Hörmətli Adnan Oktarın 4 oktyabr 2013-ci il tarixli söhbətindən Ənam surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: MaşaAllah. Ənam surəsi 133-cü ayədə belə deyilir, şeytandan Allaha sığınıram: “Rəbbin Zəngindir, mərhəmət sahibidir”. Bəs bu nə deməkdir? Bu həm hz. Mehdi (ə.s)-ın, həm də hz. İsa Məsih (ə.s)-ın heç bir şeyə və heç kimə ehtiyaclarının olmamağı deməkdir. Çünki, Allah onlara kömək olur. “İstəsə, sizi məhv edər”-deyilir ayədə. Məsələn, Misirdə, Suriyada və Liviyada hökuməti dağıdır. “…Və sizi başqa bir qövmün nəslindən yaratdığı kimi sizdən sonra da yerinizə istədiyini gətirər”-deyir Allah. Budur, o istədiyi hz. Mehdi (ə.s)-dır. Allah onları məhv edəcək, yerinə isə hz. Mehdi (ə.s)-ı gətirəcəkdir.
“Sizi başqa bir qövmün nəslindən yaratdığı kimi sizdən sonra da yerinizə istədiyini gətirər.” Sonrakı, 134-cü ayədə isə: “Həqiqətən, sizə vəd olunan əzab gələcəkdir”-deyir Allah. Yəni ayənin axışı və uyğunluğu mehdiyyəti açıq formada işarə etdiyi görülür. “Həqiqətən, sizə vəd olunan əzab gələcəkdir”, yəni hz. Mehdi (ə.s), hz. İsa Məsih (ə.s), İslam Birliyinin, qiyamət əlamətlərinin və qiyamətin gələcəyini bildirilir. “Siz ondan yaxa qurtara bilməyəcəksiniz”, yəni hz. Mehdi (ə.s)-ın və hz. İsa Məsih (ə.s)-ın qarşısını ala bilməyəcəklər. Dabbət-ül ərz çıxar və qiyamət baş verər. 135-ci ayədə Allah belə buyurur:
“De: “Ey qövmüm! Əlinizdən gələni edin”, yəni “maneə törətmək üçün əlinizdən gələni edin, oturub sizi insafa dəvət edən deyiləm.” “Əlinizdən gələni edin.” Yəni, “qədərdə yoxdursa onsuz da heç nə edə bilməyəcəksiniz” deyir. Cüzi bir şeydən başqa heç nə edə bilməzlər. Ancaq Allahın qədərdə təqdir etdiyini edə bilərlər. Nə münafiqlərin, nə kafirlərin, nə darvinistlərin, nə materialistlərin, nə də digərlərinin Allahın dediyinin xaricində bir gücləri və hücumları olmaz. Hz. Mehdi (ə.s) da “əlinizdən gələni edin. Mən də edəcəyəm” deyəcək. “Yurdun aqibətinin (Axirət evinin) kimə nəsib olacağını biləcəksiniz.” Yəni dəccala, yoxsa hz. Mehdi (ə.s)-a nəsib olacağını görəcəksiniz. Dünyanın sonu hz. Mehdi (ə.s)-a nəsib olacaqdır.
Onsuz da əbcəd hesabı da 1993-cü il tarixini verir. 1993-cü ilə işarə etməyi də çox mənalıdır. “Şübhəsiz ki, zalımlar nicat tapmazlar.” Bəs zalım nə deməkdir?. Zalım-zülm edən kəs deməkdir, yəni Allah, Qurana tabe olmamağı zülm olaraq görür. Qurana tabe olunmayan hər yerdə zülm olar. “Şübhəsiz ki, zalımlar nicat tapmazlar.” Yəni darvinistlər, materialistlər, ateistlər, kommunistlər, İslam əleyhinə olanları, heç vaxt nicat tapmayacaqlar. Xüsusilə də, bunların arasında zülm edənlər, heç vaxt nicat tapmazlar. Əlbəttə ki, zülm anlayışı geniş məhfumdur. Məsələn, bəziləri adam öldürməklə zülm edər, bəziləri haqqı gördüyü halda onu anlamazlıqdan gəlib zülm edər. Bir qismi isə özünə zülm edər. İnsanın öz-özünə etdiyi zülmü isə, düşməni belə ona etməz.