Hörmətli Adnan Oktarın 26 noyabr 2013-cü il tarixli söhbətindən müsəlmanların birləşməsinin lazım olduğu ilə bağlı ayə izahları.
DİDEM ÜRER: Müəllimim, Allah Ənbiya surəsi 92 və 93-cü ayələrdə, şeytandan Allaha sığınıram “Həqiqətən, bu vahid bir din olaraq sizin hamınızın dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə ibadət edin! Lakin onlar özlərinə məxsus dini öz aralarında parçalayıb dəstələrə ayrıldılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar.” deyə bildirir inşaAllah.
ADNAN OKTAR: Budur bax, dində bölünməyi, öz aralarında məzhəblərə, camaatlara, qruplara bölünməyi Allah qadağan edir. Quranda həmişə müsəlmanlara xitab edərkən tək bir birliyə xitab edir Allah. Möminə və möminat deyir. Yəni Suriya müsəlmanları, Misir müsəlmanları, nəqşibəndilər, nurçular yaxud Nur tələbələri, o şəkildə demir Allah. Yalnız möminlər, Quran müsəlmanlarına xitab edir. Tək bir birliyə xitab edir və müsəlmanların mütləq başçısının olmasının lazım olduğunu deyir Allah. Hər qövmün başçısının olduğunu deyir. “Birlik və bərabərlik içində olsanız, birlik, bərabərlik içində sizə bolluq, rahatlıq və təhlükəsizlik verərəm” deyir. “Əks halda qorxu və dərdi daddıraram” deyir Allah “iztirabı daddıraram” deyir. Eynilə olur. Allahın açıq-aşkar hökmünü görməzlikdən gəlmənin bir mənası yoxdur.
Bəli, dinləyirəm.
DİDFM ÜRER: Müəllimim, Rəbbimiz başqa bir ayəsində, şeytandan Allaha sığınıram, Hücurat surəsi 10-cu ayə “möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin.“ (Hücurat surəsi, 10) deyə bildirir.
ADNAN OKTAR: Bax, qardaş. Ailə içində qardaş necə, onu nəzərdə tutur Allah, “barışdırın” barışdıranda necə olur? Birlik və bərabərlik içində olur. Allah deyir; ” qurğuşunla möhkəmlənmiş bir divar kimi” (Səff surəsi, 4) “divar kimi olacaqsınız” deyir ayədə. Burada parça-parçalar. “Bir yerdə bir müsəlmana haqsızlıq edilsə bütün müsəlmanlar ittifaq etsinlər bir yerdə, ona cavab versinlər və gedib müsəlmanları xilas etsinlər” deyir Allah ayədə. Yəni “hansısa bir yerdə, dünyanın hər hansı bir yerində bir müsəlmana hücum olanda, bütün müsəlmanlar birləşin, gedib qardaşınızı xilas edin” deyir Allah.
“Bunu sizə fərz etdim” deyir Allah. Eləmirlər. Yaxşı xristianlar birləşir, papanın rəhbərliyi altında birləşirlər. Onların haqqı var. Yəhudilər baş ravvin idarəsi altında birləşirlər, massonlar Məşriqi əzəmin rəhbərliyi altında birləşirlər. Müsəlmanlar? “Yox, müsəlmanların birləşməsinə ehtiyac yoxdur” deyirlər. Bu mümkün iş deyil. Bunda bir qəribəlik var, bir xəstəlik var, bir səhv var. Bunun dərhal düzəldilməsi lazımdır. İslam birliyinin coşğuyla, eşqlə müdafiə olunması lazımdır. Əksi haramdır.
DİDEM ÜRER: Müəllimim, Allah bir ayəsində dediyiniz kimi müsəlmanların gücünün yox olacağını bildirir. Şeytandan Allaha sığınaram. Ənfal surəsi 46-cı ayədə, “Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir.”
ADNAN OKTAR: Bax, gücün bitmə hadisəsi oldumu? Ruhdan düşmək varmı? Müsəlmanlar ruhdan düşdülər. Bax, bir birləşmə, bir də ruhdan düşmək vardır. Ruhdan düşmək onsuz da var. Gücləri də zəifləyib. Məğlub da olublar. Alçaldılırlar da. Allah bunun üçün deyir ki; “Birləşin. Birlikdə olun.” “Ruhdan düşməmək üçün birləşin” deyir. “Birləşin, bir yerə yığışın.” “Ayrılıb parçalanmayın” deyir Allah. Nə deyir adam? “Ayrılıqda rəhmət var” deyir. “Bərəkət, gözəllik var” deyir.
“Müsəlman nə qədər parçalansa, nə qədər müxalif olsa, nə qədər bir-birinə zidd olsa o qədər xeyirlidir” deyir. Peyğəmbərimiz (s.ə.v) bunun şər olduğunu deyir. Bəla olduğunu, xəstəlik olduğunu deyir və haram olduğunu deyir. Adamlar da çıxıb tərifləyirlər. “Nə gözəldir” deyirlər və alqışlayırlar, bunu eşidənlər də “nə gözəl danışdı” deyir. Çünki “İslama birliyinə ehtiyac yoxdur” dedisə səy göstərməyə də ehtiyac qalmamış olar. Ondan sonra kassada pul yığırmış kimi ancaq pul yığacaqsan. İşinə gücünə baxacaqsan. Boyun qaçırıcı olacaqsan. İdxalla, ixracatla məşğul olacaqsan. Bədiüzzamanın İslam birliyini müdafiə edən, o qədər çox sözü var ki.
ADNAN OKTAR: Ənbiya surəsi 92 və 93-cü ayədə Allah “Həqiqətən” deyir Allah, vurğulayır. “Sizin”, yəni müsəlmanların “bu ümmətiniz tək bir ümmətdir.” deyir. Bir dənə. Arxasından deyir ki, Allah; “Onlar, işlərini öz aralarında parça-parça etdilər” deyir. Tək bir ümmət olduqları halda, parça-parçadırlar. Ölkələrdə, camaatlar halında qruplar halında bir-birləriylə əlaqələri yoxdur. Parça-parça etdilər. “Dinlərini böldülər” deyir və Allah bunun qisasını alacağını “Hamısı Bizə dönəcəklər” deyir. “İntiqam alacağam” deyir bölünmədə. Baxın, Allah deyir ki, Ali İmran surəsi 103, şeytandan Allaha sığınıram, “Allahın ipinə hamınız” bax, hamınız nə deməkdir? Bütün müsəlmanlar.
Dünyada nə qədər müsəlman varsa. “Hənəfi, Şəfii” demir. Bütün müsəlmanlar “hamınız yapışın.” deyir. Amma necə yapışın deyir? “Möhkəm yapışın” deyir. Möhkəm yapışmaq nə deməkdir? Var gücüylə. “Parçalanmayın.” deyir. Camaatlara, qruplara, parça-parça olub ayrılmayın. Məzhəblərə ayrılmayın. Baxın, deyir ki, Ənfal surəsi 46-cı ayədə “bir-birinizlə mübahisə etməyin” hal-hazırda dünyanın hər tərəfində mübahisə edirlər. Hər yerdə mübahisə var. Bütün dünyada mübahisə edirlər. “Bir-birinizlə mübahisə etməyin“. Bir-birinizlə mübahisə etməyin ən şiddətlisi uşaq-muşağını qətl edir. Məhv edirlər bir-birlərini. “Bir-birinizlə mübahisə etməyin” Quran ayəsi oxuduğum üçün danışmaq olmaz. Şeytandan Allaha sığınırıq. Allah deyir ki, “Quran oxunarkən susub dinləyin” deyir.
Yəni danışmaq olmaz və dinləyin diqqətinizi verin. Diqqətlə dinləyin mənasında. Quran oxunarkən normal həyat davam etməz. Bəzi məscidlərdə filan elə olur. Quran qiraəti var. Adam danışır, vəziyyəti qiymətləndirirlər. İş-gücüylə məşğuldur. Məsələn, cənazələrdə də elə olur. Mən görürəm. Quran oxunur. “Başınız sağ olsun, qardaş” deyir. “Nə edirsiniz, necəsiniz?” filan danışır. Allah deyir ki, “susub dinləyin” deyir. Susub dinləmək nə deməkdir? Diqqətli olun, fikrinizi toplayın. Diqqət göstərin. Qulağınızı yaxşı açın. Diqqətlə, bütün ürəyinizlə başa düşməyə çalışın və başa düşün. Bax, “Allaha və Onun Elçisinə itaət edin” deyir Allah. “Bir-birinizlə mübahisə etməyin” İslam aləmi hal-hazırda döyüşür. Boğuşur sanki bir çox yerdə.
Bir-birinizlə mübahisə halında. Amma faciəvi şəkildə bir-biriylə mübahisə edirlər. Onda nə olar deyir, bilirsiniz? Allah “ruhdan düşərsiniz” deyir. Ruhdan düşmək, yəni birlik olduğunuz halda parçalanarsınız. Əvvəllər birlik idi. Peyğəmbərimiz (s.ə.v) vaxtında. Sonra ruhdan düşüblər, sonra parçalanıblar, sonrada gücləri gedib. Peyğəmbərimiz (s.ə.v) vaxtında ayrılıq yox idi, birlikdə idilər. Tək bir ümmət var. Hamısı birlikdə idilər. yox. Bezmə olub, yığılıblar indi. İslam aləminin böyük bir hissəsi bezgindir. “Və gücünüz itər” deyir Allah.Gücləri itdi. Çünki birlik və bərabərlik içində deyillər. Bax, Quranın möcüzəsi bu anda meydana gəldi. “Səbir edin. Şübhəsiz, Allah səbir edənlərlə bərabərdir.”
Ənfal surəsi, 73: “İnkar edənlər bir-birlərinin vəliləridir.” Bir-birlərini qoruyub mühafizə edərlər. Bir-birlərinə dəstək olarlar. “Əgər siz bunu etməsəniz”, yəni birləşməsəniz, birlikdə olmaz, bir-birinizi qorumasanız, vəli olaraq yəni. Məsələn, uşağın vəlisi vardır. Anası, atasıdır elə deyil? Çox yaxşı qoruyar uşağını. “Bir-birinizin vəlisisiniz” deyir möminlər. Bir-birlərinizi qoruyacaqsınız. Vəlayəti altındadırlar müsəlmanlar bir-birlərinin. “Əgər siz bunu etməsəniz. Bir-birinizə kömək etməz, dost olmasanız, ittifaq etməsəniz. Yer üzündə bütün dünyada bir fitnə və böyük bir təxribat olar” deyir. Hal-hazırda İslam aləmi böyük bir təxribat və fəsad yaşayır görürsünüz. Allahın dediyi oldumu? Olmadımı? Oldu.
DİDEM ÜRER: Eynilə, maşaAllah.
ADNAN OKTAR: Böyük bir təxribat yaşanırmı? Yaşanır. Fəsad yaşanırmı? Yaşanır. Həmçinin, adamlar laqeyddir. O da ayrı bir fitnə və fəsaddır. Təsirlənmir. Bax, hər gün Suriyadan uşaqların ölüm xəbərləri gəlir. Şəhid olur uşaqlar sabilər. Qadınlara təcavüz edilir və şəhid edilirlər. Adamların vecinə belə deyil.
Nisa surəsi, 75-ci ayədə deyir ki, Allah “Sizə nə olub ki,” insanların qəddarlığı, qəddar tərəflərini Allah və qaranlıq tərəflərinə xəbərdarlıq edir. “Allah yolunda” Allah üçün “və: Rəbbimiz, bizi xalqı zalım olan bu ölkədən çıxar,” İndi Suriyadadırlar. Xalqa zülm var. Adamlar ölkədən çıxmaq istəyirlər. Xilas olmaq istəyir. “bizə qatından bir vəli (qoruyucu sahib)” bir Mehdi (ə.s) “göndər, “Bax, “bizə Qatından bir vəli (qoruyucu sahib) göndər,” Birini. Deyirlər ki, Mehdi (ə.s) haradan çıxdı. Müsəlmanların başına haradan bir lider lazımdır. Haradan çıxardırsan? Bax, deyir ki, möminin duası olaraq bildirir Allah“bizə qatından bir vəli (qoruyucu sahib)” sahibi zaman, bir Mehdi (ə.s) müsəlmanların başına bir lider “bizə qatından bir vəli (qoruyucu sahib) göndər, bizə qatından bir kömək edən göndər” Bax, bir kömək edən göndər.
O bir adamın xüsusiyyəti nədir? Milyonlarla insana sahib çıxacaq, idarə edəcək. Ayənin vurğulamasına bax. Neçə dəfə vurğulayır. Allah “bizə qatından bir vəli” bir vəli. Bir Mehdi (ə.s) “qoruyucu sahib göndər.” Bununla bitmir ayə deyir ki, Allah yenə “bizə qatından bir kömək edən göndər” bir dənə “kömək edən göndər” bunu kim deyir. “deyən kişilər, qadınlar və uşaqlardan” bax, kişilər də deyir bunu. Müsəlman qadınlar da deyir və uşaqlar da deyir. “Zəif buraxılmışlar da” deyir haqları əlindən alınanlar “adına” deyir. Mübarizə etmirsiniz? Niyə cəhd göstərmirsiniz? deyir Allah. Deməli, müsəlmanların başlarına bir sahib, bir vəli, bir rəhbər müsəlmanlar tərəfindən istəniləcək. Kişilər, qadınlar, uşaqlar haqları əllərindən alınanlar Allahdan bu xahişi edəcəklər. Allahdan istəyəcəklər. Bax deyir ki, Allah
Şura surəsi, 39: “Və haqlarına” qardaşlarına hücum ediləndə, onlara təcavüzkar bir rəftar göstəriləndə, şəhid ediləndə, evləri yandırılıb dağıdılanda müsəlmanlara aiddir bax, “Və haqlarına” hücum olunanda şəxsiyyətlərinə, evinə-eşiyinə hər şeyinə. Bütün müsəlmanların bir olub etiraz etmələrindən bəhs edir Allah. “Bir olub etiraz edənlərdir” deyir. Yəni İttifaq edib, İslam birliyi meydana gətirib, bir olub etiraz edir. Nəyə etiraz edir? Müsəlmana hücumu dayandırmağı qarşıya məqsəd qoyur. Birliyin məqsədi bu olur. Müsəlmana zülm edilməsini dayandırmaq. Əks halda onsuz da Allah “fitnə, fücur hər cür şey olar” deyir. “Gücünüz də itər” deyir.
Şübhəsiz deyir, Allah. Saff surəsi, 4-cü ayədə. Şeytandan Allaha sığınıram. “Allah, Öz yolunda,” yəni Quran yolunda “sanki bir-birlərinə bağlanmış bir divar kimi” divar necə bağlanır? Qumla, sementlə elə deyil? Dəmirlə “bağlanmış bir divar kimi” sap blok tək parça “bir-birinə bağlanmış bir divar.” Bax “bir divar kimi səf-səf bağlanaraq vuruşanları sevər.” Onsuz da Saff surəsində xüsusi olaraq endirilir bu ayə. Bax deyir. Səf bağlayaraq. Amma bir divar kimi tək divar kimi. Bir toplumdan bəhs edir Allah. Məsələn, bir divar görürsən, divar nədir? deyir. Bu müsəlmanları təmsil edir. Blok bir dənə divar. Yanında balaca-balaca binalar yoxdur. Tək bir divardan bəhs edir Allah.