Header

Ənfal surəsi, 62, 74-cü ayələrin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın 14 noyabr, 2013-cü il tarixli söhbətindən Ənfal surəsi ilə əlaqədar şərhlər.

ADNAN OKTAR: Ənfal surəsi, 62-ci ayə. Şeytandan Allaha sığınıram. “Əgər onlar səni aldatmaq istəsələr, sənə təkcə Allah kifayətdir.” Müsəlmanlara oyun oynandıqda Allah: “Bunu yaradan onsuz da Mənəm” deyir. Allah sizə yetər. Ənfal surəsi, 74-cü ayə. Şeytandan Allaha sığınıram. “İman gətirən, hicrət edən və Allah yolunda cihad edənlər və sığınacaq verib köməklik göstərənlər–məhz onlar həqiqi möminlərdir. Onlar üçün bağışlanma və üstün ruzi vardır.” Deməli, bir mömin var, bir də həqiqi mömin var. Allah həqiqi mömini əsas götürür.

“Möminəm” deməyi kifayət etmir, həqiqətən mömin olmalıdır. Bunun üçün nə lazımdır? İman etmək lazım olsa, Allah üçün hicrət etmək. Zalımların içindədirsə, qəddarların içindədirsə, zülm edirlərsə, pisliyə sürükləyirlərsə, müsəlman onların yanından ayrılar, hicrət edər. Allah yolunda cəhd edir, təbliğ edir, mövzuları izah edir, insanlara kömək edir, gözəlliyi izah edir. Bir də, Allah yolunda cəhd edən insanlara sığınacaq verir, evini açar, maddi köməklik göstərir, yeməklə, geyimlə təmin edir, maddi-mənəvi onu dəstəkləyir, “sığınacaq verib köməklik göstərənlər” hər cür mövzuda dəstəkçi olur. “məhz onlar həqiqi möminlərdir. Onlar üçün bağışlanma və bolluca ruzi vardır.” Allah: “günahlarını bağışlayacam və üstün ruzi vardır.” deyir. Allah, dünyada da, axirətdə də onlara ruzi verəcəyini, onları çətin vəziyyətdə buraxmayacağını, dünyada məişət bolluğu, fərahlıq, apardığı mübarizəsində ona imkan yaradacağını deyir. Mübarizə deyərkən, “mən necə kitab paylayacam, bu insanlara necə yeməklərini, nəqliyyatlarını təmin edəcəyəm, harada saxlayacam” deməyinizə ehtiyac yoxdur, “Mən zaminəm” deyir Allah. Allah: “Əgər siz Allah yolunda cəhd etsəniz, Mən zaminəm, siz buna qarışmayın, Mən edəcəm. Siz yalnız səmimi olaraq Allah yolunda cəhd edin, dini yayın, izah edin, sizin hər cür ehtiyacınızı qarşılayacam.” deyir. Və dünyada da, axirətdə də məsud və bəxtiyar olacaqsınız. Allah: “Üstün bir ruzi ” deyir. Ruzi demir, üstün bir ruzi deyir. Deməli, Allah gözəl və keyfiyyətli bir həyat təqdim edəcəyini söyləyir. Çünki ruzi mənası geniş olan bir sözdür. Yəni hər cür yaxşılıq, hər cür gözəllik, hər cür yemək, içmək, hər şey.

1

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313