Hörmətli Adnan Oktarın 14 dekabr 2013-cü il tarixli söhbətindən Qələm surəsi ilə bağlı ayələrin izahları.
ADNAN OKTAR: Qələm surəsi, şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adıyla. “Nun. And olsun qələmə və qələmə alınanlara. Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən. Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat var. Həqiqətən də, sən böyük əxlaq sahibisən! Artıq yaxın zamanda sən də görəcəksən, onlar da.” İslamın hakimiyyətinə işarə edən bir ayədir eyni zamanda, Peyğəmbərimiz (s.ə.v)-ə xitab edilməklə birlikdə, açıq-aşkar Axırzamanda mehdiyyətə də işarə olunur. Çünki Peyğəmbərimiz (s.ə.v.) qələmlə yazmırdı. Qələmlə yazan hz. Mehdi (ə.s)-dır. İnşaAllah. “Nun” –deyir, bax. “Nun. And olsun qələmə və qələmə alınanlara. Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.” Çünki Peyğəmbərimiz (s.ə.v)-ə da dəlilik iddiası etdilər, hz. Mehdi (ə.s)-a da dəlilik iddiası edəcəklər. “Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat var.” Həmişə savab qazanacaqsan. Hz. Mehdi (ə.s) günahsızdır və həmişə savab qazanar. “Həqiqətən də, sən çox böyük əxlaq sahibisən.” Əxlaqı çox gözəl olacaq hz. Mehdi (ə.s)-ın. “Artıq yaxın zamanda sən də görəcəksən, onlar da.” Yəni, İslamın hakimiyyətini sən də görəcəksən, onlar da görəcəklər. Hz. Mehdi (ə.s)-ın zühurun da, hz. İsa Məsih (ə.s)-ın zühurunu da, inşaAllah.