Hörmətli Adnan Oktarın 23 oktyabr 2013-ci il tarixli söhbətindən Haqqə surəsi ilə əlaqədar olan şərhləri.
ADNAN OKTAR:Şeytandan Allaha sığınıram: “O, şair sözü deyildir! Necə də az inanırsınız! O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz!” (Haqqə surəsi, 41-42). Burada Allah, az öyüd-nəsihət aldığınıza görə və az düşünməyinizə görə başa düşmürsünüz deyir, yəni başa düşməməkləri bundan qaynaqlanır. Allah “əgər düşünsəniz taparsınız” deyir. “O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir! Əgər Məhəmməd bəzi sözləri özündən uydurub Bizə aid etsəydi” (Haqqə surəsi, 44) Yəni, xurafatçılar uydurma rəvayətləri, uydurma hədisləri iddia edərək “Peyğəmbər, Allahın hökmünü, yəni Quran hökmünü şərh edərək aradan qaldırdı” deyirlər. Yəni, “Quran hökmünü şərh edib, uydurma bir rəvayətlə aradan qaldırdı. Allahın hökmü ləğv olundu” deyir. “Xeyr, Quranda var, ayədə var” deyirik, yənə də “o əsas deyil, onun hökmü bitdi və elə bir şey yoxdur” deyirlər.
“Niyə?” deyirik, “uydurma bir hədis var” deyirlər, əlbəttə ki, uydurma olduğunu demir, uydurma olduğunu biz deyirik. “Əgər (Məhəmməd) bəzi sözləri özündən uydurub Bizə aid etsəydi…”-deyir Allah. “Bizə qarşı” nə deməkdir? Quranın hökmünə qarşı, Quranı ləğv edəcək tərzdə deməkdir. “Əgər Məhəmməd bəzi sözləri özündən uydurub Bizə aid etsəydi, Biz onu sağ əlindən yaxalayar” (Haqqə surəsi, 44-45). Yəni, Allah sağ əlindən yaxalayacağını deyir ayədə. “Sonra da şah damarını kəsərdik.” (Haqqə surəsi, 46) Burada Allah Peyğəmbərinə: “Əgər, O elə bir şey etsəydi onu öldürərdim və “içərinizdən heç kim buna mane ola bilməzdi” (Haqqə surəsi, 47)–deyir. Bir sözlə, Allah “onu məndən xilas edə bilməzdiniz” deyir. “Həqiqətən, bu Quran müttəqilər üçün bir nəsihətdir” (Haqqə surəsi, 48).
Budur, Allah, Quran, yalnız “öyüd-nəsihətdir, Qurana yalandan əlavələr etməyin, onsuz da Peyğəmbər belə bunu edə bilməz” deyir. “Aranızdan Quranı yalan sayanlar olduğunu da bilirik!” (Haqqə surəsi, 49), yəni Quranın hökmünü yalan sayır və elə bir hökm olmadığını, artıq ortadan qaldırıldığını deyir. Budur, Allah müsəlmanlara: “İçinizdən yalan sayanların olduğunu da bilirik deyir. Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır”. (Haqqə surəsi, 50)-deyir. Yəni Allah, Quranı başa düşmədikləri üçün peşman olacaqlarlarını bildirir. “Sözsüz ki, bu Quran əsl həqiqətdir. Elə isə Böyük Rəbbinin adına təriflər de!” (Haqqə surəsi, 51-52). Yəni Allah-u əkbər de!.