Hörmətli Adnan Oktarın 9 yanvar 2014 -cü il tarixli söhbətindən Mülk surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Mülk surəsi-23, şeytandan Allaha sığınıram; “De ki: Sizi yaradan” Yaradan, bax yenə yaradılışı izah edir Allah, “sizə qulaq, gözlər” yəni dinləmə və görmək, “və qəlb verən” yəni qəlblərinizə sevgini şəfqəti verir, ürəyimizə həyəcanı verir. Məsələn, bir şey görürük, sevirik. Möcüzə, “Nə qədər gözəl” deyirik. Nəyə görə? Qəlblərə əsaslanaraq. Qəlb elə görür. Məsələn, bir başqası da deyir ki: “Nə qədər çirkin” deyir. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-də də var, yolda gedərkən Əbu Cəhl görür; “ya Əbul Qasım nə qədər çirkin bir insansan” deyir , Rəsulullah (s.ə.v.); “doğru söylədin” deyir.
Yenə səhabələrlə gedərkən yolda hz. Əbubəkr (r.ə)-i görür, bu cür aşiq təbii o, “Ya Rəsulullah nə qədər gözəl insansan” deyir, uzun-uzun seyr edir, “Doğru söylədin ya Əbubəkr” deyir “ya Rəsulullah” deyirlər, “ikisinə də doğru söylədin dediniz. Sizin hikmətlə söylədiyinizi bilirik. Buradakı hikmət nədir?” deyirlər. “Mən bir aynayam, mənə baxan özünü görər” deyir. Könül gözüylə baxan, gözəl görər. Qəflət gözüylə, qaranlığı, cahiliyyə gözüylə baxan, onsuz da zülmət qaranlıqdır, ürəyi adamın. Yəni, onun görəcəyi məsələn, quzuyu görər pis görünür gözünə quzu. Kəpənəyə baxar, çirkin görər. Peyğəmbər (s.ə.v.)-i görür, onsuz da öz uşağı belə adama pis gəlir yəni, Peyğəmbər (s.ə.v)-i, onu da çirkin görür.
“Rəhmana qarşı sizə kömək edəcək olan kimdir?” Yəni, Allaha qarşı kim çıxa bilər” deyir Allah. “Bu sizin ordunuz mu?” Bax, bu sizin ordunuzmu? Ümumiyyətlə, həmişə döyüşçülərlə müsəlmanlara hücum olunur. Qızıl Çində olsun, dünyanın hər tərəfində olsun. Yalnız bizim ordumuz qəhrəmandır, igiddir, yəni öz millətinə qarşı şəfqətlidir. Bax, Misir ordusu da öz xalqına dəhşət saçır. Hər yerdə ordular müsəlmanlara dəhşət saçmışdır həmişə. “Bu sizin ordunuzmu? Kafirlər yalnız bir qürur (qəti bir aldanış) içindədirlər.” (Mülk surəsi, 20 ) Yəni, eqoizm və təkəbbür içində. Həqiqətən məsələn, baxırsan adam böyük bir qürur içərisində.
Müsəlmanlara hücum ordularda möhtəşəm bir əzəmət olur. Dindarlara hücum edirlər. Yaxşı olan insanlara, məzlumlara hücum edirlər. Amma əzəmət olur üstlərində. Qürur olur. “Əgər O” Allah. “Ruzisini tutsa (verməsə), ruzinizi verəcək olan kimdir? Xeyr, onlar təkəbbür göstərməkdə və haqdan qaçmaqda davam edirlər.” (Mülk surəsi, 21) Azğınlıq yəni terrorist ruh, təcavüzkar ruh və sevgisiz ruh. Baxın, azğın və nifrət içində, sevgisiz. Nifrət nə deməkdir? Sevgini unutmuş, xəstə. Aç interneti, ona söyür, buna söyür, hər kəsdən nifrət edir. Özündən də nifrət edir. Mən o tiplərə baxıram, özündən necə nifrət etdiyini də yazır. O çox əcaibdir. Bir dənə, iki dənə, on dənə deyil, çox-çox nümunə göstərərəm.
Baxın, “Nifrətlə qaçmaqda davam edirlər” deyir, Allah. Bir də inadkarlıq olur onlarda. Haqqa, doğruya qəti qənaətləri gəldiyi halda edirlər. Hətta, Allah “səndən arslandan” aslana bənzədir müsəlmanı, haqqı müdafiə edən ki, mehdiyyətə də işarədir, aslan. Hz. Əli (r.ə)-in də ləqəbidir bilirsiniz. Həmişə Peyğəmbərimiz (s.ə.v)-in xitabı ona o idi. “Allahın aslanı” olaraq xitab edirdi. Qaçanlar da Allah, islamdan qaçanlar çöl eşşəklərini bənzədir. Vəhşi eşşəklərdir toplu hərəkət edərlər, bir-birlərinə eyni bənzərlər. Xasiyyəti oxşar, şəxsiyyəti eyni bənzər. Çox qorxaqdırlar, biri qorxduqda, hamısı birlikdə qorxaraq qaçarlar. Biri qışqırdımı, həmişə birlikdə qışqırarlar. Bəzilərində bu olur həqiqətən.
Məsələn, yığışırlar, biri bir şüar atır, həmişə birlikdə birlikdə qışqırırlar. Məsələn, çöl eşşəklərinin də biri anqırdımı, hamısı birdən anqırır. Və yüksək səslə qışqırırlar. Məsələn, dəlilər kimi biri bir yerə qaçdımı, hamısı onu təqib edir. O özünü suya atarsa, məsələn, onlar da özünü suya atırlar, şüursuzdurlar. Yəni, kütləvi psixalogiyasıyla hərəkət edirlər. Amma “tək bir arslandan qorxmuş” deyir ayədə Allah. “Tək bir arslandan ürkmüş, qaçan vəhşi eşşəklərdir” deyir Allah. Bəziləri üçün təbii, bəziləri dinsiz, ağlı işləməyən, başı işləməyənlər üçün deyilir.
“Bu halda üzüstə sürünərək gedən daha doğru yoldadır, yoxsa dümdüz yol üzərində dümdüz getməkdə olan mı?” (Mülk surəsi, 22 ) Yəni, onlar üzüstə heyvanmı hidayətə çatar? deyir. Heyvan kimi olan bir insanmı, yoxsa düz yol üzərində dümdüz getməkdə yəni, insan kimi hərəkət edənmi hidayətə çatar? deyir. Deməli dümdüz yolda gedən. Heyvan kimi hərəkət edən hidayətə çatmır.