Hörmətli Adnan Oktarın 13 noyabr, 2013-cü il tarixli söhbətindən Ənfal surəsi ilə əlaqədar şərhlər.
ADNAN OKTAR: Ənfal surəsi, 62-ci ayə. Şeytandan Allaha sığınıram. “Əgər onlar səni aldatmaq istəsələr, sənə təkcə Allah kifayətdir.” Hal-hazırda adam aldatmırmı? Nə vaxt aldadıb? Hələ anasından doğulmadan edib. Allah “Allah yetər” deyərkən nə demək istəyir? “Mənim iznimlə səni aldadarlar. Aldatdatmacalarını Mən yaradıram. Bütün güc Məndədir. Onların müstəqil bir varlıq olaraq görüb əsla qorxma, narahat olma. Onlar özlərinə görə aldatdığını zənn edərlər, əslində aldada bilməzlər. İdarə Mənim əlimdədir” deyir.
“O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi. Və onların ürəklərini birləşdirdi.” İnsanların ürəyinin birləşməsi o qədər çətindir ki. Hər biri ayrı bir aləmdir. Yəni savaşa, anlaşılmamazlığa çox uyğundurlar. İnsanlar həmişə öz ağlını bəyənir. “Ən yaxşı mən bilirəm” fikrində olarlar, bir çoxu elədir. “Və onların ürəklərini birləşdirdi.” Ürəklərin birləşməsi bir möcüzədir. Yəni möminlərin ürəklərinin, o qədər çox insanın ürəyinin birləşməsi möcüzədir. Çünki kiçicik bir cəmiyyətdə belə, bir neçə hissəyə ayrılırdıqlarını görürsünüz. Hal-hazırda belə, müsəlmanlar sırf Suriyada 1000 qüsurlu hissəyə ayrılmış vəziyyətdədirlər. Ürəkləri birləşmir.
“Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə,” Yəni onlara pul versən, ev, paltar, yemək alsan belə yenə birləşməzlər, yenə də bir-birləriylə məşğul olarlar. Həqiqətən insanların ruhu çox çətindir. Böyük hissəsi elədir. “Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir.” Allah hər şeydə bir hikmət olduğunu deyir. “Ey Peyğəmbər! Sənə və sənin ardınca gedən möminlərə Allah kifayət edər.” Allah Peyğəmbərimiz (s.ə.v)-ə: “Sən də təvəkkül et, sənin ardınca gedən möminlər də təvəkkül etsin. Hamınıza mən yetərəm” deyir. Hal-hazırda insanlar Peyğəmbər (s.ə.v)-in təvəkkül etməsinin əsas olduğunu düşünürlər.
Məsələn, Allah Peyğəmbərimizə təvəkkül et deyir, bununla yanaşı əsl möminlərin də təvəkkül etməsi əhəmiyyətlidir. Çünki möminlərin əhvalı pozulsa, Peyğəmbər (s.ə.v)-in işi çox çətin olar. Allah: “Hamınıza Mən yetərəm” deyir. “Ey Peyğəmbər! Sənə və sənin ardınca gedən möminlərə Allah kifayət edər.” Yəni “hamınız bütünlüklə Mənə təvəkkül edin” deyir. Təvəkkül ən böyük rahatlıqdır. Mömin gecə-gündüz Allahdan təvəkkül istəməlidir. Təvəkkül, məsələn; “içim sıxıldı” deyir. Niyə? “Təvəkkül edə bilmədim.” “Ağladım” deyir. Niyə? Təvəkkül edə bilmədiyinə görə. “Narahat oldum” deyir. Niyə? Səbəb nədir? Təvəkkül edə bilmədiyinə görə. “Qorxdum” deyir. Təvəkkül edə bilmədiyinə görə. Bütün ruhi çətinliklər, ruhi əzabların, bərəkətsizliyin, uğursuzluğun tək səbəbi vardır; təvəkkülsüzlükdür. İnsanı çökdürər. Təvəkkülsüzlük insanda qəhr meydana gətirər və yaşlandırar.
Sümüklərini, beynini əridər, bədənini çökdürər. İnsanı qovurar. Amma təvəkkül, insana nur, fərahlıq, möcüzələr verər. İşləri asan gedər. Məsələn, hz. İsa (ə.s) çox təvəkküllüdür. Roma ordusunun zabitləri birlikdə Yuda İzaryot öz tələbəsi qabaqda, hz. İsa (ə.s)-ın olduğu otağa doğru qaçaraq gəlirlər. Allah hz. İsa (ə.s)-ın gözünü bir bağlayır, bir də açır Allahın yanında olur. Bir bağlayır, bir açır dünyaya geri dönür. Aradan 2 min il keçir. Ayədə deyir; “Bir gözü açıb bağlamaq qədərdir.” Eyni zamanda bu ona işarə edir. Necə də gözəldir, Allahın qatında 2 min il qalır, sonra bəla, pislik, alçaqlıq təmizləndikdən sonra dünyaya geri dönür. İbranicə “Mən haradayam” deyir, ətrafındakı insanlar anlamırlar. “Bir insan var, amma xarici dildə danışır. Bunun ailəsi haradadır?” deyirlər. “Tanışı varmı?” Sual verirlər, tanımır.
İbranicə bilən birini axtarırlar. Bir ibranicə mütəxəssisi deyir ki; “O, ibranicə danışır.” Sonra ona ingiliscə, fransızca, türkcə, ərəbcə danışmağı öyrədirlər. Baxırlar çox qabiliyyətlidir, çox tez öyrənir, sonra da: “olsa-olsa bu, İsa Məsihdir.” deyirlər. Özünün də elə bir iddiası yoxdur. “Hz. İsa Məsih (ə.s) ola bilərəm. Çox bənzəyirəm, Allahualəm (doğrusunu Allah bilir)” deyir. Çünki anası, atası yoxdur. Möcüzə halları, vəhy də alır, eşidir, amma açıqlayıb, hökm vermə səlahiyyəti də olmadığı üçün “hər halda elədir, Allahualəm hz. İsayam” deyir. Hz. Mehdi (ə.s) da elədir. Allahualəm, zənni-qaliblə.