Header

Hz. Mehdi (ə.s) yəhudilərə Tövratla, xristianlara da İncillə hökm edəcək

Aa4a

Hz. Mehdi (ə.s) yəhudilərə Tövratla, xristianlara da İncillə hökm edəcək

Cabir ibn Yezid əl-Cofi, İmam Məhəmməd Baqirdən rəvayət edir:“…Hz. Mehdi (ə.s)-ın hz. Mehdi (ə.s) deyə adlandırılmasının səbəbi budur ki, gizli bir işə doğru istiqamətləndiriləcək, Tövrat və digər səmavi kitabları Antakyada bir mağaradan çıxardacaq və YƏHUDİLƏR ARASINDA TÖVRATLA, XRİSTİANLAR ARASINDA İNCİLLƏ HÖKM EDƏCƏK.” (əl-Mehdiyy-il Mev’ud, 1-ci cild, səh. 254-255)

“Ona hz. Mehdi (ə.s) deyilməsinin səbəbi – Şamda olan dağlardan birinə yönəlməsidir. Oradan (HƏQİQİ) TÖVRAT KİTABLARINI ÇIXARACAQ, YƏHUDİLƏRƏ QARŞI DƏLİL GƏTİRƏCƏK.” (Suyuti, əl-Havi li’l Feteva, II. 81)


R0340

Harun ibn Maruf; Zamra ibn Rabiyədən, Abdullah ibn Şevzəbdən rəvayət edir: “Şübhəsiz ki, hz. Mehdi (ə.s), “Mehdi (ə.s.)” deyə adlandırılmışdır. Çünki O, Şam dağlarından bir dağa doğru hidayət olunar (istiqamətləndirilər), “TÖVRAT” KİTABLARINI (DƏRİLƏRİNİ) ORADAN ÇIXARDAR VƏ ONLARA ƏSASLANARAQ YƏHUDİLƏRLƏ MÜZAKİRƏ EDƏR VƏ (NƏTİCƏDƏ) BİR DƏSTƏ YƏHUDİ ONUN ƏLİYLƏ MÜSƏLMAN OLAR.

http://www.ahirzaman.net/mehdi_ahirzaman07.html#81

Ona “Mehdi (ə.s)” deyilməsinin səbəbi budur; o, yəhudilərin həcc etdiyi Şam dağlarından bir dağın içindəki TÖVRATA DAİR KİTABLARI ÇIXARAR VƏ YƏHUDİLƏRDƏN BİR CAMAAT ONUN ƏLİYLƏ MÜSƏLMAN OLAR. (Celaleddin SuyutininTasnifinden Hadisler, AhirZaman Mehdisinin Alametleri, Müellif Ali bin Hüsammeddin elMuttaki, Kahraman Neşriyat Kitabevi, səh. 77)

R0370Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) Axırzamanda gələcək hz. Mehdi (ə.s)-ın Tövratı açıqlayacağını bildirir. Allahın izniylə Tövratın dəyişdirilmiş qisimlərindən təmizlənilməsi və Qurana uyğun qisimlərinin ortaya çıxarılması, hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən biridir.

Hz. Mehdi (ə.s) zühur edəndən sonra insanlara, Allah qatından göndərildikdən sonra bəzi pis niyyətli insanlar tərəfindən bəzi hissələri dəyişdirilmiş Tövratın Qurana uyğun olan əslini izah edəcək. Hətta beləcə, bir qisim yəhudi də müsəlman olacaq.

Arabir, hədisdə bildirilən ifadələrin həqiqi mənası düşünülərək, insanların mağaralarda Tövrat axtardıqlarına da rast gəlinir. Ancaq rəvayətlərdən, Tövrat və İncilin Allah qatından vəhy edilmiş haqq olan mətnlərinin ancaq hz. Mehdi (ə.s) dövründə tapılacağı aydın olur.

Ancaq bununla yanaşı, “Həqiqi Tövrat” əsl olaraq günümüzdəki Tövratın içində gizlidir. Hz. Mehdi (ə.s) da insanların gözündən qaçmış, gizlənmiş həqiqi Tövratı, dəyişdirilmiş Tövratın içindəki sonradan əlavə olunmuş azğın və səhv izahları çıxararaq ortaya qoyacaq. (Doğrusunu Allah bilir.)

Hz. Mehdi (ə.s) eyni şəkildə xristianları da İncildəki Qurana uyğun olan hökmlərə çağıracaq.

Yəhudilərə Tövratın əsliylə, xristianlara da İncilin əsliylə hökm edilməli olduğunu Uca Rəbbimiz Allah bizlərə Quranda açıq-aydın bildirir:

Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla (Tövratdan ələ gəlib çatan ayələrlə) hökm edərdilər. Onlar ona şahiddirlər. İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər! (Maidə surəsi, 44)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313