaha dua edin.” deyir. “Aləmlərin Rəbbinə həmd olsun.” Əlhəmdülillah. Allah davamlı olaraq Ona həmd edilməsini istəyir.
Bəziləri: “Həmd etsəm nə olar?” deyir. Xəbərin olmadan bərəkət gəlir. Məsələn, başına gələcək bəla gedər. Mal gəlir, pul gəlir, imkan gəlir, ürəyinə fərahlıq gəlir, üzərində böhran olmaz. Ailənə, sevdiklərinə bəla gəlməz. Allah bir tək mömini qorumur, sevdiklərini də qoruyur. Sevdiklərini də bəladan qoruyur. Ucu-bucağı yoxdur. Əsas Allahın razılığıdır. Allah həm o şəxsi qoruyur, həm sevdiklərini qoruyur, həm də onun sevdiyi şeylər nə varsa onları da qoruyur, maşaAllah.
“Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim.” Allah dua ediləndə mütləq cavab verir. Dua çox həyati bir şeydir, amma insanlar duanı tam qavraya bilmirlər. Yəni “Nə oldu? Söylədim boşa getdi” kimi düşünürlər. Halbuki, hər dua Allah qatında ibadət olaraq qəbul edilir. Dua namaz kimidir. Adam necə dəstəmaz alıb namaz qılırsa, dua da bir ibadətdir. O ibadət Allah tərəfindən qəbul edilir. Amma dua nəticəsində, məsələn, adam: “Ya Rəbbi, mənə hidayət ver” deyir. Allah ona hidayət verir. “Ya Rəbbi, imanımı dərinləşdir” deyir. Məsələn, bunlar ən həyati mövzulardır, insanın imanını dərinləşdirir.
Amma imanının dərinləşməsini istəməyib, “mənə ev ver” deyə dua edirsə, imanını gücləndirmədikdən sonra ev versə nə olacaq? Evin içərisində məzara girmiş kimi böhrana düşərsən, məhv olarsan, çətinlik çəkərsən. Məsələn: “Ya Rəbbi, məni evləndir” deyə dua edir. Evlənərsən, qadın başına bəla olar. İyrənərsən, o səni sevməz, sən onu sevməzsən. Amma dua etsən Allah yoldaşına da bir nur verər, sənə də bir nur verər, fərahlıq olar. Məsələn: “Ya Rəbbi mənə bol yemək ver” deyə dua edir, mədəsi xəstələnir, yemək toxunur, allergiya olur, heç bir yeməyi yeyə bilmir, bir çox şeyi yeyə bilmir. Duada yemək onaqida olaraq fayda verər, bərəkət gələr. Amma o biri cür bərəkətsiz olur.
Məsələn, ölkəsi üçün dua edir, ölkəsi xilas olur. Səmimi bir adamın duasıyla böyük ölkə xilas olur. Səmimi xalis bir müsəlman öz məmləkəti üçün dua edəndə böyük məmləkət xilas olur. Amma adamların xəbəri belə olmur. Onun vəsiləsiylə xilas olurlar. Onlar təsadüf nəticəsində xilas olduğunu zənn edir. Halbuki, dua edənin vəsiləsiylə xilas olurlar. Məsələn, böyük bir fəlakət gözlənilər, onun vəsiləsiylə bu fəlakət aradan qalxar. Bəzi xristianlar duanı çox yaxşı anlayıblar. Evanjeliklər duaya çox əhəmiyyət verirlər və Allah qatında faydasını görürlər. Amma ən böyük səhvləri şirkə uyğun sözləri və yaxud şirk olan sözləridir. Amma bir qismi Allahın tək olduğuna inanır. Bu çox əhəmiyyətlidir. Ürəklərində inam var. Diliylə ifadə etməsə belə, ürəkdən inanır. Amma dildə söyləməmək böyük bir vicdansızlıqdır.
Şeytandan Allaha sığınıram. “Gecəni rahatlanmanız üçün yaradan,” Gecə yatmaq həqiqətən də fərahlıqdır. Gündüz daha çətin yatılır, gecə isə beşik kimidir. “gündüzü (ruzi qazanmanız üçün) işıqlı edən Allahdır.” Gecə və gündüz xüsusi olaraq yaradılır. Pərdəni bağlayar kimi bir bağlayır, ortalıq qaranlıq olur. İşıq yandırar kimi Allah bir işıq yandırır, ortalıq işıqlıq olur. İnsan günəşi də çox məqbul görür, “orada bir şey yanır” deyir.
Qardaşım, indi bir yer közərmiş hala gəlsə, məsələn, burada sobalar var, polad əritmə sobası, dəmir əritmə sobaları var, közdən 3 min dərəcə, 4 min dərəcəyə qədər istilik çıxır. Yanında işçi işləyir, burnunun dibində dəmiri qarışdırır. Yəni oradan istilik gəlməz. Milyonlarla kilometr uzaqdan istinin işığı gəlməsi mümkün deyil, həm də havada yoxdur. Hava yoxdursa işıq necə gəlir? Hava olsa, havanı istilədib gəlir deyəcəksən. Boşluqdur, hava yoxdur. İşıq 8 dəqiqədə yol qət edir. Adam avtomobil kimi gəlir, yol qət edir. Hər şey möcüzədir.
Qarpız vardı, axşam suyuna, dadına təəccübləndim. Məsələn, qarpız böyüyüb- böyüyüb masa boyda olar, amma olmur. Müəyyən bir ölçüyə çatdıqda, müəyyən bir nöqtədə dayanır. Əvvəl küftə kimi kiçik olur. O gözəl qoxu necə yaranır? Allahın vəsiləsidir, Allah vəsilə edir. Qarpızın bitdiyi yerin suyu leş kimi palçıqlı olur, gübrə filan da verirlər. Tük kimi incədir, ona çirkli suyun girməməsi mümkün deyil. Ən əla süzgəcləri vardır, su leş kimi olmasına baxmayaraq suyu süzmür.
Tüldən süzürlər, kağızdan süzürlər leş kimi axır, su keçmir. Tük kimi incə xoş ətirli çıxartdığı su xoş ətirli olur. Xeyr, bakteriya da keçirmir, olduqca çox bakteriya qaynaşır, amma tək bir dənə belə bakteriya keçə bilmir. Süzgəclə mümkün deyil. Bakteriyanın hamısı keçər. Amma bakteriya da keçmir. Aşpaz kimi şəkərini, qoxunu tam nizamlayır. Keyfiyyəti möhtəşəmdir. Sahurda da, orucda da insan üçün çox böyük bir nemətdir, qovun da elə. Şaftalı da elə.
Cənnətdə: “aa” deyərlər “biz bunu tanıyırdıq.” Cənnətdə qarpız, qovun hamısı var. Dünyadakına çox bənzəyir. Cənnətdə dünyadakından daha çox müasiri, daha çox keyfiyyətlisi olur, amma görünüşü dünyadakına çox bənzəyir. Çox dəyişik olmasını Allah istəmir. Çünki alışdığı şeylər insanın xoşuna gəlir. Cənnətdə yeni, orijinal şeylər də var. Amma dünyakılara bənzəyir, məsələn ev, köşk tərzindədir. Amma şüşədən tikilmə saraylar Axırzamanda ilk dəfə tikilir. Şüşə evlər keçmişdə olan bir şey deyil. Amma Peyğəmbərimiz (s.ə.v)-in hədisində “Cənnət köşkləri, havada dayanar. Lakin şüşədəndir, kristaldandır” deyir.
“Havada dayanar, insan çıxmaq istəyəndə dərhal niyyət edəndə köşkə bir anda çıxar” deyir. Bu, hər bir insanın fikrində vardır, yəni bizə instinkt olaraq verilib. Şüşədən olması, məsələn, insanlar şüşədən huşunu itirir. Sonunda ona bənzər etməyə başladılar. Amma binanın havada olması, möhtəşəm bir şeydir və havada dayanmasına baxmayaraq heç bir şey də olmur. Böyük ev quş kimi havada dayanır. Bu cənnətin xüsusiyyətidir. Bu bizə cənnətdə çox məntiqli gələcək. İndi bizə çaşdırıcı gəlir, amma cənnətə Allah nəsib etsə girsək, çox məqbuldur. Cənnət yeməkləri məqbuldur, məsələn almaya “gəl” deyirsən gəlir.
Adam son dərəcə normal bir həyat yaşayırmış kimidir. Budaq əyrilir, əlini uzatdığın budaq əyilir. Meyvəni qopardığında eyni anda yerində yenisi yaranır. Yəni heç götürməmişsən kimi qopardığında dərhal yenisi bitər. Adam yeyir, yediyinin yerinə yenisi olur. Yeyir yenə olur. Allah cənnətdə insanların xoşuna gəlsin deyə buna bənzər milyonlarla xırdalıq meydana gətirir. Və Allahın özü də təcəlli edir, Cümə günləri salam verir, hədisdə var. Cümə günləri insan surətində, gözəl bir uşaq, gənc, cavan surətində “Salam” deyir Allah, maşaAllah.
Təcəllisi olaraq, şəxsi deyil, təcəllisi olaraq, inşaAllah. Çünki orada hər şey Allahın təcəllisidir, amma cənnətdə Allahın təcəllisi olaraq “Mən Allaham” deyə təcəlli edəndə təbii ki, bu çox həyəcan verici bir şey olur. “Cənnətdə ən ləzzət verən gözəllik odur” deyir. Allah çox sevildiyi üçün Allahın hər gəlişində, hər təcəlli edişində, Salam verəndə insanlar həyəcanlanarlar, inşaAllah.