Hörmətli Adnan Oktarın 18 fevral 2013-cü ildəki söhbətindən Nisa surəsi ilə əlaqədar şərhlər.
ADNAN OKTAR: Nisa surəsi 65-ci ayə. Şeytandan Allaha sığınıram; “Xeyr elə deyil” deyir Allah, rədd edir, “Rəbbinə and olsun,” and içir Allah, “aralarında çəkişdikləri şeylərdə” məsələn məzhəb mövzularında hansı mövzuda çəkişirsə, razılaşa bilmirsə, “səni hakim edib” müsəlmanların lideri kimsə ona işarə edir Allah. Peyğəmbərimiz (s.ə.v)-ə işarə var burada amma əsrimizdə müsəlmanların lideri kimsə, bir dənə lideri olması lazımdır, ona xitab var. Baxın, “Səni hakim edib” səni hakim edib, müsəlmanların hakimi olaraq, ədaləti təmin edən olaraq. Hz. Mehdi (ə.s)-ın bir xüsusiyyəti nədir? Hakimlik.
Nə deyir Bədiüzzaman; “Həm ən böyük bir müctəhid, həm ən böyük bir mücəddid, həm hakim, həm mehdi, həm mürşid, həm qütbü-əzəm olaraq bir şəxsi-nuranini göndərəcək və o şəxs də Peyğəmbərimizin Əhli-beyti olacaq.” Baxın nə deyir ayədə Allah; “Səni hakim edib,” hakim edib, “sonra sənin verdiyin hökmə,” hakim olaraq verdiyin, ədalət paylayan biri olaraq verdiyin hökmə, məhkəmə hökmünə”içlərində heç bir sıxıntı duymadan” ürəyində heç bir sıxıntı duymadan, “tam bir təslimiyyətlə təslim olmadıqca, iman etmiş olmazlar.” Onun üçün hz. Mehdi (ə.s)-a tabe olanlar necə olacaqlar? İçlərində heç bir sıxıntı duymadan verdiyi hökmə tam təslimiyyətlə təslim olacaqlar. O zaman dünyada heç bir anlaşılmazlıq olmayacaq.
Şiə, Ələvilik, Sünni, vəhhabiləri çəkişməsi, bu ayənin hökmüylə ortadan qalxmış olur. Hz. Mehdi (ə.s)-ın hakim olması, ədalət paylayan olması və hökmünə hər kəsin razılaşmasıyla, o çətinlik, o gərginlik qalxır. Amma bu zaman, hər başdan ayrı bir şərh gəlir. İran ayrı bir şey söyləyir, Səudiyyə Ərəbistanı ayrı şey söyləyir, Mərakeş, Tunis, Əlcəzair, Liviya ayrı söyləyir, bir çoxu özünü alim bilir, “ən ağıllı mənəm” deyir, “ən doğru bilən mənəm” deyir və heç kimin hökmü heç kimi tutmadığı üçün, möhtəşəm bir anarxiya və çəkişmə olur. Heç bir şəkildə hökm oturmur. Allah bunun düz olması üçün, bu ayəni endirmişdir Allah.
Şeytandan Allaha sığınaram; “Xeyr elə deyil” deyir Allah. Qəbul etmir sistemlərini. “Rəbbinə and olsun” Allaha and içirəm deyir, “aralarında çəkişdikləri şeylərdə, məzhəblər, camaatlar, anlaşılmazlıqlar hər mövzularda, “səni hakim edib” hakim edib, sonra sənin verdiyin -məhkəmə- hökmünə” ədalət hökmünə, “içlərində heç bir sıxıntı duymadan tam bir təslimiyyətlə təslim olmadıqca, iman etmiş olmazlar.” İmanlı sayılmazlar deyir Allah, imanınızı qəbul etmərəm deyir itaət etməsəniz imamınıza. Hz. Mehdi (ə.s)-a imanın və itaətin necə olacağını Allah göstərir. İman deyərkən, inanc yəni, inşaAllah.
61-“Onlara: “Allahın endirdiyinə və elçiyə gəlin” Qurana və Allahın Mehdisinə gəlin, tabe olun deyildiyində, “o münafiqlərin” yəni müsəlman görünən saxtakarların. Xarici müsəlman görünür amma içi saxtakar, “səndən qaça bildiklərincə qaçdıqlarını görərsən.” Gücü çatdığı qədər, nə qədər qaça bilirsə, o qədər qaçır. Münafiqlərin xüsusiyyəti olaraq Allah ifadə edir. “Qaça bildikləri qədər qaçarlar” deyir.
59-“Ey iman edənlər, Allaha itaət edin; elçiyə itaət edin və sizdən olan əmr sahiblərinə də.” Əmr sahibi nədir? Hz. Mehdi (ə.s). Hz. Mehdi (ə.s)-a itaətin fərz olduğunu açıqlayan Quran ayəsi. ‘Quranda yox’ deyir. Var, açıqlayır Allah. “Ey iman edənlər, Allaha itaət edin;” Qurana uyun, “elçiyə itaət edin” Peyğəmbər (s.ə.v) itaət edin, “və sizdən olan” müsəlmanlardan olan “əmr sahiblərinə də.” Bir çox əmr sahibi gəldi bu ana qədər. Son əmr sahibi kimdir? Hz. Mehdi (ə.s).
“Əgər bir şeydə anlaşılmazlığa düşsəniz” məzhəblər, camaatlar, qrupların ayrılığı “artıq onu Allaha və elçisinə çevirin.” Yəni Qurana və Peyğəmbər (s.ə.v)-in sünnəsinə uyğun hala gətirin. “Əgər Allaha və axirət gününə iman edirsinizsə. Bu, xeyirli və nəticə baxımından daha gözəldir.” Yəni, Allaha demək, Qurana uyğun gəlmək. Elçisi, yəni o dövrdə elçi hökmündə olan yəni, imam olan kim? Hz. Mehdi (ə.s). Hz. Mehdi (ə.s)-a tabe ol deyir Allah. “Əgər Allaha və axirət gününə iman edirsinizsə.”
Həqiqətən imanlı, səmimi imanlısınızsa, “bu xeyirlidir” deyir bax, Allah. O biri xeyirsiz. İtaətsiz olsa xeyirsiz. İmamın olmazsa xeyirsiz olur. “Xeyirli, nəticə baxımından daha gözəldir. “O birində nəticə baxımında bir gözəllik olmur. Burada “nəticə baxımından gözəldir” deyir Allah. Baxın, “əgər bir şeydə anlaşılmazlığa düşsəniz, onu Allaha və elçisinə” yəni Qurana və əsrin mehdisi kimsə ona, inşaAllah mövzunu gətirin deyir. “Onlar o hökmü versinlər.” Ona görə hərəkət edin. Ayrılıb ayrı başlar, ayrı düşüncələr inkişaf etdirməyin. Hər kəs özbaşına hərəkət etməsin. Bir adama uyun, xeyirli olsun deyir Allah.
58-“Şübhəsiz Allah, sizə əmanətləri əhlinə (sahiblərinə) təslim etmənizi istər” deyir Allah. İslam Birliyinin başına keçəcək adam kimdir? Hər hansı bir kimsə olmaz. Kimə? Əhlinə, əhli olan kimsəyə təslim edilməsi lazımdır. Sahibinə. Kimdir? Sahibüzzaman (ə.s). Dünyanın rəhbərliyi bir əmanətdir. Bunu, bu əmanəti “əhlinə sahiblərinə” deyir baxın, Sahibüzzaman “təslim etmənizi” yəni bu mövzuya işarə edir ayə, “və insanlar arasında hökm etdiyinizdə” hakimlik etdikdə. Hər dövrdə imamlar hakimlik etmiş.
Sevgini, ədaləti, sülhü gətirmək üçün hakimlik bu. Cinayət-günah cəza iddiaları deyil. Bax “insanlar arasında hökm etdiyinizdə.” Məzhəblər arası qarışıqlıq, döyüş, müsəlman arasında döyüş varsa, “hökm etdiyinizdə ədalətlə hökm etmənizi əmr edir.” Tam bir hakim olaraq, tam bir ədalətlə hökm etmənizi əmr edir. Ən aşkar xüsusiyyəti nədir? Ədalət paylaması, hakim olması. “Bununla Allah sizə nə gözəl öyüd verir.” Nə gözəl öyüd deyir Allah. “Doğrusu Allah eşidəndir görəndir.” Bu an danışırıq eşidir Allah. Bu zaman bizim fəaliyyətlərimizi də görür Allah.