Hörmətli Adnan Oktarın 11 Avqust, 2013-cü il tarixli söhbətindən Əbəsə surəsi ilə bağlı izahları.
ADNAN OKTAR: Əbəsə surəsi, 17-ci ayə “Canı çıxsın o insanın! O nə nankordur!” Qurandakı sözlər Allaha aiddirsə, bu sözləri Allahmı deyib? Didəm xanım: “Adnan müəllimdən şərh gözləyirəm” deyir. “Canı çıxsın o insanın.” Əvvəl-axır insanın canı çıxar. Cəhənnəmə düşərsə, cəza çəkər. Canının çıxmasından bir şey olmaz. Allah “nankor” deyir, bax. Nankor nə deməkdir? Nankor- nemətdən heçnə anlamayan, nemətə qarşı qəddarlıq edən, nemətə qarşı vəfasızlıq, vicdansızlıq edən, yaxşılığa pisliklə cavab verən, insani dəyərləri olmayan, tərs və nalayiq adam mənasını verir. Allah bunu mükafatlandırsa, bu gözəllik deyil. Əlbəttə ki, Allah cəhənnəmdə cəzalandırır. Allah “canı çıxsın” deyir, Allahın ona verəcəyi cəzanın dəlilidir. Yoxsa onsuz da hər bir insanın öləndə canı çıxır. Canı çıxmayan heç bir canlı yoxdur. Dünyadakı bütün canlıların canı çıxar. Allah xaric, hər kəs ölər. Bir tək Allah sağ qalacaq. Mələklər də ölürlər. Sonra Allah onları dirildir.