Hörmətli Adnan Oktarın 6 noyabr 2013 tarixli söhbətindən Quranda qadın və kişinin eyni mühitdə ola biləcəyini bildirən ayələr ilə əlaqədar şərhlər.

ADNAN OKTAR: Qadın kişi bir yerdə olması onsuz da Quranda var. Bunu Qurandan izah edim.

Qəsəs surəsi, 23-cü ayə şeytandan Allaha sığınaram. Məsələn, hz. Musa (ə.s), “Mədyən suyuna çatdığı zaman”deyir, “Su götürməkdə olan bir insan birliyi tapdı. Onlardan geridə də (heyvanları su başına aparmaqdan çəkinən) iki qadın tapdı.” Bax, Musa (ə.s) ilə qarşılaşırlar. “Dedi ki: “Bu vəziyyətiniz nə?” Nədir bu vəziyyət” deyir. “Çobanlar sürülərini sulamadıqca, biz sürülərimizi sulaya bilmərik. “Çünki adamlar qoçuluq edir, qadınlara qarşı, kobud davranırlar. Suyun ağzını da daşla bağlayırmış, böyük qayayla, qadınların da gücü çatmır qaldırmağa, iki-üç çoban birləşirlər, qayanı qoyurlar suyun ağzına özləri istifadə etdikdən sonra, quyu, qadınlar da aça bilmirlər.

“Atamız, yaşı irəliləmiş bir qocadır.” dedilər.” “Dərhal onların sürülərini suladı, sonra yenə kölgəyə çəkilərək dedi ki: “Rəbbim, doğrusu mənə endirdiyin hər xeyirə möhtacam.” (Qəsəs surəsi, 24) “Çox keçmədən, o iki (qadın)dan biri, (utana-utana) gedərək ona gəldi.” Bax, tək başına hz. Musa (ə.s), peyğəmbər qızı gələn də. Yanına gəlir, tək gəlir. Bəs görüşülmürdü? Bax, görüşür. Güvənir çünki. Özünə də güvənir, ona da güvənir.

 “Atam, bizim üçün sürüləri sulamağına qarşılıq sənə mükafat vermək üzrə səni dəvət edir.” Baxın deyir ki, qızlarından biri; “Ey ata, onu ödənişli olaraq tut;” Hz. Musa (ə.s)-ı. “Çünki ödənişlə tutduqlarının ən xeyirlisi həqiqətən o” bax, diqqət yetir, “qüvvətli, etibarlı (biri)dir.” (Qəsəs surəsi, 26) Daşı qaldırdığını gördükdə anlayır ki, böyük bir qüvvətdir. “Və etibarlı biridir” Niyə? Əfəndi, əlindən üzündən nur axır, nəzakətlidir. Demək ki, etibarlısa görüşülürmüş. Amma qadınların şərhinə buraxır Allah.

Məsələn, hz. Süleyman (ə.s), yanına gələn Səba Məlikəsinə deyir ki; “Köşkə gir” deyir. Amma kristaldan bu cür dərin su görünüşündə bir yer düzəltdirmiş. Qadının üstündə ətək var, “qadın suyu gördükdə” yəni su kimi olan o kristal zəmini görüncə, “dərin bir su zənn etdi.” Bax, hz. Süleyman (ə.s) zarafat edir. Açıqdır bu, müəyyən ayağını açacağı. Çünki suya girən adam nə etsin, nə edəcək? “Və Səba Məlikəsi Belkıs ətəyini çəkərək ayağını açdı” deyir. Dərin bir su sanır həmçinin. Dərin bir suya girən necə girər? Xeyli açır ayağını. İnkar etməsinlər, ayə.

“Dedi ki; həqiqətdə” bu səfər zarafatını həll edir, “Bu şəffaf şüşədən olma, düzəldilmiş bir köşk zəminidir.” “Su deyil” deyir “Gördüyün kimi.” Amma bax ayağını da açmış olur qadın. “Dedi ki; “Rəbbim mən özümə həqiqətən zülm etdim” deyir qadın, Səba Məlikəsi. “Artıq mən Süleymanla birlikdə” bax nə qədər səmimi olmuş, bir anda adıyla xitab edir. “Süleymanla birlikdə aləmlərin Rəbbi olan Allaha təslim oldum.” Bax, “Süleymanla birlikdə aləmlərin Rəbbi olan Allaha təslim oldum.” Yəni “onun inancı tərzində, onunla birlikdə Allaha təslim oldum” deyir. Sonra hz. Süleyman (ə.s) evlənir onsuz da. Ondan oğlu da olur. Həbəşistana hz. Süleyman (ə.s) taxtını oğluyla birlikdə Səba Məlikəsiylə göndərdiyi rəvayətlərdə var. Həbəşistanda saxlandığı da deyilir. Yəni bu an onun övladları var Həbəşistanda, hz. Süleyman (ə.s)-ın övladları.

Bax, deyir, Peyğəmbər (s.ə.v)-ə, “Sənə qadınlar beyət etmək məqsədiylə gəldikləri zaman, onların beyətlərini qəbul et.” Necə beyət olar? Deyirlər ki, “Onlar əli-üzü bağlı” görmədiyi biriylə beyət edərmi Peyğəmbər (s.ə.v). Bir də Allah deyir ki, Peyğəmbər (s.ə.v)-ə, bax, “Gördüyün xanımlar nə qədər xoşuna gəlsə də” deyir, “çöldə gördüyün xanımlar, nə qədər xoşuna gəlsə də, bundan sonra onları evləndirməyin sənə qadağan” deyir Allah. Amma bax, “baxdığında xoşuna gələr” deyir. “Gözəllikləri xoşuna gələr” deyir. Amma xoşuna gəlsə də, çox bəyənsən də. Adamlar nə deyir? “Quru qarğalar kimiydik” deyir.

“Görmədiyi bir insanın gözəlliyi Peyğəmbər (s.ə.v)-in xoşuna gələrmi? Sən nə deyirsən? “Hər yeri bağlı idi. Çarşabın içində, bir tək gözü görülürdü” deyirsən. Allah nə deyir? “Gözəllikləri nə qədər xoşuna gəlsə də xanımları, bundan sonra sənə evləndirmək haram, qadağan” deyir Allah. “Amma özünü hədiyyə edirsə, o ayrı” deyir Allah. “O sənə halal” deyir Allah. Xanımlar da davamlı hədiyyə edirlər, əlhəmdülillah. “Onların beyətlərini qəbul et, sənə beyət etmək üçün gəldiklərində.” Müsəlmanlar da beyət edir. Müsəlman kişilər də beyət edir, qadınlar da beyət edir. Beyət ənənəvi olaraq toqqa edilər və beyət edilər. Görər yəni insan beyət etdiyi adamı. “Ya Rəsulullah sənə beyət etdim” deyir, söyləyir, eşidir. Üz-üzə, göz-gözə.

Məsələn, hz. Məryəm (r.ə) tək başına Cəbrayıl (ə.s) gəlir, düz bir bəşər qılığında, yaraşıqlı bir cavan şəklində gəlir. Danışır onunla. Qaçmır. Görüşür, danışır yəni. Bax, deyir ki, Allah Nur surəsi, 61-ci ayədə; “Açarına malik olduğunuz (yerlərdən) ya da dostlarınızın (evlərin)dən yemənizdə bir çətinlik yoxdur. Həmişə bir yerdə” qadın, kişi həmişə bir yerdə, “və ya ayrı-ayrı yemənizdə də bir günah yoxdur” deyir Allah. Bəs danışılmırdı xanımlarla? Fitrəti pozmaq olmaz. Allah nə deyirsə, odur.

images (6)