Header

İbrahim surəsi, 5, 8, 7-ci ayələrinin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın 27 avqust 2013 tarixli söhbətindən İbrahim surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: İbrahim surəsi 5, şeytandan Allaha sığınaram. “And olsun, Musanın qövmünü qaranlıqlardan nura çıxaran” zülmətlərdən nura, zülmətdən-nur “və onlara Allahın günlərini xatırlat deyə ayələrimizi göndərmişdik. Şübhəsiz, bunda çox səbir edən və şükür edən hər kəs üçün həqiqətən ayələr vardır.” “Allahın günlərini xatırlat” Şiə qaynaqlarda bu “Allahın günlərini xatırlat” hz. Mehdi (ə.s)-ın gələcəyi tarix, meydana çıxacağı günləri xatırlat mənasındadır deyir, inşaAllah.”Musa demişdi ki” Seyidinə Musa, “əgər siz və yer üzündəkilərin hamısı inkar edəcək olsanız belə şübhəsiz, Allah heç bir şeyə möhtac deyil, təriflənmişdir.” Bax, məhz bu dəccaliyyətə işarə. Axırzamanda olacaq fəlakəti hz. Musa bildirir. Bax, deyir ki “əgər siz və yer üzündəkilərin bütünü inkar edəcək olsanız” indi 99% inkar dünyada. Bax, “hamısını inkar edəcək olsanız belə şübhəsiz, Allah heç bir şeyə möhtac deyil.

Və təriflənmişdir.” Mehdisi ona bəsdir. Tək Mehdisi ilə bütün dünyaya Cabbar adıyla şanını qəbul etdirir Allah. “Rəbbiniz belə buyurmuşdu, and olsun əgər şükür etsəniz həqiqətən sizə artıraram.” Əlhəmdülillah, əlhəmdülillah, əlhəmdülillah. “Və and olsun” deyir Allah and içir, “əgər nankorluq etsəniz” yəni şükür etməsəniz, nemətin Allahdan olduğuna inanmasanız”şübhəsiz mənim əzabım çox şiddətlidir.” Döyüş çıxardaram, qiyam meydana gətirərəm, vətəndaş müharibəsi çıxardaram, hücum çıxardaram, iqtisadi böhran çıxardaram məhv edərəm sizi deyir Allah. “Olurmuş ya bunlar” deyir adam. Xəstəxanada yatarkən soruşur bunu. “Olur belə bir şey” deyir.

Bütün sülaləsi yox edilmiş, “bu ayə, bu olurmu” deyir. Olmuş yaşayırsan, xəbərin yox. Bax islam aləminin halına dünyanın halına, bax anlarsan. Yəhudilər haqqında Quranda yüzlərlə ayə vardır. Yəhudiləri alçaq görən bir üslub bərəkətsiz və uğursuz bir üslubdur. İslama Qurana çox açıq bir mübarizə kimidir bu. Halbuki, əhli-Kitabla Allah evlənə bilərsiniz deyir. Yəni yəhudilərlə. Və onların kəsdiyini yeyə bilərsiniz deyir Allah. Onlara qonaq gedə bilərsiniz deyir Allah. Onlarla dost olub yoldaş olmamızı istəyir Allah. Amma yəhudilər vardır, yəhudi. Yəni bütpərəst bir qövm. İsrail ayrıdır, yəhudilər ayrıdır. Onlara qarşı o dövrdə müsəlmanlar güclü bir mübarizə etdilər, yəhudilərə qarşı. Müşrik bir qövm.

Amma İsrail oğulları, dindar İsrail oğulları açıqca hökmü ifadə edilmiş, evlənə bilərsiniz sözü mövzunu bitirir. Bunun üzərinə artıq söz olmaz. Deyir ki “yaxşı elə amma belə də bir ayə var” qardaşım evlənə bilərsiniz dedikdən sonra daha bunun üzərinə nə danışırsan sən? Nə demək evlənə bilərsiniz? Sirdaşın olacaq, sevgilin olacaq, güvənəcəksən, uşaqlarının anası olacaq, bir yataqda ömür boyu yaşayırsan dostun olur o sənin. Sən necə bir üslub işlədirsən o zaman? Onun üçün boş yerə İsrail düşmənliyi İsrail qövmünə, İsrail dindarlarına qarşı nifrət siyasəti uğursuzluq gətirər. Çox səhv bir hərəkət, həm günah, həm Qurana uyğun olmayan hərəkət olduğu üçün bərəkətsizdir və çox səhv bir rəftardır.

Bundan imtina etməsi lazım insanların. Mehribanlıqla yaxınlaşmaları lazım, gözəlliklə yaxınlaşmaları lazım və nəsranilər üçün də elə xristianlar. Məsələn, Allah deyir ki “Sizə yaxın olar” deyir ayədə. “Yox mən onu düşmən görürəm” deyir. Şəfqətlə yaxınlaş, Allah deyir açıqca “sizə yaxın olar, sevgi baxımından sizə yaxın olar” deyir Allah. Nə deməkdir? Sizdə onları sevin. Sevgi olaraq sizə yaxın olar nə deməkdir, nə mənanı verər? Səni sevəni səndə sevəcəksən. Açıqdır bunun mənası. Bu səbəbdən xristian və yəhudi nifrətini təbliğ edənlər, çox səhv edirlər, bu oyuna da heç kim gəlməsin. Bilvasitə, yoldan da bunlara kimsə köməkçi olmasın. Çünki Quranda, xristianlar nəsraniləri də Allah, eyni şəkildə açıqlayır. Məsələn, xristian olanla evlənə bilirsən. Uşaqlarının anası olur, yeməyini yeyə bilirsən əhli-Kitabın. Qurana inanırsansa, inanmırsansa o ayrı məsələ.

images

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313