Hörmətli Adnan Oktarın 3 dekabr 2013-cü il tarixli söhbətindən İsra surəsi ilə bağlı izahlar.
ADNAN OKTAR: Baxın, səhifə açdım 87, İsra surəsi- “Şübhəsiz onun lütfü sənin üstündə çox böyükdür.” Əbcəd hesabı 1980-ci il tarixini verir. Şəddəsiz 1980, şəddəli 2029. Mehdiyyətə açıq-aşkar işarə deyilmi bu? Çünki bax bu ayənin üç-beş işarə etdiyi mənası ola bilər. Üç-beş şeyə baxa bilər amma bir dənə əbcədi var. Əbcəd bir dənə. Bax, “Şübhəsiz onun lütfü sənin üstündə çox böyükdür.” Birincisi şəddəsiz 1980-ci il tarixini verir. Hz. Mehdi (ə.s)-ın çıxış tarixini verir. Şəddəli də 2029. İslamın hakimiyyət tarixini verir. İndi buradakı kod sistemi də çox heyrətləndiricidir. Quranda da hər hansı bir səhifə açdım. İsra surəsi 87 çıxdı. Allah hər şeyi ecazkar yaradıb. Qurandakı bu möcüzələr, kod şifrələri, 19-la bağlı olan möcüzələr, 7 ilə bağlı olan möcüzələr, bu əbcəd möcüzələri, çox heyrətləndiricidir, maşaAllah.