Hörmətli Adnan Oktarın 22 noyabr, 2013-cü il tarixli söhbətindən Ənam surəsi ilə bağlı izahlar.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, Ənam surəsi, 83-cü ayə; “Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir” Əbcədi 2003-cü il tarixini verir. Bax, Allah deyir ki; “Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik.” Ən yüksək dərəcə nədir? Hatəmə (comərd) vəli olmaqdır. Allah hz. Mehdi (ə.s)-ı vəlayət yolunda, vəlayət qolunda ən yüksək dərəcəni verir. Hatəmə vəli edir.
Məsələn, yenə Ənam surəsi, 88-ci ayədə Allah buyurur: “Bu, Allahın hidayətidir” Mehdi mənşəli sözdür. Hidayətə vəsilə edənə Mehdi deyilir. “Bu, Allahın hidayətidir, qullarından dilədiyini bununla hidayətə çatdırar.” Nə ilə? Quranla, hz. Mehdi (ə.s)-la hidayətə çatdırar. Əbcədi 2024-cü il tarixini verir. 2024-cü il islamın tam parlaq ilidir.