Zülm və təcavüz, haqsızlıq dünyanın hər tərəfini əhatə edib. Çox az sayda insan bu bəlanın içinə girməmişdir. Dünyanın heç bir dövründə bu dərəcə şiddətli, mütəşəkkil izdiham, guya elm və texnologiya ilə dəstəklənilən küfr və dəlalət hücumu olmamışdır. Dünya tarixinin küfr və dəlalət baxımından ən şiddətli dövründəyik. Allah heç bir şeyi qarşılıqsız yaratmaz. Allah küfr və dəlalətin çox güclü qarşılığını yaratmışdır. Hz. Mehdi (ə.s) və hz. İsa (ə.s) birlikdə Allahın istəyilə bu küfr və dəlalət atəşini bu əsrdə söndürəcəklər.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində verilən məlumatlara görə, hər növ məhsul və mal bolluğu, təhlükəsizlik, etibar və ədalətin təmini, dinclik və səadət, maddi-mənəvi hər cür imkanın insanların rahatlığı, sevinci və dincliyi üçün istifadə edilməsi, ehtiyacların təmin olunması, istəyənə istədiyindən sayılmadan qat -qat çox verilməsi hz. Mehdi dövrünün ən əhəmiyyətli xüsusiyyətlərindən biri olacaq. Hz. Mehdinin vəsiləsiylə meydana gələcək bu ədalət və dinclik mühiti çox geniş diametrdə və çox bənzərsiz olacaq. Mövzuyla əlaqədar Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdən bəziləri belədir:
“Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa vaxt qalmamış olsa da, Allah mənim Əhli-beytimdən bir şəxsi göndərəcək, yer üzü zülmlə dolduğu kimi, O YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ.” (Sünen–i Ebu Davud, 5/92)
“Hz. Mehdi məndəndir, yer üzü zülm və işgəncə ilə dolduğu kimi, ONU DÜZGÜNLÜK VƏ ƏDALƏTLƏ DOLDURAR.” (Sünen–i Əbu Davud, 5/93)
“Hz. Mehdi insanlar yer üzünü daha əvvəl zülm ilə doldurduqları kimi YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ.” (Sünen-i İbni Macə, 10/348)
Zülm və təcavüz, haqsızlıqla dolu olan DÜNYA O (HZ. MEHDİ) GƏLDİKDƏN SONRA ƏDALƏTLƏ DOLUB DAŞACAQ. “(El Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 20)
“HZ. MEHDİNİN ZAMANINDA ƏDALƏT O QƏDƏR BOL OLACAQ Kİ, zorla alınan hər mal sahibinə geri qaytarılacaq.” (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 23)
“ONUN (HZ. MEHDİNİN) ƏDALƏTİ HƏR YERİ ÖRTƏCƏK və insanlar arasında hz. Peyğəmbərin sünnəti ilə rəftar edəcək. Hətta birindən, mala ehtiyacı olan kim varsa çağırmağını deyəcək, o adam əmrini yerinə yetirəndə, yalnız bir adam gələcəkdir.“ (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 20)
“Hz. Mehdiyə aralarında qadınların da olduğu 314 adam beyət edəcək və hər zalım onun qarşısında məğlub olacaq. ZAMANI O QƏDƏR ƏDALƏTLİ OLACAQ Kİ, QƏBİRDƏKİ ÖLÜLƏR DİRİLƏRƏ QİBTƏ EDƏCƏK…” (əl-Kavlu’l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, səh. 22)
İnsanlar bal arılarının bəyləri ətrafından toplanması kimi, hz. Mehdinin ətrafında toplanarlar. ƏVVƏL ZÜLMLƏ DOLU OLAN DÜNYANI O ƏDALƏTLƏ DOLDURAR. ƏDALƏTİ O CÜR OLAR Kİ, YUXUDA OLAN BİR KƏS BELƏ OYANDIRILMAZ VƏ BİR DAMLA QAN BELƏ AXIDILMAZ. DÜNYA SANKİ ƏSRİ-SƏADƏT DÖVRÜNƏ GERİ DÖNƏR. (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 29)
Dünya həyatının bir günü qalsa, Allah Təala o günü uzadar, mənim Əhli-beytimdən bir nəfər göndərər. Onun adı mənim adım kimidir. Atasının adı atamın adı kimidir. ZÜLM VƏ PİSLİKLƏ DOLMUŞ DÜNYANI, ƏDALƏT VƏ DÜRÜSTLÜKLƏ DOLDURACAQ. (Büyük Fitne Mesih Deccal, Saim Güngör, Pamuk Yayınları, s. 80) (Ebu Davud ve Tırmizi / Büyük Hadis Külliyatı, Rudani, 5-ci cild, səh. 365)
“Hz. Mehdi ilə müjdələnin. O Qureyşdən və Əhli-beytimdən olan bir adamdır. O, insanların ixtilaf və ictimai sarsıntılar içində olduqları bir vaxtda çıxar. O (HZ. MEHDİ) YER ÜZÜNÜ, ÖZÜNDƏN ƏVVƏL ZÜLM VƏ TƏZYİQ İLƏ DOLDURULDUĞU KİMİ ƏDALƏT VƏ İNSAF İLƏ (mərhəmətlə) doldurar. (Hz. Ebu Said el Hudri r.a. / Ramuz El-Ehadis 1-ci cild, səh 7, No 7) Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 13)
O (HZ. MEHDİ) ƏRZƏ SAHİB OLAR VƏ ÖZÜNDƏN ƏVVƏL TƏZYİQ VƏ ZÜLMLƏ DOLU OLAN ƏRZİ ƏDALƏTLƏ DOLDURAR. Sizdən Ona kim yetişsə, qar üzərində sürünərək də olsa gəlsin, ona qatılsın. Çünki o hz. Mehdidir. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 14) (Hz. İbn-i Mes’ud RA (Büyük Kıyamet Alametleri, 135 / 3)
Yer üzü zülm və düşmənliklə dolduqdan sonra mütləq mənim Əhli-beytimdən biri (hz. Mehdi) çıxar. DÜNYA NECƏ ZÜLM VƏ DÜŞMƏNLİKLƏ DOLUDURSA, O DÜNYANI ƏDALƏTLƏ DOLDURAR. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 11)
Məndən sonra… ƏHLİ-BEYTİMDƏN BİR NƏFƏR (HZ. MEHDİ) GƏLƏR VƏ YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURAR. (Hz. Ebdurrahman Ibni Kays r.a. / Ramuz El-Ehadis 2-ci cild, səh. 518, No 4)
“Yer üzü zülm və düşmənliklə dolmadıqca qiyamət qopmaz. DAHA SONRA ƏHLİ-BEYTİMDƏN VƏ MƏNİM SOYUMDAN BİR NƏFƏR ÇIXAR, YER ÜZÜNÜ ƏDALƏT VƏ DÜRÜSTLÜKLƏ DOLDURAR.” ((İmam-ı Ahmed, İbn’i Hibban, Hakim)
“Dünyada tək bir gün qalsa belə (qiyamət qopmadan), Allah o günü uzadacaq, adı adıma, atasının adı da atamın adına uyğun ƏHLİ-BEYTİMDƏN MÜTLƏQ BİR NƏFƏR GƏLƏCƏK, ƏVVƏL ZÜLM VƏ HAQSIZLIQLA DOLU OLAN YER ÜZÜNÜ ƏDALƏT VƏ İNSAFLA (mərhəmətlə) DOLDURACAQ.“(Ebu Davud ve Tırmizi / Büyük Hadis Külliyatı, Rudani 5-ci cild, səh 365)
Şübhəsiz ki, ərz haqsızlıq, kədər və zülmlə dolacaq. Zülm, haqsızlıq və kədərlə dolduğu o zaman, ALLAH ƏHLİ-BEYTİMDƏN ADI MƏNİM ADIMDA, ATASININ ADI ATAMIN ADINDA BİR NƏFƏRİ GÖNDƏRƏR VƏ O, DÜNYANI ƏDALƏTLƏ DOLDURAR. (Hz. Muaviye Ibni Kur’an r.a. / Ramuz El-Ehadis 2-ci cild, səh 346, No 6)
Dünyadan yalnız bir gün qalmış olsa belə, Allah Təala mütləq, zülm, haqsızlıq və kədərlə doldurduğu YER ÜZÜNÜ DÜZGÜNLÜK VƏ ƏDALƏTLƏ DOLDURMAQ VƏ ADI ATAMIN ADINA UYĞUN GƏLƏN MƏNDƏN (ƏHLİ-BEYTİMDƏN) BİR NƏFƏRİ GÖNDƏRMƏK ÜÇÜN O GÜNÜ UZADAR.” (Ebu Davud və Tirmizi)
Əli ibn Əbu Talib (r.ə)-dən rəvayət edilmişdir. Rəsulullah (s.ə.v) belə buyurmuşdur: “Dünyada bir gündən başqa qalmasa belə, Allah əvvəldən zülmlə doldurduğu kimi ONU ƏDALƏTLƏ DOLDURACAQ ƏHLİ-BEYTİMDƏN BİR NƏFƏRİMÜTLƏQ GÖNDƏRƏRDİ.” (Əbu Davud tahric etmişdir.) (FiZilali’l- Kuran’da Kıyamet ve Alametleri, Ahmed Faiz, 1993, səh. 113)
“Ya Abbas, bu işi Allah mənimlə başlatdı. Sənin sülaləndən biri ilə bitirəcək. O CAVAN (HZ. MEHDİ) DÜNYANI ƏVVƏLCƏ ZÜLMLƏ DOLDUĞU KİMİ TƏKRAR ƏDALƏTLƏ DOLDURACAQ…” ((Hz. Ammar İbn-i Yaser RA (Büyük Kıyamet Alametleri, 498/1)
YER ÜZÜ ZÜLM VƏ İŞGƏNCƏ YERİNƏ ƏDALƏTLƏ DOLACAQ. (HZ. MEHDİ) HƏR ŞEYİ HAQQ VƏ ƏDALƏT ÖLÇÜLƏRİYLƏ BƏRABƏR BİR ŞƏKİLDƏ PAYLAYACAQ. Beləcə, yer və göy sakinləri ondan razı olduqları kimi, havadakı quşlar, meşədəki yırtıcı heyvanlar, dənizdəki balıqlar belə məmnun olacaqlar.(İmam Suyuti, Qiyamət Əlamətləri, Ölüm və Diriliş, səh. 1699, səh. 175)
…Əbu Həmzəi-Somalidən: Bir gün İmam Məhəmməd Baqir əleyhissalamın yanında oturmuşdum. Yanındakılar dağılıb getdikdən sonra mənə belə buyurdu: “Ey Əbu Həmzə! Allahın yanında dəyişməyəcək qəti hökmlərdən biri hz. Mehdimizin qiyamıdır… YER ÜZÜ ZÜLM VƏ CƏFA İLƏ DOLDUQDAN SONRA ƏDALƏT VƏ BƏRABƏRLİKLƏ DOLDURACAQ HZ. MEHDİ… (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 90-91)
…Abdi Xeyirdən: Əmirəlmöminin Əli ibn Əbu Talib əleyhissalamın belə buyurduğunu eşitdim: “Rəsulullah (səllallahu əleyhi və alih) mənə belə buyurdu:“…(HZ. MEHDİNİN) Adı mənim adım, YER ÜZÜ ZÜLM VƏ CƏFA İLƏ DOLUNCA ÇIXACAQ VƏ ONU ƏDALƏT VƏ BƏRABƏRLİKLƏ DOLDURACAQ.” ((Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 97-98)
İmam Zeynalabdin əleyhissalamın nəvəsi Əli ibn Ömər deyir ki: İmam Əbu Abdullah, Cəfəri Sadiq əleyhissalam belə buyurdu: “MƏNİM ÖVLADLARIMDAN OLAN QAİM (HZ. MEHDİ)… YER ÜZÜNÜ ZÜLM VƏ CƏFA İLƏ DOLDUĞU KİMİ ƏDALƏT VƏ BƏRABƏRLİKLƏ DOLDURACAQ.” (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 217)
İshaq ibn Qalibdən: İmam Cəfər Sadiq əleyhissalam hz. Mehdinin hal və xüsusiyyətlərini izah edən bir xütbəsində belə buyururdu:“NURU, MƏŞHUR ŞƏFASI İLƏ AÇIQ, HAQQ VƏ AŞKAR BİR BƏYANLA ƏDALƏTİ TƏTBİQ EDƏR.” (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 267)
Cabir ibn Abdullah Ənsarı deyir ki:“VƏ YER ÜZÜ ZÜLM, HAQSIZLIQ, ŞƏR İLƏ DOLDUĞU KİMİ HZ. MEHDİ ONU ƏDALƏT, BƏRABƏRLİK VƏ NUR İLƏ DOLDURACAQ.” (Şeyx Məhəmməd b.İbrahimi Numanı, Gaybeti Numanı səh. 278)
…İbni Əbu Həmzədən:“ONA (HZ. MEHDİYƏ) ƏDALƏT, İNSAF (mərhəmət) VƏ LÜTFKARLIQ (yaxşılıq etmə) SİFƏTLƏRİ HƏDİYYƏ EDİLMİŞDİR.” (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 287)
Hişam ibn Salam deyir ki: İmam Cəfər Sadiq əleyhissalam belə buyurdu:“Hz. Mehdinin zühuruna qədər xalqın hər sinfi xalqa hökm edəcək. Belə ki, artıq heç kim “əgər biz hökumət qursaydıq, ədaləti tətbiq edərdik” deyə bilməyəcək. DAHA SONRA QAİM (HZ. MEHDİ) ƏLEYHİSSALAM HAQQ VƏ ƏDALƏT İLƏ QİYAM EDƏCƏK.” (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 322)
Fəzl ibn Yəsar belə deyir: İmam Cəfər Sadiq əleyhissalamın belə buyurduğunu eşitdim: “ALLAHA AND OLSUN Kİ, EYNİLƏ İSTİ VƏ SOYUĞUN EVLƏRİNƏ DOLDUĞU KİMİ HZ. MEHDİNİN ƏDALƏTİ DƏ ONLARIN EVİNƏ DOLACAQ.” (Şeyx Məhəmməd b.İbrahimi Numanı, Gaybeti Numanı səh. 351)
“Hz. Mehdi mənim Əhli-beytimdən və mənim nəsilimdəndir. O (HZ. MEHDİ), YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ.” (Ölüm, Kıyamet, Ahiret ve Ahir Zaman Alametleri, İmam Şarani, Bedir Yayınevi, səh. 438, (816))
“HZ. MEHDİ ƏDALƏTLİ BİR HAKİM OLARAQ ÇIXACAQ…”(El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 31)
HZ. MEHDİ (Ə.S)-IN ƏDALƏTİ ELƏ OLACAQ Kİ, HEÇ KİMƏ, HEÇ BİR ŞEYDƏ, HEÇ BİR ŞƏKİLDƏ HAQSIZLIQ EDİLMƏYƏCƏK. (Kafi, 4-cü cild, səh. 427)
Hz. Mehdi (ə.s)-ın mühakimə və hökmlərində, hökumətində HEÇ KİMƏ BİR İYNƏ UCU QƏDƏR BELƏ ZÜLM VƏ HAQSIZLIQ EDİLMƏYƏCƏK VƏ HEÇ KİM TƏHQİR EDİLMƏYƏCƏK. (El-Mehdiyy-il Mev’ud, 1-ci cild, səh. 280, 283, 284)
HZ. MEHDİ (Ə.S) ƏDALƏT ÖLÇÜ VƏ TƏRƏZİSİNİ XALQIN ARASINDA BURAXACAQ VƏ BELƏCƏ KİMSƏ, BAŞQA BİRİNƏ ZÜLM EDƏ BİLMƏYƏCƏK.” (əl-Mehdiyy-il Mev’ud, 1-ci cild, səh. 280, 283, 284)
“Hz. Mehdi (ə.s) qiyam edəndə -bəzi çətinliklər və döyüşlər çıxdıqdan sonra- ZÜLM VƏ HAQSIZLIĞI ORTADAN QALDIRACAQ VƏ YER ÜZÜNÜN HƏR YERİNİ ƏDALƏTLƏ DOLDURACAQ.” (Bihar’ül Envar, 51-ci cild, səh. 146)
“(HZ. MEHDİ (Ə.S)) HEÇ KİMİ BAŞQASINDAN ÜSTÜN TUTMAYACAQ.” (əl-Mehdiyy-il Mev’ud, 1-ci cild, səh. 264, 275, 277, 285, 287, 288, 311, 318, 2-ci cild, səh. 11)
Əbu Səid Hudri də Peyğəmbər (s.ə.v)-in minbər üzərində belə buyurduğunu nəql edir: “Əhli-beytimdən olan vəd edilmiş HZ. MEHDİ (Ə.S) AXIRZAMANDA ZÜHUR EDƏCƏK. Göy ona yağışını yağdıracaq və yer ona bitkilərini bitirəcək. İNSANLAR YER ÜZÜNÜ ZÜLMLƏ DOLDURDUQDAN SONRA O YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ.” (Bihar-ul Envar, 51-ci cild, səh. 74, İsbat-ul Hudat, cild 7, səh. 9)
HZ. MEHDİ (Ə.S) BÜTÜN QƏM VƏ ZÜLMƏTLƏRİ ARADAN QALDIRACAQ GÜNƏŞDİR. Lütfkarlığı çox bərəkətli bir yağış kimidır. (Muhammed B. Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, səh. 188)