Hörmətli Adnan Oktarın 4 noyabr, 2013-cü il tarixli söhbətindən Kəhf surəsi ilə əlaqədar şərhlər.
ADNAN OKTAR: Allah Kəhf surəsi, 54-cü ayədə:“And olsun” deyir. “Bu Quranda” bax, Allah həmişə Qurana diqqət çəkir, “And olsun, Biz bu Quranda insanlar üçün hər cür məsəli” Bax Allah, “hər cür məsəldən” deyir, ağla gələn hər məsəldən “ətraflı izah etdik. “İnsan, hər şeydən çox mübahisə edəndir.” Yeni hədislər, hökmlər çıxararaq “filan alim onu dedi, filan alim bunu dedi” deyə mübahisə edərlər. Deyirlər ki: “Mübahisə də ümmətin ixtilafı rəhmətdir. Mübahisə bir rəhmətdir.” Allah ayədə: “Fəlakətdir, bəladır.” deyir. Onlar da: “Bu Allahdan bizə bir gözəllik olaraq gəldi” deyirlər. Ümmətin bölünməsini, parçalanmasını, bir-biriylə məşğul olmasını, mübahisə etməsini bir nemət olaraq görür.
Şeytandan Allaha sığınıram. Halbuki, Kəhf surəsi 54-cü ayədə Allah; “Biz bu Quranda insanlar üçün hər cür məsəli” hər cür müxtəlif məsəli. Bax Allah, hər nümunədən deyib bitirmir.“hər cür məsəli ətraflı izah etdik. İnsan isə ən çox mübahisə edəndir” Adamların mübahisə etməsindən həzz alırlar. Filan alimə görə elə, filan alimə görə belə. Alın fiqh (şəriət) kitablarını, 30 növ izah vardır. Həmin alim də, tələbələri də başqa cür düşünür, hətta tələbələrinin tələbəsi fərqli düşünür. Mübahisə mühitinə çevrilib. Baxın, Allah ona diqqət çəkir. “İnsan isə ən çox mübahisə edəndir” deyir.
“Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər kimi göndəririk.” Müjdə verirlər. İslam Birliyi müjdəsini, hz. İsa Məsih (ə.s) müjdəsini, cənnət müjdəsini verirlər və ümmətləri xəbərdar edirlər.
“İnkar edənlər isə, haqqı batil ilə etibarsız etmək üçün mübarizə edirlər.” Batil nədir? Etibarsız məlumatlar. Darvinistlər, materialistlər gecə gündüz iş görürlər. Necə edirlər? “İnkar edənlər isə, haqqı batil ilə etibarsız etmək üçün mübarizə edirlər. “Batil etibarsız. Elmilikdən uzaq, məntiqsiz şeylər ilə etibarsız etmək üçün haqq olanı, bax haqq olanı etibarsız etmək üçün mübarizə edirlər. Ona pul verirlər, imkan verirlər, salonlar tuturlar, universitetlər açırlar, məktəblər açır, məşğul olur. Mübarizə edirlər.
“Onlar Mənim ayələrimə və xəbərdar olunduqları şeylərə” xəbərdar edildikləri hər şeyi “istehza edirlər.” Açın internetdə baxın, “istehza edirlər”. Allah deyir ki, ona görə də; “anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq.” Niyə anlaya bilmir deyirlər. Allah da: “Halbuki onları Mən elə yaratdım.” deyir. Bu da ledün elmidir. “sən onları doğru yola çağırsan da,” izah etsən, dəlil gətirsən belə “onlar heç vaxt doğru yola gəlməzlər.” Bax,“heç vaxt.” Heç vaxt nə deməkdir? Yəni Allah: “Mən onları elə yaratdım” deyir. Onlar belə yaradıldılar. Yəni 1 trilyon, 2 trilyon il keçsə də dəyişməzlər. Allah əbədi belə olduqlarını deyir. Əbədi belə olması çox mənalıdır. Quran Axırzamanın nə qədər mərhəmətsiz olduğuna da işarə edir. Çünki Kəhf surəsi, Axırzamanı daha çox izah edir.
“(Budur) ölkələr (və onların xalqları), zülm etdikləri zaman onları məhv etdik;” Məsələn, hal-hazırda Misir, Əfqanıstan, İraq, Liviya çökdü. “(Budur) ölkələr (və onların xalqları), zülm etdikləri zaman onları məhv etdik;” çünki idarəçilər zülm edir, xalq zülm edir, xalqın bir qismi zülm edir, “Biz onları məhv etmək üçün vaxt müəyyən etmişdik.” Onun üçün dağılmazdan əvvəl hz. Xızır (ə.s)-ın da qatıldığı yığıncaq olur, ondan sonra ardından dağılma gəlir. “Hər ikisi o dənizlərin qovuşduğu yerə gəlib çatdıqda” “ikisi” əbcədi 1984-cü il tarixini verir. İstanbulda mehdiyyətin ilk fəaliyyət illəridir, “(özləri ilə götürdükləri) balığı unutdular. Balıq isə dənizdə suyun altı ilə yol alıb getdi.” Dənizdə də bir axıntı var. Adi halda dənizdə axıntı olmaz. Dənizdə dalğalanma olur. Axıntı olmaz. Yəni gözlə görülər bir axıntı olmaz. Amma Quran boğazın axıntısına diqqət çəkib. Bax, “iki dənizin birləşdiyi yer” deyir. İstanbul boğazını bir elə vurğulayır, bir də axıntıya diqqət çəkir.