Header

Əraf surəsi, 31-32-ci ayələrinin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın 14 sentyabr, 2013-cü il tarixli söhbətindən Əraf surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Allah Əraf surəsinin 31-ci ayəsində buyurur, şeytandan Allaha sığınıram: “Ey Adəmoğulları, hər məscid yanında”, buradakı “Adəmoğulları” ifadəsi çox mənalıdır. Allah hər hansı bir qövmdən bəhs etmir. “Ey Adəmoğulları”-deyir.Bütün dünyaya səslənir, bütün dünyadakı müsəlmanlara. Hansı qövmdənsən? “Adəmoğulları qövmündən.” “Ey Adəmoğulları, hər məscid yanında zinətlərinizi taxın”, müsəlmanlara xitab edilir. “Hər məscid” haradadır? Məsələn, getdiyin yolun yanında bir məscid var və yaxud bir müsəlmanın evinə gedirsən, o da bir məscid sayılır. Bu zaman müsəlman nə etməlidir? Zinət və bəzək əşyalarını taxmalı, bəzəkli, baxımlı, gözəl olmalıdır. Bu ayə, xanımların bəzəkli və baxımlı olmasına işarə edir. “Zinətlərinizi taxın. Yeyin, için və israf etməyin. Çünki O (Allah), israf edənləri sevməz.” Yəni, Allah, yeməyi həddindən artıq çox bişirib qalanını çölə atmağı, israfçılığı sevmir.

“De ki: “Allahın qulları üçün çıxardığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” Təəssübkeşlərin (dində həddini aşanların) iki həssas nöqtəsi var,birinci yeməkləri haram saymağa çox meyillidirlər, bir də zinəti haram saymağa çox maraqlıdırlar. Qızılı, gümüşü, incini, muncuğu, paltarı haram sayırlar. Məsələn, xanımlar saçlarını rəngləyər onu haram sayar. Bəzək əşyaları haram hesab edirlər. Hər şeyi haram sayırlar. Allah, onların bu xüsusiyyətlərinə qarşı: “De ki: “Allahın qulları üçün çıxardığı zinəti” –deyir.Yəni, Allah “bütün zinətləri Mən yaradıram. Siz düzəldirsiniz, fabriklərdə düzəldirsiniz”demir. “Mən sizə göndərirəm. Bütün zinəti mən yaradıram. Sizin istifadə etməyiniz üçün yaradıram”-deyir. ” Və təmiz ruziləri kim haram etmişdir?” Kimlər haram edir? Dində təəssübkeşlər (həddini aşanlar) haram edir. Məsələn, bir çox yeməyi haram hesab edirlər. “De ki: “Bunlar, dünya həyatında iman edənlər üçündür,” Yalnız bu dünyada deyil, qiyamətdə də iman edənlərə məxsusdur. “Qiyamət günündə (axirətdə) isə yalnız möminlərə məxsusdur. Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah edirik.” Yəni bilən bir birlik üçün, düşünən bir birlik üçün.

quran11

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313