Hörmətli Adnan Oktarın 27 avqust 2013 tarixli söhbətindən İbrahim surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Allah, İbrahim surəsi ayə 13-də deyir ki; “Şübhəsiz biz, zülm edənləri həlak edəcəyik. “Suriyada nələr olacaq” deyir. Allah “həlak edəcəyəm” deyir. “Misirdə nə olacaq” deyir. Allah “həlak olacaq” deyir. Tək qatı dinçi müsəlmanlıq da çox böyük bir təhlükə var. Həqiqi Quran əxlaqı, Qurana olan sevgi sanki kənarda dayanır. Böyük bir güc olaraq kənarda dayanır. Həqiqi İslam bir atəşdir, münafiq sistemi yandırar, yəni yox edər. Amma o atəşin ətrafında indi bir sədd var. O sədd yıxıldığında, nə qədər münafiq düşüncə varsa, nə qədər xurafat düşüncəsi varsa Allahın icazəsiylə İslamın, Quranın nuruyla tərtəmiz olacaq, hamısı yanıb yox olacaq, inşaAllah.
Allah deyir ki, 14-cü ayədə. Şeytandan Allaha sığınaram: “Və onlardan sonra” onlardan əvvəl və onlardan sonra. Çünki onlar həlak olur “sizi o ərzə” o ərz hansıdır? Dünya. Ünvanı da söyləyir Allah, yeri də söyləyir, deyilmi? “O ərzə mütləq yerləşdirəcəyik.” Bax qətilik ifadə edən cümlə söyləyir Allah. Mütləq yerləşdirəcəyik, könlümüz rahat olsun deyə. Nə deməkdir? Sizi dünya hakim, edəcəyəm deyir Allah. “Məhz bu, mövqemdən qorxana” Allahı sevənə deyil. “Allahı mən sevirəm” deyir. Qorxursanmı? “Qorxmuram” deyir. Qorxmazsansa ağlın gedər. Qorxmazsa bir insan qeyri-ixtiyari əxlaqı pozular.
Qeyri-ixtiyari şəxsiyyəti pozular. Qeyri-ixtiyari İslamı yaşaya bilməz. “Mən çox sevirəm Allahı” deyir. Yaxşı nə edirsən? Eqoistlik, eqoizm, tünd xasiyyətlik, tərslik. Allahdan qorxan edə bilərmi? Edə bilməz. Yalan söyləyə bilərmi Allahdan qorxan? Edə bilməz. Ədalətsizlik edə bilərmi? Edə bilməz. Amma Allah sevgisiylə edər adam. “Allahı sevirəm” deyən edər. Necə edirsən deyə soruşuruq? “Allah bağışlayar onsuz da” deyir. Haradan anlayırsan deyirik? “Mən Allahı sevirəm çünki” deyir. Bax, Allah qorxusu yoxdur. Allah qorxusu olmadımı hər şey edər Allah əsirgəsin. Bax, “Bu mövqemdən qorxana və təhdidimdən qorxana aid (bir imtiyazdır)” deyir Allah. (İbrahim surəsi,14)
Allahın təhdidindən qorxursa, Allahdan qorxursa Allah onu mömin olaraq qəbul edir. Və ona nemət verir. Məni sevəni demir Allah. Allah o zaman deyər, “məni sevsə kafi” deyər. Demir Allah. Həmişə özündən qorxulmasının üzərində dayanır Allah. Çünki qorxdumu mükəmməl əxlaq meydana gəlir. Çünki yalan danışmaz, əclaqflıq etməz, oyun oynamaz, qürur etməz. Necə eqoizm etsin Allahdan qorxan? Allahdan qorxmadımı qürurlu da olur, təkəbbürlü də olur, vəfasızlıq da edər. Deyir ki “mən səni çox sevirəm” deyir. Yaxşı Allah razı olsun. Vəfa varmı? Yox. Səbir varmı? Yox. Şəfqət varmı? Yox. Yalan danışma varmı? Var. Eqoizm varmı? Var.
Eqoistlik var, həsədlik var, qısqanclıq var, böyüklük, əzəmət hər şey var. Bəs? “Mən səni sevirəm” deyir. O sevgi neyə bənzəyir? Boşluq, altı yox. Amma Allahdan qorxan deyir ki, “mən səni sevirəm.” Eqoizm yox, təvazökar, mehriban, hörmətli, itaətli, doğru, vəfa onun üçün bir nemət, gözəllik, həlim. O həqiqi eşq olar məhz. İçi dolu, o birisinin içi boş. Vardır elə tiplər görərsiniz. Zövqsüz tiplər. “Allahı sevirəm” deyir, hər cür pislik var. “Allahdan qorxurlarmı?” deyir. Allahdan qorxanı ayıblayır. Baxırsan, hər cür pislik var. Hamısında olmasa belə böyük hissəsində belədir.
“(Peyğəmbərlər)” imamlar, Mehdilər, “fəth istədilər,” Allahdan, fəth edilmək. Fəth, yəni İslamın dünyaya hakimiyyəti. İslamın qürurunun, ləyaqətinin dünyaya hakim olması. İslamın əxlaqının, gözəlliyinin, sevgisinin, estetika anlayışının, demokratiya anlayışının, azadlığın dünyaya hakim olması. Fəthdən qəsddir bu. “(sonunda) hər dikbaş” dikbaşlıq nə demək? Silahla, təzyiqlə, nəticə əldə etməyə qalxan. Sevgiylə nəticə əldə etməyə qalxana Allah dikbaş deyirmi? Demir. Ağılla, mədəniyyətlə, demokratiyayla nəticə əldə edənə Allah dikbaş demir. Kimə deyir dikbaş deyə? Güc tətbiq edənə dikbaş deyilir.
Silah, şiddət istifadə edən, terrorla qorxduraraq, bombalayaraq, asaraq, kəsərək, hərbi həllərlə nəticə almağa qalxana dikbaş deyir Allah. Bax, “Dikbaş və inadkar.” Görürsən doğru olduğunu bir şeyin, özün səhv olduğunu görürsən. Məsələn, indi bu dəhşət inadkar. Suriyadakı dəhşət. Sən bir dəfə atadan oğula krallıq sistemi qurmusan, millətin yaxasından düşmürsən. Demokratiya yoxdur. Doğrumu? Doğru. Müdhiş zülm edirsən, atan da zülm etdi. Doğrumu? Doğru. Millət səni istəmir “get” deyir getmirsən inad edirsən. Doğrumu? Doğru. İnadkarsan. Bax, “Hər dikbaş və inadkar təxribata uğrayıb..” Təxribata uğramaq nə deməkdir? Təxribat; dağılma, ətrafındakılar dağılır, gücü dağılır, təxribata uğrayır.
Əgər sən bir məzlumun üzərinə əsgər göndərirsənsə dikbaş olarsan. Məzlumun üzərinə polis göndərirsənsə dikbaş olarsan. Amma qanuna, hüquqa uyğun bir şey edirsənsə dikbaş olmazsan. Suriyada xalqın üstünə əsgər göndərirlər. Bu bir dikbaşlıqdır. Qanuni bir şeymi bu? Deyil. Hüquqa uyğunmu? Deyil. Demokratiyaya uyğunmu? Deyil. Dikbaşlıq edir, əsgərlə insanları əzir. Misirdə polis də dikbaşlıqla əzir. Hüquqa, qanuna uyğunmu bu? Deyil. Əsgər və polis; ədaləti, vicdanı, hüququ, həqiqəti, yaxşılığı və gözəlliyi müdafiə etməklə mükəlləfdir. Hakimlərin əlində oyuncaq olmaz. Zalımların əlində oyuncaq olmaz. Bunu da qəbul etməməsi lazımdır. “Fəth istədilər, (sonunda) hər dikbaş inadkar təxribata uğrayıb -yox oldu- getdi” deyir ayədə. (İbrahim surəsi, 15) Yox oldu, yəni tapa bilmirsən. “Yox oldu getdi” deyir Allah. Əbcədi də; 1995 tarixini verir. 1995 mehdiyyətin tarixini verir.