Header

Ənfal surəsi, 5-6-cı ayələrin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın 12 Avqust, 2013-cü il tarixli söhbətindən Ənfal surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Ənfal surəsi, 5-ci ayəni oxu.

GÜLŞAH GÜCYETMƏZ: Şeytandan Allaha sığınıram. “Rəbbin səni evindən haqq uğrunda (döyüşə) çıxaranda möminlərdən bir qrup istəksiz idi.”

ADNAN OKTAR: “Rəbbin səni evindən haqq uğrunda (döyüşə) çıxaranda möminlərdən bir qrup istəksiz idi.” Niyə qorxur, uşağını-muşağını düşünür, işini düşünür, tənbəllik edir, ölüm gəlib çatmadığı üçün üzərində bir fərahlıq var, ölüm yaxasına yapışsa, elə etməz. Ölümü uzaq görür. Ən çox uşaq-muşağını, ailəsini düşünür. Bax, “möminlərdən bir qrup istəksiz idi.” Bu nə deməkdir? Allah bir şeydən məmnun deyilsə, bunun qarşılığı cəhənnəmdir mənasını verər. Bu necə də qorxunc bir şeydir. Peyğəmbərimiz (s.ə.v.) evdən çıxır, onun övladı yoxdur? O da bir insandır, o da yorulur, o da yuxusuz qalır. O çıxa bilir, sən niyə çıxmırsan? Və bu insan bir peyğəmbərdir. Allah: “kainatı sənin nurundan yaratdım” deyir. Kainatı bu qədər sevir. Allah: “Həbibim” deyir. Sən kimsən ki, çıxmırsan? Özünü müqayisə et.

Ənfal surəsi 6-cı ayə, Ebru xanım oxuyun.

EBRU ALTAN: Şeytandan Allaha sığınıram. “Onlar, haqq bəlli olduqdan sonra belə, gözləri baxa-baxa ölümə sürüklənirlərmiş kimi, yenə də bu barədə səninlə mübahisə edirdilər.”

ADNAN OKTAR: Bax, peyğəmbərlə mübahisə edirlər. Nə qədər yorucu bir şeydir. Peyğəmbər, Allah: “Həbibim” deyir, “kainatı sənin nurundan yaratdım” deyir. Peyğəmbərimiz ulul-əzmdir, sonuncu və seçilmiş peyğəmbərdir. Oradakı adi bir insan peyğəmbərə ağıl verir. Bir bildiyi vardır, vəhy ilə hərəkət edir, Allah ürəyinə ilham edir desənə. Ağıl verə-verə bir şey söyləyir, yenə ağıl verir. Allah deyir ki; “Onlar, haqq bəlli olduqdan sonra belə.” Ortaya çıxmasa, ayrı məsələ, onda onsuz da itaət edər. “Gözləri baxa-baxa ölümə sürüklənirlərmiş kimi, yenə də bu barədə səninlə mübahisə edirdilər.” Sanki ölümə sürüklənirlərmiş kimi, o qədər azğın və o qədər tərs bir üslubla mübahisə edirlər. Nur peyğəmbərə etdiklərinə baxın.

Ramadan-2013-Al-Quran-HD-Wallpaper

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313