Hörmətli Adnan Oktarın 24 noyabr, 2013-cü il tarixli söhbətindən Kəhf surəsi ilə bağlı izahlar.
ADNAN OKTAR: Kəhf surəsində anası və atası mömin olan iki uşaqdan bəhs edilir. Biri dəccaldır. Məsələn, Allah Kəhf surəsi, 80-ci ayədə deyir ki” “Biz (uşağın böyüyəndə) onları azğınlığa və küfrə sürükləməsindən qorxduq.” Bax, azğınlıq, inkar içində və güc tətbiq edən biridir. Azğınlıq, inkar və güc tətbiq etmək dəccalın xüsusiyyətləridir. Və insanları narahatlığa və qorxuya sövq edir. Hz. Xızır (ə.s) “qorxduq” deyir. Amma bir də hz. Mehdi (ə.s)-dan bəhs edir. Hz. Mehdi (ə.s) bir uşağa davranışından, xarakterindən bəhs edir. Xüsusiyyəti nədir? Təmizdir. Birinci xüsusiyyəti təmiz, tahir, xeyirli, mərhəmətli. Hz. Mehdi (ə.s)-ın xüsusiyyətləridir. Allah Kəhf surəsində bir divardan bəhs edir. Bu, simvollarla hər şey izah edilmişdir. Diqqətlə baxan Quranda mehdiyyətin bütün sirlərini görər.
Bir divar var. Ayədə: “(Divarın) Altında onlara məxsus bir xəzinə” əmanət “vardı” deyilir. Hz. Süleyman (ə.s)-ın sandığı da o divarın altındadır. Bir yerdəki divar. Şəhərdə iki yetim uşaq var. Biri hz. Mehdi (ə.s), biri də hz. İsa (ə.s). Bunların ikisi də yetimdir. Çünki hz. İsa (ə.s)-ın onsuz da atası yoxdur. Rəvayətlərdə, hz. Mehdi (ə.s)-ın atasını gənc yaşda itirəcəyi ifadə edilir. Hədislərdə elə deyilir, inşaAllah. Baxın, “altında” divarın altında “onlara məxsus bir xəzinə” hz. İsa Məsih (ə.s) və hz. Mehdi (ə.s)-a məxsus bir xəzinədir. “Ataları saleh biriydi.” Ataları kimdir?Peyğəmbərimiz (s.ə.v)-dir. Nə vaxt o müqəddəs sandığı və müqəddəs hədiyyələri taparlar? Yetkinlik yaşına çatanda. Yəni qarşıda Allahın onları yaşadacağı, gözəl əxlaqın içərisində inkişaf etdirəcəyi bir zaman var. Kəhf surəsi, 82-ci ayədə Allah:
“Öz xəzinələrini çıxarsınlar” deyir. Deməli, özləri şəxsən tapacaqlar. Yəni onların görmədiyi bir yerdə bir xəzinə yoxdur. Onların qatılacağı bir araşdırmayla, şəxsən olduqları bir yerdə olacaq. Yəni xəzinənin mövcudluğuna şahid olacaqlar. Bu, hz. İsa Məsih (ə.s)-da da, hz. Mehdi (ə.s)-da da var. “Beləcə ikisi yola düşdü.” (Kəhf surəsi, 71)Hz. Mehdi (ə.s) və hz. İsa Məsih (ə.s). Olduqları yerdə gəmi var, onsuz da Boğazdadırlar. Gəmilər var. Və insanların hz. Mehdi (ə.s)-ın etdiklərinə səbir edə bilməyəcəyinə işarə var.
Səbir edə bilməyəcəklər, heyrətlənəcəklər, etiraz edəcəklər. Yəni Allah bunu Quranda çox güclü şəkildə vurğulayır. Şeytandan Allaha sığınıram: “(Xızır) dedi: “Sənə demədimmi ki, mənim yanımda səbir edə bilməzsən?” (Kəhf surəsi, 75) Kəhf surəsinin mühüm bir xüsusiyyəti də bilirsiniz ki, 110 ayədən ibarətdir, 18-ci surədir. 110-u 18-ə vurduqda, 1980-cı il tarixini, hz. Mehdi (ə.s)-ın çıxış tarixini verir. Dəqiq tarixi, hz. Mehdi (ə.s)-ın çıxış tarixini verir. Aydın olmayacaq bir şey yoxdur. Kəhf surəsi, 81-ci ayədə, 1981-ci ildə də təmiz, xeyirli, mərhəmətli bir uşağın gəlişindən bəhs edir.