İçeriğe geç

Nəhl surəsi, 121, 125, 127, 128-ci ayələrin təfsiri

Hörmətli Adnan Oktarın 7 Avqust, 2013-cü il tarixli söhbətindən Nəhl surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Nəhl surəsi, 121-ci ayədə Allah hz. İbrahim (ə.s) üçün buyurur; “O, (Allahın) nemətlərinə şükür edən idi. ” Əlhəmdülillah. Mömin həmişə neməti görüb, həmişə şükr edər. Məsələn, xromosomların quruluşuna baxır “əlhəmdülillah” deyir, qələmi görür “əlhəmdülillah” deyir, avtomobili görür “əlhəmdülillah” deyir, həmişə sevinc içində olur, yəni onları fövqəladə, sadə, sıravi bir şey görmür. “(Allah da) onu seçmiş və düz yola yönəltmişdi.” Əbcədi; 2002-ci il tarixini verir. Bilirsiniz ki, hz. Mehdi (ə.s) hz. İbrahim (ə.s)-ın nəslindəndir.  “İnsanları Rəbbinin yoluna hikmətlə”

Yəni düşünərək, qısa və köklü, yığcam danışmaq. Boş-boş, uzun uzadı söhbətlər, səmimiyyətsiz söhbətlər yox, bunlar olmaz. Peyğəmbərimiz (s.ə.v) Allahdan qorxaraq, ağıllı, düz və səmimi olaraq izah edirdi. “Və ən gözəl öyüd-nəsihət ilə dəvət et”, yəni narahat edici, təcavüzkar deyil, gözəl öyüd. Gözəl öyüd nə deməkdir? Eşidənin xoşuna gələcəyi tərzdə bir öyüd-nəsihət ilə “hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mücadilə et.” Baş-göz yararaq, alçaldaraq, iztirab verərək deyil. “Ən gözəl şəkildə mücadilə et.” “Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!” “Səbir et. Sənin səbir etməyin yalnız Allahın köməyilədir. Onlardan (müşriklərdən) ötrü kədərlənmə“

Kədər insanı əldən salar. Müsəlman kədərlənməməlidir. Amma çoxları hönkür-hönkür ağlayır. Allah: “kədərlənmə” deyir, “və qurduqları hiylələrə görə də ürəyini sıxma!” İnsanlar hiyləli nizam qurulduqda, əxlaqsızlıq, tərslik, nalayiqlik gördükləri zaman ürəklərini qısar, pis vəziyyətə düşərlər. Hətta ürəyi ağrıyar. “Ürəyim ağrıyır” deyər, yaxud köks ötürər, narahat olar. Hiyləli nizam nədir? Biri əxlaqsızlıq edirsə, bu hiyləli nizamdır. Bir taktika tətbiq edirsə, adamlıq dini tərzində nalayiq bir şey edirsə, bu da bir hiyləli nizamdır. Aldatmağa çalışırsa, yalan danışırsa, hiyləli nizamdır. Müsəlman bunlardan  narahat olar, ürəyi sıxılar.

Amma Allah: “ürəyini sıxma” deyir, bunu haram edib. İnsanlar belə şeylərdə çətinliyi, ürəklərini sıxmağı özünə haqq bilir. Amma Allah haram edib. Etməmək lazımdır. “Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir!” Allahdan qorxan insan, çox keyfiyyətli olar. Allahdan qorxmayan insan çoxdur. İnanır, amma qorxmur. Belələrinə rast gəlirəm. Qorxmur. Danışığından aydın olur. Qorxanda, Allaha qarşı çox ciddi bir hörmət olur. Üslubunda çox ciddi bir hörmət olur. Qorxmayan lağ edir. Dinlə, axirətlə, cənnətlə, mələklərlə lağ edir. Məsələn, alimdir, amma lağ və hörmətsiz bir üslubla danışığından Allahdan qorxmadığı aydın olur. İman əhli isə Allahdan qorxub çəkinir. Yəni halala, harama diqqət yetirir, Qurana uyğun əxlaqda olur. “və yaxşı işlər görənlərlədir!” Hər kəsə yaxşılıq etmək, müsəlmanın əsas xüsusiyyəti olmalıdır.

images (6)

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz