Hörmətli Adnan Oktarın 26 avqust 2013 tarixli söhbətindən Qəsəs surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: “Məhz axirət yurdu; ” deyir Allah Qəsəs surəsində. “Biz onu, yer üzündə böyüklənməyənlərə” deməli, böyüklənməmək ən həyati mövzudur, eqoizm etməyəcəksən. Heyrətvericidir, məsələn, insan aciz olduğu halda nəhayət ətdən, sümükdən ibarət olan yazıq bir varlıqdır. Ət yəni bildiyin ət, sümük, yağ, qan bir ovuc. Allah ona eqoizm verir. Çölə çıxın, yüz minlərlə eqoizmli insanla qarşılaşarsınız. Əcaib eqoizmli. Təbii ehtiyacların var, yatırsan, yazıqsan, sonunda da öləcəksən, amma buna baxmayaraq eqoizmli. “və təxribatçılıq etmək istəməyənlərə,” dünyanın hər tərəfində təxribatçılıq var bu an. Müsəlmanları məzhəblərə bölmək də təxribatçılıqdır. Parçalamaq, müsəlmanlara kömək etməmək, İslam birliyini istəməmək çünki pozulsun, parçalansın istəyirsən sən birləşsin istəmirsən. “(hədiyyə) edərik.” (Gözəl) Nəticə təqva sahiblərinindir.” Əgər təqvalısansa, nəticə gözəl olur.
“Kim bir yaxşılıqla gəlirsə, artıq onun üçün daha xeyirlisi vardır” nə gözəl adam yaxşılıqla gəlir, Allah ona xeyirlisiylə cavab verir, daha xeyirlisi. Daha yaxşı olur, daha gözəl olur, malı artır, mülkü artır, zənginliyi artır, gözəlliyi artır, dincliyi artır hər istiqamətdən yaxşı olur, “kim bir pisliklə gəlirsə, artıq pislikləri edənlər, yalnız etdikləriylə qarşılıq görərlər.” Allahın ədaləti. Məsələn, yalnız etdiyi qədər, çox deyil.