İçeriğe geç

Quranın Allahın qoruması altında olduğunu bildirən ayələrin təfsiri

Hörmətli Adnan Oktarın 1 dekabr 2013-ci il tarixli söhbətindən Quranın Allahın qoruması altında olduğunu bildirən ayələrin şərhi.

Adnan Oktar: Allah Təala Hicr surəsinin 9-cu ayəsində belə deyir: Şeytandan Allaha sığınıram; “Şübhəsiz ki, zikri biz nazil etdik, əlbəttə, biz də onu qoruyacağıq”.

Vaqiə surəsinin 77-ci və 78-ci ayələrində belə deyilir: Şeytandan Allaha sığınıram;Həqiqətən, bu, ehtirama layiq Qurandır, qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır). Budur, Allah deyir ki, qorunub saxlanılmış və taledə olan bir kitabda yazılmışdır. Allah “Həqiqətən” deyir, “bu, ehtirama layiq Qurandır, qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır)” deyir. Taledə, Lövhi-məhfuzda mövcuddur. Hələ dünya yaradılmadan əvvəl Quran var idi, var olan Quran necə yox edilə bilər? Allah olduğu kimi qalır deyir. Allah deyir ki: İndi əlinizdə tutduğunuz Quranla, bu Quran eynidir, yəni Lövhi-məhfuzdakı Quran eynidir. Bu səbəblə də, nəsx edilən yeddi keçi, yeddi dəvə, məsəlləri doğru deyildir. Biz ayənin sərih açıq hökmünə baxarıq. Budur, 75-ci surənin 17-ci ayəsində belə deyilir: “Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir”. Yəni Allah deyir ki: Yaddan çıxartmaq qeyri-mümkündür, çünki: “Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması”, yəni Quranı qəlbində saxlamaq, onu mühafizə etmək “və dilinlə onun oxunması Bizə aiddir”. Allah deyir ki, Mənim gücümlə edirsən, bu insan yaddaşı ilə mümkün olmaz, ancaq mənim verdiyim məlumatla olar, məhz Peyğəmbərimiz (s.ə.v) də Lövhi-məhfuzdakı Quranı oxuyurdu. Allah ayədə deyir ki: “Yaddan çıxartmayacaqsan”, yəni onu sənin yaddaşından çıxartmayacağam. Peyğəmbərimiz (s.ə.v)-də dilini tərpədərək, yadında saxlamaq üçün səy göstərir. Allah deyir ki, səy göstərməyinə ehtiyac yoxdur, çünki onu sənin hafizəndə saxlayacaq və yaddaşından çıxartmayacağam. Sən səy göstərmə dedikdən sonra, Peyğəmbərimiz (s.ə.v)-də dilini tərpətmir və heç bir şey demir. Beləliklə, bütün ayələr Peyğəmbərimiz (s.ə.v)-in hafizəsindəydi və  o heç bir ayəni də unutmadı.

images (5)

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz