Hörmətli Adnan Oktarın 18 fevral 2013-cü il tarixli söhbətindən Bəqərə surəsi ilə əlaqədar açıqlamalar.
ADNAN OKTAR: Bəqərə surəsi 24-cü ayə:“Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib!”
Məsələn, hz. Süleyman (ə.s)-ın kiçik bir birliyi var idi, hakim oldular, dünya hakimiyyəti oldu. Hz. Zülqərneyn (ə.s)-ın kiçik bir birliyi var idi, dünyaya hakim oldular. Talut-Calut hekayəsində də, məsələn, Talutun kiçik bir ordusu var idi, 313 nəfər idi, amma Calutun minlərlə nəfərlik ordusunu yox etdilər. Əhli-Bədrdə Peyğəmbərimiz (s.ə.v)-in yanında 313 nəfər var idi, küfr isə minlərlə idi, yox etdilər. “Allah səbir edənlərlə bərabərdir.”Əbcədi; 2010 tarixini verir. B’diüzzaman nə deyir; “İndi xatirə gəldi ki, əgər şəddəli “lamlar” və “mim” iki dəfə sayılsa, bundan bir əsr sonra zülməti dağıdacaq şəxslər isə, həzrəti Mehdinin şagirdləri ola bilər” deyir. “1910 tarixinə yüz il əlavə edin” deyir Bədiüzzaman, “hz. Mehdi (ə.s)-ın tələbələrinin dövrünü verər” deyir. 1910-un üzərinə 100 əlavə etsək, 2010 edir, inşaAllah.