İçeriğe geç

Məryəm surəsi, 61, 60, 62-ci ayələrin təfsiri

Hörmətli Adnan Oktarın 14 noyabr, 2013-cü il tarixli söhbətindən Məryəm surəsi ilə əlaqədar şərhlər.

ADNAN OKTAR: Məryəm surəsi 61-ci ayə. Şeytandan Allaha sığınıram. “Ədn cənnətləri (onlarındır) ki, Rəhman (olan Allah, onu) Öz qullarına qeybdən vəd etmişdir.” Bax, Öz qullarına qeybdən vəd etmişdir. Qeyb nə deməkdir? İnsanlar Allaha gözüylə görmədən iman edir və Allah söylədiyi üçün inanır. Və ya Allahın dediyinin doğru olduğunu qəbul edir, qeybdən vəd etmişdir. “Şübhəsiz Onun vədi yerinə yetəcəkdir.” Allah Məryəm surəsi, 60-cı ayədə: “Ancaq Tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa!” deyir.Yəni onlar (səmimi olanlar) Allah tərəfindən qorunacaq. “Onlar heç bir zülm (haqsızlıq) görmədən Cənnətə daxil olacaqlar.” “Onlar orada boş (lağlağı) söhbətlər deyil, (mələklərdən və bir-birindən) ancaq: “Salam!” eşidərlər.” Yəni sağlamlıq, təhlükəsizlik, barış, hüzur. Dünyada xüsusilə qarışıqlıq yaradılır ki, insanlar cənnəti istəsinlər, arzulasınlar. Əgər dünya rahat olsaydı, insanlar cənnəti arzulamazdı. Yəni cənnətin qiymətini o qədər yaxşı bilməzdilər. Allah dünyada böyük bir etibarsızlıq yaradır. İnsanlar evlərinin ətrafını tikanlı məftillər bağlayırlar, küçəyə çıxarkən diqqətli olurlar, qapılarına it qoyurlar, ağlasığmaz diqqət göstərirlər, çox diqqət göstərirlər ki, aman-aman bir şey olmasın.  Amma cənnətdə nə tel hörgülər var, nə qorunmaq üçün it. İtlər sevmək, oxşamaq üçün var. Pişiklər, quşlar sevmək üçün var. Cənnətdə nə silah var, nə bıçaq var, nə bomba var. Yalnız sevgi, gözəllik, yaxşılıq və bərəkət var, maşaAllah.

Ramadan-2013-Al-Quran-HD-Wallpaper

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz