Hörmətli Adnan Oktarın 7 noyabr 2013 tarixli söhbətindən Bəqərə surəsi ilə əlaqədar şərhlər.
ADNAN OKTAR: Bəqərə surəsi, 89-cu ayə Şeytandan Allaha sığınaram, “Allah qatından əllərində olan (Tövrat)ı təsdiqləyən bir kitab gəldiyi zaman -ki, bundan əvvəl inkar edənlərə qarşı fəth istəyirdilər.” Yəni bir mehdiyyət hərəkəti istəyirlər daha əvvəl. Bundan əvvəlki hədisin mövqeyini açıqlayan, o hədisi təsdiq edən bir ayə. Bax “Allah qatından əllərində olan (Tövrat)ı təsdiqləyən bir kitab gəldiyi zaman,” Quran gəlir yeni. Yəni o dövrün mehdiyyətin ruhu “ki bundan əvvəl inkar edənlərə qarşı fəth istəyirdilər” yəni mehdiyyət hərəkəti istəyirlər. Qalibiyyət istəyirlər Allahdan, islamın qalib gəlməsini, bir mehdiyyət ruhunun canlanmasını istəyirdilər. “Məhz” deyir “bilib tanıdıqları gəldikdə” bax, “bilib-tanıdıqları gəldikdə, onu inkar etdilər” amma daha əvvəl bilir və tanıyır, bilir, tanıyır, gözləyir, “məhz bilib-tanıdıqları gəldikdə, onu inkar etdilər. Artıq Allahın lənəti onların üzərinədir” deyir Allah. Ayənin işarəli mənasıdır.
Şeytandan Allaha sığınaram. Bəqərə Surəsi, 90-cı ayə”Allahın qullarından, dilədiyinə Öz fəzlindən endirməsini “qısqanaraq’” peyğəmbərlik verməsini və ya mehdilik verməsini, “qısqanaraq və haqqa baş qaldıraraq” həqiqətə qarşı mübarizə edərək, “Allahın endirdiklərini tanımamaqla” peyğəmbərdən gələn vəhyi tanımamaqla, “nəfslərini nə pis şeyə qarşılıq satdılar.” Sırf eqoistlik üçün, sırf qısqanclıq üçün “nə pis şeyə satdılar” deyir Allah “nəfslərini.” “Beləliklə, qəzəb üstünə qəzəbə uğradılar. “Baxın, İslam aləmi darmadağın olur, bir çox yer darmadağın olur, Mehdiyyətə qarşı gəldikləri üçün. Halbuki, İslam Birliyini israrla müdafiə etmələri və müsəlmanların başına bir lider gəlməsi üçün Allaha dua etmələri lazımdır. Quranda da ayə var. Müsəlmanlar dua edir; “ya Rəbbi bizə qatından bir Sultan göndər, bir lider göndər” deyə dua edirlər. Allah “dua edin” deyir. Tam ziddini edirlər. Sırf qısqanclıq və həsədlik duyğusu üzündən, bir qismi məlumatsızlıq üzündən, bir qismi anlaya bilmədiyimiz qəribə səbəblərdən belə bir rəftar içindədirlər.