Hörmətli Adnan Oktarın 5 Avqust, 2013-cü il tarixli söhbətindən Qəmər surəsi ilə bağlı izahları.
ADNAN OKTAR: Şeytandan Allah sığınıram. “Onlar öz yoldaşlarını çağırdılar. O da bıçağını götürüb (dəvəni) tutub kəsdi.“ Vəhşiliklərinə baxın. “Onlar öz yoldaşlarını çağırdılar. O da bıçağını götürüb” ayıya bax, heyvana bax, heyvan da bunu etməz, “(dəvəni) tutub kəsdi.” Dəvənin ayağına qılınc vurur. Allah heyvanlara zülm edilməsini sevmir. Məsələn, burada bəlanın gəlməsi, heyvana edilən zülmdür. İnsana edilən deyil, heyvana edilən zülmdür. Heyvana zülm etdiklərinə görə Allah oranı həlak edir. Allah heyvana edilən zülmdə eyni hökmü tətbiq edir. Qıçından vururlar, heyvan qan-rəvan içində qalaraq yıxılır.
Dəvə çox gözəl bir heyvandır. Ey vəhşi, halal olan bir yol var. Heyvana belə bir əziyyət etməyin üçün bir səbəb var? Heyvan vurnuxur qan-rəvan içərisində gedə bilmir də, ağzı-dili də yoxdur, özünü izah edəcək bir vəziyyəti də yoxdur. “(Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu! Biz onlara bircə dəhşətli (tükürpədici) səs göndərdik, dərhal (heyvanlar üçün) ağıl düzəldənin istifadə etdiyi quru ota (həşəmə) döndülər.” Allah qorxunc bir fəlakət göndərir. Allah burada atom bombasına bənzər bir şeydən bəhs edir. O dövrdə də daha sadə, daha asan üsulla düzəldilən maddənin bir başqa maddəylə qarşılaşmasından meydana gələn atom bombasına bənzər bir partlayış olacağı kimi bir şey var idi.
Bu haqda yalnız o dövrdəki insanların məlumatları var idi. Allah onları vəsilə edir. “And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!” Budur bax, indi qatı dinçilərə bunu soruşmaq lazımdır. Allah “asanlaşdırdım” deyir. Çox asan olduğunu deyir. Türk dilinə də tərcümə olunub. Bəziləri deyir ki: “Biz qırx il də keçsə, Quranı anlaya bilmərik.” Allah da deyir ki: “Müşriklər Quranı anlaya bilməz.” Bax, Allahın dediyinin eyni şərhidir. “Biz də onların üstünə daş yağdıran yel göndərdik (başlarına daş yağdırdıq), yalnız Lutun ailəsini səhər çağı xilas etdik;” Səhər çağı. “Dərgahımızdan bir lütf olaraq! Biz (nemətimizə) şükür edəni belə mükafatlandırırıq!”
Heyrətdir, bu tip hadisələrdə yaxşıları Allah xüsusi olaraq ayrı tutur. Bu cür Allah, dini təbliğ edən, islamı izah edən insanları ayırır. Allah bəla göndərən də, toplu həlaklarda Allahın istəyi ilə onlara heç bir şey olmur. “And olsun ki, (Lut) onları Bizim əzabımızla qorxutmuş, onlar isə bu təhdidlərə (xəbərdarlıqlara) şübhə edib inanmamışdılar.” “And olsun ki, səhər tezdən onları əbədi (qiyamətədək onlardan əl çəkməyən) bir əzab yaxaladı” Səhər vaxtı onların ən narahat olduqları vaxt idi, kef etdikləri an olduğu üçün, Allah səhər vaxtı əzab göndərib. “(Onlara:) “İndi əzabımı və təhdidlərimi dadın!” (dedik). And olsun ki, Bizim təhdidlərimiz (xəbərdarlıqlarımız Musa vasitəsilə) Firon əhlinə də gəlib çatmışdı.”
Yəni onlara da xəbərdarlıqlar edilmişdir. Məsələn, insanlara indi də xəbərdarlıqlar edilir. “Onlar ayələrimizin (möcüzələrimizin) hamısını yalan hesab etdilər.” Hamısı, bütünlüklə yalan hesab etdilər. “Biz də onları yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladıq.” Zalımlar həmişə mütləq məğlub olurlar. Məsələn, zalımlar indi də dünyada hücum edirlər, halbuki, mütləq məğlub olmağa məhkumdurlar. Zalımlar bu qanunu bilmirlər. Bilsə, heç zalımlıq etməz. Zalım olub davam edən yoxdur. Mütləq məhv olarlar. Allah təxminən qırx il filan sonra pozulma, qarşıdurmalar yaradır. Bir müddət sonra onları təpələri üstünə yerə vurur.
“Sizin kafirlərinizin onlardan nəyi yaxşıdır?! Yoxsa (əvvəlki ilahi) kitablarda sizin üçün bəraət (əzabdan qurtuluş hökmü) vardır?!” Bəziləri: “Adamı Firona niyə bənzədirsən?” deyir. Allah deyir ki: “Sizin kafirlərinizin onlardan nəyi yaxşıdır?”. Yəni “kafirin yaxşısı olmaz”. O da kafirdir, bu da kafirdir. Küfr içərisindədirsə, səmimiyyətsizdirsə, zalımdırdsa, qəddadırsa, mərhəmətsizdirsə ikisi də eynidir. “Yoxsa (əvvəlki ilahi) kitablarda sizin üçün bəraət (əzabdan qurtuluş hökmü) vardır?!” Yəni onun üçün Allahın hökmü olmalıdır. “Yoxsa onlar: “Biz (Məhəmməd və möminlərdən) intiqam ala biləcək bir zümrəyik!” – deyirlər?.”
Baxın, həmişə qisas alma, asma, kəsmə, zülm. Allah bunu istəmir. “Yaxında bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!.” Bax, Allah: “yaxında” deyir, çox qısa müddət içində. “Və arxa çevirib qaçacaqlar.” Məsələn, hal-hazırda Suriyadakı, Misirdəki zalımlar mütləq məğlub olacaqlar, görəcəksiniz. Bir tək qatı dinçilər məğlub olacaqlar. Nəticədə isə, haqq olan Qurana tam tabe olanlar qalib gələcəklər. Qatı dinçi olanın iqtidarı da olmaz, mütləq dağılarlar.
Mehdiyyət yolunda olan iqtidar isə heç vaxt dağılmaz. Allah elə yaradır. Bu bir asanlıqdır. Axırzamanda olduğumuz üçün, qiyamət yaxın olduğu üçün qatı dinçilər tez yıxılacaqlar. Hökumətlər tez yıxılacaqlar, daha ardıcıl olacaq. Çünki Allah vaxt az olduğu üçün mehdiyyətin tezliklə hakim olmasını istəyir. Allahın istifadə etdiyi gizli cəmiyyətlər var, onlar da bu təlimatı almış vəziyyətdədirlər. İllimünati kimi, masonluq kimi, tampliyerlər kimi sistemlərlə qısa müddətdə mehdiyyət, islamın hakimiyyəti şirk sistemlərinin də dağılması üçün bu gizli cəmiyyətlər də hal-hazırda kömək edirlər, bunu açıqca deyim. Mehdiyyət yolunda olan sistemin də hakim olması üçün var gücləriylə dəstək olurlar. Bunları zamanla daha açıq görəcəyik, inşaAllah.