Hörmətli Adnan Oktarın 23 yanvar 2013-cü ildəki söhbətindən Hicr surəsi ilə bağlı izahları.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Hicr surəsi, 6 – “Həqiqətən sən bir dəlisən” dedilər” deyir Peyğəmbərimiz (s.ə.v)-ə. “Ey özünə Kitab nazil edilən Məhəmməd, həqiqətən sən bir dəlisən” dedilər.”Deməli, hz. Mehdi (ə.s)-a da dəlisən deyəcəklər, inşaAllah.
8 – “Haqq olmadan Biz mələkləri endirmərik” deyir Allah. “O zaman da onlara möhlət verilməz.” Hz. Mehdi (ə.s)-ın başının üstündə mələk olacaq deyirlər, o mələk görünməz bir mələkdir. Mələk yanında dayanır. Cübbəli nə deyir; “Yox, görünəcək” deyir. Halbuki, Allah, görünməz olduğunu bildirir, “O zaman da onlara möhlət verilməz” deyir, yəni mələk endisə, onsuz da qiyamət qopur, görünərsə. Onun xaricində mələklər görünməzlər.