Header

Möminləri barışdırmaq ilə əlaqəli ayələrin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın 7 dekabr 2013-ci il tarixli söhbətindən möminləri barışdırmaq ilə əlaqəli ayələrin şərhi.

Adnan Oktar: (Hücurat surəsi, 10) Allah deyir ki:“Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın”. Bufərzdir, yəni möminlər arasında inciklik olduqda onları barışdırmaq fərzdir. Gücün çatdığı qədər səy göstərəcəksən, səbəbə sarılacaqsan, istərsə olsun, istərsə də olmasın. Amma namaz vaxtı kimi, iki müsəlman camaatı, qrup mübahisə etdikdə ona müdaxilə etmək, onları barışdırmaq üçün səy göstərmək fərzdir. Sual oluna bilər ki, bu nə qədər təsirli ola bilər? Allah onu demir. Sən o ibadəti namaz kimi etməklə mükəlləfsən.

Bizim də etdiyimiz budur, həmçinin mənim də etdiyim budur. İki müsəlman qrupun barışması üçün səy göstərirəm, amma təsiri Allah meydana gətirər. Yəni, bəlkə heç bir təsiri olmaz, bəlkə çox böyük təsiri olar, bəlkə dərhal nəticə verər. Bütün güc və qüdrət Allahın əlindədir.Allahdeyirki; “Allahdan qorxun ki, sizə rəhm edilsin”, yəni ola bilsin ki, sizə rəhm edilsin və pis əməllərdən çəkinəsiniz.“Andlarınıza görə Allahın adını”, budur andlarınıza görə Allahın adından istifadə edərək, “Allahdan qorxmanıza və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin. Allah Eşidəndir, Biləndir!”

Məsələn, bəzən də and içir ki, mən bu hökuməti bir daha heç bir şəkildə dəstəkləməyəcəm. Halbuki, bax Allah deyir ki, Allahın adından istifadə edərək “Andlarınıza görə Allahın adını-deyir, yaxşılıq etmənizə, Allahdan qorxmanıza və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin, yaxşılığınız üçün Allahdan qorxun ki, sizə rəhm edilsin-deyir, Allah. (Hücurat surəsi, 10)

Allah deyirki: “Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur”. Xəlvətcə öz aralarında danışırlar. Məsələn, bir otağa girəndə xəlvətcə öz aralarında danışdıqlarını görürsən, başqa bir yerə gedirsən, yenə xəlvətcə danışırlar. Məsələn, mən açıqca danışıram, bir şey olanda açıq-açıq deyirəm. “Soruşduqları zaman onu danışdım, bunu danışdım” deyirəm. “Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin pıçıldaması isə istisnadır”. Yəni, bu təqdirdə gizlində olsa belə, insanları barışdırmaq məqsədilə danışıqlar və söhbət aparıla bilər. Məsələn, mən orada xəlvətcə danışırdım, amma indi açıq danışıram.“Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik”. (Nisa surəsi, 114)

“Möminlər ancaq qardaşdırlar” şeytandan Allaha sığınıram. Allah “qardaşdırlar” deyir. “Elə isə qardaşlarınızı barışdırın”. Bu fərzdir, namaz kimi fərzdir.

learning-quran3

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313