Hörmətli Adnan Oktarın 27 avqust 2013 tarixli söhbətindən Yunus surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Yunus surəsi, 36. Allah deyir ki, “Onların əksəriyyəti zəndən başqasına uymaz.” Həmişə zənn, xurafatçılara baxırıq zənn, qatı dinçilər zənn, darvinistlərə baxırıq zənn, təxminlə! Qəti hökmlə olması lazım. “Onların əksəriyyəti zənndən başqasına uymaz. Həqiqətən zənn isə, haqdan heç bir şeyi təmin edə bilməz.” Zənn ilə nə edilər? Heç bir şey edilməz. “Şübhəsiz Allah, onların işləməkdə olduqlarını biləndir” deyir Allah.
Şeytandan Allaha sığınaram. “Əgər səni yalanlayarlarsa,” deyir Allah, həmişə darvinistlərin, materialistlərin, qatı dinçilərin etdiyi həmişə yalanlama, qarşı çıxma “yalanlayarlarsa, onlara de ki:” Allah bir ağıl, bir üslub göstərir, “onlara de ki: Mənim etdiklərim mənim, sizin etdikləriniz sizindir” bu qədər. Mən sizə qarışmıram, sizdə mənə qarışmayın. Bu nədir? Demokratiyanın özü. Deyirlər ki, Quranda demokratiya varmı? Bax, buyur. “Siz mənim etdiklərimdən uzaqsınız və mən də sizin etdiklərinizdən uzağam.” Bu qədər. “Uzaq olduğunuz üçün sizi cəzalandıracağam” demir. Uzaqsınız amma “məndə sizin etdiklərinizdən uzağam” deyir. Lakin bu bir döyüşü tələb etmir.
“Hər ümmətin bir” Mehdi (ə.s)-ı, bir elçisi “bir elçisi vardır. Onlara rəsulları gəldiyi zaman” əbcədi neçə? 2021. Bir dənə rəqəm verir, 2021. Hərf cəmi 2021.” “Hər ümmətin” məsələn, müsəlmanlar bir ümmət, “bir elçisi” bir elçisi, bir Mehdisi vardır. “Onlara rəsulları” Mehdiləri, “gəldiyi zaman,” 2021,”aralarında ədalətlə hökm verilər və onlar zülmə uğradılmazlar.” Həmişə ədalət, Allahın ən çox üzərində dayandığı şey. Hz. Mehdi (ə.s) da gəldiyində, ən əhəmiyyətli vəzifəsi nədir? Ədalət, ədalətli olmaq, dünyaya müdhiş bir ədalət hakim olur. Ən böyük rahatlıq ədalətdir, ədalət olmayınca məhv olarsan.
“Deyərlər ki: “Əgər doğru sözlüsənsənsə” madam izah etdikləriniz doğru, “bu ifadə etdiyiniz müddət (vəd) nə zamanmış?” “Nə vaxt hz. Mehdi (ə.s) gəlir? Nə vaxt hz. İsa Məsih (ə.s) gəlir? Nə vaxt qiyamət qopur? Bizə bir söyləyin” deyirlər. Belə bir maraq da var bunlarda. Mütləq edəcəyindən deyil, amma öyrənmək istəyir daxili düşüncəylə bunu tələb edirlər.