Hörmətli Adnan Oktarın 23 avqust 2013 tarixli söhbətindən insanın yaradılışı ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Qardaşım, Quranda səhv axtarış etmələri uşaqcadır. “Biz hər şeyi sudan yaratdıq” (Ənbiya surəsi, 30) deyir. Hər şeyin 80%, 90% su, bütün canlıların, doğru. “Sizi axıdılan bir spermadan, bir mayedən yaratdıq” (Qiyamət surəsi, 37) deyir, bu da doğru. “Sizi bir palçıqdan yaratdıq” (Hicr surəsi, 26) deyir Allah, bu da doğru. “Bişmiş palçıqdan yaratdıq” (Rəhman surəsi, 14) deyir Allah, bu da doğru. Bir-biriylə ziddiyyət təşkil edən bir şey yox ki. Əvvəlcə hz. Adəm (ə.s) yaradılışında Allah, gildən yaradır. İlk Adəm (ə.s)-ın yaradılışı gildir. Maneken var ya gil maneken. Bişmiş gil heykəl. Mükəmməl bir heykəl edir Allah, sonra “bura gəl” deyir, birdən gedir heykəl, bu qədər.

İnsana çevrilir bir anda. Hz. Musa (ə.s)-ın əsası necə ağac taxtası bir anda necə ilana çevrilir, eynisi. Yəni oradakı hadisələrin arasında heç fərq yoxdur. Hz. İsa (ə.s) palçıqdan quş formasında bir şey edir. Üfürür, qoyur yerə, geriyə çəkilir, uçub gedir, quş olur. Allah “Öz iki əlimlə etdim” (Sad surəsi, 75) deyir. Palçıqdan, bu sənətkarların istifadə etdiyi şey var ya gil palçığı. Bildiyin palçıq, Quranın izah etdiyi o. “Ondan bir insan etdim” deyir. “Bişmiş” deyir. Gil bişdikdə o şəkli alar. “Gildən bir insan etdim.” Allah “qum” deyir, Allahın icazəsiylə Allah, yalnız “qum” deyir “qalx” deyir, qalxır. Çaşmış halda baxır, heyrətlənir mən nəyəm, kimisindənəm. Sonra Allah deyir məsələn, “bu nədir?” deyir. “Bu duzqabı” deyir Allah.

Tək-tək öyrədir Allah. “Bu nədir?” “Çəngəl.” “Bu nədir?” “qaşıq.” “Bu nədir?” “Ayaqqabı.” Hamısını öyrədir. İlk dili ona öyrədən Allahdır. Bu qədər. Yəni bir-biriylə ziddiyyət təşkil edən heç bir istiqamət yox. Hz. Adəm (ə.s)-ın spermasından insan yaradılır. Ayədə deyir ki; “Az bir sudan alçaq bir sudan sizi yaratdıq” deyir. “Az bir sudan” spermanı nəzərdə tutur. Yaxşı, doğru. Bütün canlıları sudan yaratdı. Hz. Adəm (ə.s)-ın bütün bədəni su. 80%, 90% su, doğru. Uşaqlarının da bədəninin 80%, 90% su. Bunda təəccüblü nə var? Quranda qüsur axtarmaq işini bir dəfə buraxsınlar, tapa bilməzlər. 1400 ildən bəri axtarır adamlar, tapa bilmir, indi sizmi tapacaqsınız? 1400 ildən bəri gecəli gündüzlü Quranda qüsur axtarırlar, tapa bilmədilər. Tapa bilməzsən də, yeddi cəddin gəlsə yenə tapa bilməzsən. Qiyamətə qədər axtaracaqsan, yenə tapa bilməyəcəksən.

kurani-kerim