Hörmətli Adnan Oktarın 13 noyabr, 2013-cü il tarixli söhbətindən Maidə surəsi ilə əlaqədar şərhlər.
ADNAN OKTAR: Maidə surəsi, 114-cü ayə. Şeytandan Allaha sığınıram; Məryəm oğlu İsa dedi: “Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!” Əslində hər yemək möcüzə olaraq yaradılır, lakin orada ağlın ixtiyarı qaldırılmaz. Burada da ağlın ixtiyarı qaldırılmadı, o süfrə endi və möminlər yeməklərini yedilər. Yan otağa keçdikdə, hazır bir süfrəylə, Allah qatından enmiş bir süfrəylə qarşılaşdılar. Göydən süfrə enirsə, göydən mələk də enər, insan da enər.
Yəni hz. İsa Məsih (ə.s) da enər, inşaAllah. Allah bu ayəni, hz. İsa Məsih (ə.s)-ın enişinin nə qədər məqbul olduğunu göstərmək üçün endirdiyi aydın olur. Bəziləri: “göydən süfrə enər, amma insan enməz” deyir. Göydən süfrə enirsə, insan da enər, inşaAllah. “Allah buyurdu: “Mən onu sizə, əlbəttə, nazil edərəm.” O zaman süfrənin möcüzə olaraq endiyi aydın olur. Ayənin hökmü açıqdır. “Lakin ondan sonra sizlərdən kim küfrə düşərsə, ona aləmlərdə olanlardan (bəşər övladından, zəmanə əhlindən) heç kəsə verməyəcəyim bir əzab verərəm!” Kim inkar etmişdi? Yuda İzaryot inkar etmişdi. Hz. İsa Məsih (ə.s)-a xainlik etmişdi. Deməli, ayənin ifadəsiylə Allah ona böyük bir əzab verəcək. Şeytandan Allaha sığınıram; “Ya Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!” – demişdin?”
Yəni Allah: “Sənmi insanlara təslis (üçlük) inancını söylədin? deyir.”(İsa cavabında) deyir: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir sözü söyləmək mənə yaraşmaz.” Yəni hz. İsa (ə.s): “Bu, bir müsəlmanın söyləyəcəyi bir söz deyil. Mən bunu etmərəm.” deyir. “Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin.” Yəni bu onsuz da sənin elmindədir, qədərdəki elmindədir.Yəni “Ya Rəbbim! Bildiyin halda məndən soruşursan” deyir. “Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola bilmərəm.” Allahın böyüklüyünü və gücünü vurğulayır. Hz. İsa Məsih (ə.s): “Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!” deyir.
“Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: “Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” İncildə də eynilə bu şəkildə keçir. Bax, “Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin. Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən!” Yəni məni göyə qaldırıb dərgahına qəbul edəndə onlara nəzarətçi Sən idin. “Sən hər şeyin üzərinə şahid olansan. Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən.”
Allahın bağışlayıcılığına diqqət çəkir. Buradakı ayənin mənası, bağışlanacaqları istiqamətindədir, inşaAllah. Yəni doğrunu görüb inkardan imtina etdikləri halda bağışlanarlar. “Allah buyurdu: “Bu (qiyamət günü) elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər.” Deməli, doğrulara doğru söyləmələri, düzgünlükləri fayda təmin edir. Allahın razılığını qazanarlar, üstlərində bir yüngüllük olar, cənnətləri genişlənər. “Onlar üçün içində əbədi qalacaqları, altından çaylar axan cənnətlər vardır” Məsələn, dəniz İstanbulun bəzəyidir, dəniz olmasa İstanbulun bəzəyi olmaz.Yəni təbii gözəlliyi geniş olmaz. Onun üçün Allah:
“altından çaylar axan cənnətlər vardır. Allah onlardan razı oldu” Müsəlman nə üçün cəhd göstərir? Allahın razılığını qazanmaq üçün. Allah nə deyir? “Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, (möminlər üçün) böyük qurtuluşdur (uğurdur)!” Qarşılıqlı razı olurlar. “Bu, (möminlər üçün) böyük qurtuluşdur (uğurdur)!”Göylərin, yerin və onlarda olan hər şeyin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir!”. Deməli, biri çıxıb “bu mal mənimdir, mənəm sahibi” deyə bilməz. Qurana görə malın ancaq gözətçisi ola bilər. “Allah hər şeyə qadirdir!” Danışmağa, getməyə hər şeyə güc çatdıran, qadir olan Allahdır.