Hörmətli Adnan Oktarın 22 oktyabr 2013-ci il tarixli söhbətindən Naziat surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR:Şeytandan Allaha sığınıram, Naziat surəsinin 18-ci ayəsində Allah belə buyurur: “(Firona) De: “Günahlardan təmizlənmək istəyirsən?” Yəni, ilk dediyi şey təmizlikdir, maddi və mənəvi cəhətdən təmizlənməlidir. “Səni Rəbbinə doğru yönəldimmi ki,” necə ki, musəvilər “biz yalnız müəyyən bir qövmə, İsrail oğullarına təbliğ edirik” deyirlər. Elə bir qayda-qanun yoxdur. Ayədə də belə deyilir: “Səni Rəbbinə doğru yönəldimmi ki,…” Bu insan da İsrail oğullarından deyil, Kopt qövmündəndir, amma hz. Musa (ə.s) onu islama, müsəlmanlığa dəvət edir. Yəni yəhudilikdə hər kəsə təbliğ edilə bilər. Əlbəttə ki, indi islam, müsəlmanlıq haqq din olduğuna görə, müsəlmanlıq hakimiyyətdədir.
O dövrdə isə, haqq din yəhudilik idi, lakin, yəhudilik də həqiqi bir islam dinidir. Yəhudilik təhrifə uğrasa da, bir Musəvi Məhəmməd-i olduğu təqdirdə əsl musəvi olmuş olur. Onda Tövrata da tabe ola bilər. Onsuz da müsəlmanlar Tövratın haqq olan qisminə tabe olmalıdırlar. Yəni bir müsəlman Tövratın və İncilin haqq olan qisimlərini rədd edə bilməz və Qurana uyğun gələn hissələrinə tabe olar. İlk istənilən şey Allah qorxusudur. Ayədə də Allah: “Səni Rəbbinə doğru yönəldimmi ki, Ondan qorxub çəkinəsən?”-deyir. Yəni, “əvvəlcə, Rəbbinə tərəf yönəldim, sonra isə səni Allaha yaxınlaşdırım deyir, ona olan sevgini artırım, amma əsasən Allahdan qorxmağını hədəfləyirəm” deyir.
“Musa ən böyük möcüzəni Firona göstərdi.” Deməli, əvvəlcə insanları dinin haqq olduğuna razı salmaq lazımdır. Bəs biz nə edirik?. Biz də Quran möcüzələrini, Peyğəmbərimiz (s.ə.v)-in Axırzamanda baş verən möcüzələrini və mehdiyyət ilə əlaqədar olan möcüzələri də danışırıq. Çünki, hər sözü reallaşmışdır, bu isə xariqüladə (qeyri-adi) bir şeydir. Təbiidir ki, hal-hazırda Peyğəmbərimiz (s.ə.v)-in möcüzəsi insanlar tərəfindən gizlədilir. Hətta, böyük alim dediyimiz kəslər tərəfindən də gizlədilir. Bu isə Axırzamanın şiddətini göstərir. Məsələn, indi quyruqlu ulduzun çıxışı, Ramazan ayındakı ay və günəş tutulmaları kimi bir çox mühüm hadisələr, ümmətdən gizlədilir.
Boş dedi-qoduları, bir sözlə hər şeyi izah edir, ancaq bu xəbəri heç bir şəkildə demirlər. Yəni, “elədir” deyir, “bu yalandır” deyə bilmir, ona görə bu haqda heç nə danışmır və “siz də heç nə danışmayın” deyir. Çünki o möcüzələr eşidilsə, mehdiyyətin də həqiqi olduğu aydın olar. Hamısı bir-biri ilə əlaqədardır, ona görə də “əsla danışmayın” deyirlər. “Musa ən böyük möcüzəni Firona göstərdi. O isə haqqı yalan sayıb üsyankar olduğunu göstərdi”. Hal-hazırda da bir çox insan yalanlayır və üsyan edir. “Sonra da üz döndərib fəsad törətməyə girişdi”. Yəni, bu dəfə də müsəlmanların əleyhinə fəaliyyətə başlayır, onlardan üz döndərir, artıq onlarla görüşmür, görüşməmək qərarına gəlir, tərsləşir, yəni əks hərəkətlər edir və yaxud da onlara pislik etmək, həbs etmək, tapdalamaq istəyir.
“O, camaatını toplayıb onlara hündür səslə müraciət edərək…” Belə insanlar həmişə qrup halında fəaliyyət göstərərlər. Həmişə yanlarında ona kömək edə biləcək insanlar olar, o buna kömək edər, bu da ona kömək edər. “Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!” Yəni, rəsmi ideologiya və rəsmi düşüncə tərzi vardır, dövlət öz inancını qəbul etdirməyə çalışır və “mənim inancımdan, başqa bir inanc yoxdur” deyir. “Belə olduqda, Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı.” Allah iki dəfə əzab verir. Birincisi dünyada boğularaq ölmək əzabını, ikincisi isə axirətdə sonsuz cəhənnəm əzabını verir. “Həqiqətən, bunda (Allahdan) qorxanlar üçün işarə var.”
Yəni, Allahdan qorxan bu deyilənlərdən ibrət alar, bunlarda hikmət və dərinlik görər, mənasını anlayıb istifadə edər və mənəvi cəhətdən yüksələr. Allah: “Sizin yaradılışınız çətindir, yoxsa göyün? Allah onu qurdu”-deyə buyurur. Məsələn, bəzən Bədiüzzamanın üslubunda da, Şeyx Nazim həzrətlərində də bunu görürük. O bir şərhində Allahdan danışarkən “göyə qarşı çıxma”-deyir. Göy, Allahın elminin yayıldığı bir yer olaraq bilinən bir həqiqət olduğuna görə, bu cür deyir. “Allah onu qurdu, onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi”. “Onu qurdu”-deyir Allah. Yəni əvvəlcə atmosferi yaratdı, sonra isə “onun qübbəsini yüksəltdi”-deyir. Çünki, Allah ayədə yer üzü əvvəlcə duman halında olduğunu bildirir. Sonra eynilə elmin dediyi kimi, o duman göyə ucaldı, yəni o buludlar qurunun üstündən göyə qalxdı.
“…Və düzəldib kamilləşdirdi”-deyir Allah, yəni necə yayılacaq, neçə təbəqə olacaq, yeddi təbəqənin aralarının quruluşu necə olacaq, bir-biri ilə əlaqələri necə olacaq, bir sözlə Allah hamısına bir nizam verdiyini deyir. Həm də elmlə tam uyğun şəkildə etdiyini deyir. “Gecəsini qaranlıq edib, səhərini də nurlandırdı.” Allah gecəni xüsusi olaraq yaratdığını göstərir, yəni Allah gecə məcburən əmələ gələn bir şey deyildir, onu xüsusi yaratdığını deyir. “Səhərini də nurlandırdı”-buyurur Allah. Allah səhəri də xüsusi olaraq yaratdığını deyir. Əvvəlcə zəif, sonra isə çox güclü işıq meydana gətirir.
Günəşin aydınlığına baxsanız, qeyri-adi olduğunu görərsiniz. Ayədə də eynilə elmin açıqladığı kimi “sonra yeri döşəyib” deyilir. Əvvəlcə hər yer tüstü və sudan ibarət olmuşdur. Bu Tövratda da belə keçir: “Ənginin hər tərəfini su örtmüşdü, sonra quru göründü”-deyir. Quran atmosferin və onun təbəqələrinin yarandığını, yer yaranandan sonra onu bitkilərlə, ağaclarla və dağlarla döşədiyini deyir. “Orada su və otlaq yaratdı”, sonra isə yağışlar yağır. Allah eynilə elmin izah etdiyi kimi, əvvəlcə su və otlağı, sonra isə bitkiləri yaratdığını deyir. Amma Quran bunu elmdən əvvəl deyirdi. “Dağları da yerə bərkitdi”-deyir ayədə, yəniAllah eynilə elmin dediyi kimi yerin o hərəkətləriylə dağları yaratdığını, onları yerə bərkitdiyini, sabit vəziyyətə gətirdiyini bildirir.
Burdakı ardıcıllıq eynilə elmin dediyi ardıcıllıqla üst-üstə düşür. Sonra Allah heyvanların yaradılışından bəhs edir. “Bunlar sizin və mal-qaranızın faydalanmasından ötrüdür”-deməklə həmin bitkiləri heyvanların ondan istifadə etmələri üçün yaratdığını deyir. “Ən böyük fəlakətin gəldiyi zaman”-deyilir ayədə. Allah yaradılışdan bəhs etdikdən sonra, dərhal qiyamətdən xəbər verir. Əvvəlcə yaradıram, qiyamətdə isə parça-parça edib məhv edəcəyəm deyir. Bitkiləri də, qurunu da, dənizləri də, bir sözlə hər şeyi məhv edəcək. “Ən böyük fəlakətin gəldiyi zaman, o gün insan törətdiklərini xatırlayacaqdır.”-deyir Allah. Yəni, boş işlər gördüklərini və boş yerə Allahdan uzaq durduqlarını, haşa boş yerə Qurandan üz döndərdiklərini xatırlayacaqlarını bildirir Allah.