Header

Furqan surəsi, 30, 31, 25-ci ayələrin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın 16 noyabr, 2013-cü il tarixli söhbətindən Furqan surəsi ilə əlaqədar şərhlər.

ADNAN OKTAR: Furqan surəsi 30-cu ayə. Şeytandan Allaha sığınıram. “Və elçi dedi ki:” yəni Allahın dinini, islamı təbliğ edən, Quranı izah edən adam “dedi ki: Rəbbim həqiqətən mənim qövmüm” içində yaşadığım qövm, “bu Quranı tərk etdilər.” Qurana uymadılar, xurafata uydular, Qurana görə hərəkət etmədilər. Qurana görə hərəkət etmədikləri üçün də bölündülər, parçalandılar, məzhəblərər, camaatlara ayrıldılar, güclərini itirdilər. Öz içlərində fitnəyə, ayrılığa düşdülər. Peyğəmbərimiz (s.ə.v) Allaha: “Böyük bir fəlakətin içindədirlər” deyə şikayət edir. Peyğəmbərimiz (s.ə.v)-in bir şikayəti var, axirətdə də bir şikayəti var. “Və elçi dedi ki: “Rəbbim həqiqətən mənim qövmüm bu Quranı” hədisi demir, fiqh kitablarını demir, “bu Quranı tərk etdilər.”

Furqan surəsi, 31-ci ayə. Şeytandan Allaha sığınıram: “Biz hər peyğəmbərə” istisnasız hər peyğəmbərə, hər Mehdiyə, “günahkarlardan bir düşmən etdik.” Bir dəccal, bir əleyhdarı olan adam. “Yol göstərici və köməkçi olaraq Rəbbin yetər.” Məsələn, indi peyğəmbər “görəsən necə edim?” deyə təbliğ etməyə başlayar. Onsuz da Allah yol göstərəcək. İki nəfər, üç nəfər olsan belə, “görəsən nə edim?” demədən Allaha təvəkkül etmək lazımdır. Allah yetər. Bilirsiniz ki, Peyğəmbərimiz (s.ə.v) hz. Əbu Bəkr (r.ə) ilə mağarada tək idilər. Peyğəmbərimiz (s.ə.v) orada təvəkkülü hiss etdi və Əbu Bəkr (r.ə)-ə Allaha bağlılığı ifadə etdi.

Furqan surəsi, 25-ci ayə: “Göyün (yeddi qat səmanın yuxarısından enən ağ) buludla parçalanacağı, mələklərin bölük-bölük (yerə) endiriləcəyi gün.” Göy baxdıqda göy mavi rəngədir, elə deyilmi? Amma qiyamət günü pəncərə kimi açılar. Necə ki, gecə ulduzlar, qapqara səma görülürsə, o böyük parçalanmadan açılan dəlikdən o qapqara səma görülür. Ayna kimi çox böyük bir dəlik.

“Göyün (yeddi qat səmanın yuxarısından enən ağ) buludla parçalanacağı, mələklərin bölük-bölük (yerə) endiriləcəyi gün.” Göydən yer üzünə çoxlu sayda mələk yağır. O zaman onsuz da qiyamətin olduğu aydın olur. Məhz onlar yad planetlilər: “yadplanetlilər göydən gələcəklər, dünyanı zəbt edəcəklər.”deyirlər. Ayədə izah edilən, mələklərin səmadan sürətlə daxil olmaları və hər yerə girmələri və yer üzünə sürətlə yayılmalarıdır. “O gün həqiqi hökmranlıq (mülk) ancaq Rəhmana məxsusdur;” Məsələn, adam deyir ki, “mal mənimdir, binalar mənimdir.” Bina sənindirsə, bina yerində durmaz, qum kimi dağılar. Deməli, mal kimindir? Allahındır. Allah: “o, kafirlər üçün isə çətin bir gün olacaqdır.” deyir, çox çətin bir gün. Zəlzələ bir tərəfdən, mələklər bir tərəfdən enir, dəhşətli çaxnaşma içərisində olurlar.

images

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313