Hörmətli Adnan Oktarın 18 fevral 2013 tarixli söhbətindən Ali İmransurəsi ilə əlaqədar şərhlər.
ADNAN OKTAR: Şeytandan Allaha sığınaram. Ali İmran surəsi 194:“Ey Rəbbimiz! Elçilərinə vəd etdiklərini bizə ver.”Elçilərinə nə vəd edir Allah? Dünya hakimiyyəti, gözəllik, xoşluq.Kimlərə vəd etdi? Hz. Süleyman (ə.s)-a, yerinə yetirdi.Hz. Zülqərneyn (ə.s)-a, yerinə yetirdi. Hz. Yusif (ə.s)-a böyük bir güc və mülk verdi. Yəni, dünya hakimiyyəti. Əbcədi neçədi bilirsinizmi? 2023. Dövlətin açıqladığı tarix. Hökumət 2023 deyir onsuz da. Bölgədə hakim olacağımız, İslam Birliyinin meydana gələcəyi tarix, inşaAllah.
Ali İmran surəsi 200:“Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin.”Növbələşin demək, davamlı Allah yolunda mübarizə edərk ən müəyyən yerlərdə olun, toplanın və səy göstərin.“Allahdan qorxun ki, bəlkə nicat tapasınız!”Səbir edin və səbirdə yarışın. Dərhal olub bitsin deyir bəzi qardaşlarımız, səbir etmək əhəmiyyətlidir.
Ali İmran surəsi 64 – Şeytandan Allaha sığınıram: “De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin” La İlahə İlla Allaha gəlin. Deməli, təbliğ edərkən xristianları, yəhudiləri bir mövzuda razı salmağa çalışacağıq:”La İlahə İlla Allah”. Yəhudilər onsuz da “La İlahə İlla Allah” deyirlər. Xristianlara da “La İlahə İlla Allah” dedirtmək. Əbcədi 1979 – hz. Mehdi (ə.s)-ın çıxış tarixini verir. İstəyənlər, baxa bilərlər. Bu neçənci dəfədir Quranda. Hz. Mehdi (ə.s) ilə əlaqədar tarixlərdə, tam 1979 tarixini verir, hz. Mehdi (ə.s)-ın çıxış tarixini verir.
Ali İmran surəsi 20 – Şeytandan Allaha sığınaram: “De: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!”” hz. Mehdi (ə.s)-a kim tabe olursa, ona da işarə var. Qurana, İslama təslim etdim. Əbcədi 2028 tarixini verir.İslamın hakimiyyət illəri, inşaAllah.