Hörmətli Adnan Oktarın 15 dekabr 2013-cü il tarixli söhbətindən Yusif surəsi ilə bağlı izahlar.
ADNAN OKTAR: Yusif surəsi; “Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: “Yanıma gəl!” dedi. Hz. Yusif (ə.s)-ı yanına çağırır, ancaq “(Yusif) Allaha sığınıram dedi.” Qeyri-qanuni cinsi əlaqəyə çağırır, amma qəbul etmir hz. Yusif. “Çünki sənin ərin mənim ağamdır, yaxşı baxmışdır mənə. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!” Haram bir əlaqəni zülm olaraq görür, maşaAllah. Allah “And olsun qadın ona meyl etmisdi” deyir. Çünki hz. Yusif (ə.s) artıq çox gözəl gənc olmuşdu, amma eyni evdə qalırdılar. Bu da qatı dinçi olan qardaşlarımıza dəlil.
Baxın, hz. Yusif (ə.s) gənc, cavan ikən, hz. Yusif (ə.s)-ın kölə olaraq xidmət etdiyi qadın da çox dəbdəbəli və çox gözəl bir qadın idi. Dekoltə geyinən, çox xoş görünüşlü bir qadın idi. Amma, diqqət edin, eyni evdə və təkdirlər, hz. Yusif (ə.s) onunla danışır. Həmişə birlikdədirlər. “And olsun qadın ona meyl etmişdi. Əgər Yusif Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Amma yalnız “meyl etmişdi” deyir. Yəni cinsi əlaqəyə girmir. Yalnız “meyl etmişdi” deyir. “Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımızdandır.” Səmimi qullarımızdandır. Heç bir şəkildə zina etmir, Allahın ona vəhyi ilə qeyri-qanuni əlaqəyə girmir və onu qəbul etmir. Amma bax, “qadın ona meyl etmişdi” deyir, “o da qadına.”
Qadını görməsə, niyə meyl etsin ki? Deməli, bütün təfərrüatları görmüşdü, amma haram olan bir cinsi əlaqəyə girmir. Birinə meyl etmək, arzulamaq nədir? Görmədiyi bir qadını insan arzulaya bilərmi? Deməli, görüb. Görüb, çünki eyni evdə birlikdə yaşayırdılar. Çox zaman tək olurdular. “Qapıya tərəf ikisi də qaçdılar.” Mənim canım necə də şirindi, hz. Yusif (ə.s) özünü xilas edə bilmək üçün can qorxusu çəkir. “Qadın Yusifin köynəyini arxadan çəkib cırdı.” Qadın qüvvətli qadın imiş, çünki o dövrün köynəkləri çox möhkəm kətandan idi, inşaAllah. Amma şəhvətin çılqınlığından qadının gözü dönmüşdü. “(Tam) Qapının yanında qadının əri ilə qarşılaşdılar.” Təbii ki, Allah qarşılaşdırır.
“Qadın dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!” Cahil qadınlar belədir. Çoxları belədir, son dərəcə etibarsız və təhlükəlidilər. Çox mərhəmətsiz olurlar. Dərhal böhtan ata bilirlər. Qanunlar da lehlərinə işlədiyi üçün, yəni bir çox ölkələrdə qanunlar qadınların lehinə təşkil edildimişdir. Bundan da bir çox qadın sui-istifadə edərək bir sıra insanın başını bəlaya salırlar. Olmayan bir şeyi olmuş kimi göstərib başlarına bəla olurlar. Bax, qadın deyir ki; “Sənin ailənə pislik istəyənin cəzası, zindana salınmaqdan” bax, dərhal həbsə saldırmaq isdəyir. Halbuki, özü edir, “və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!” Sevgisinin olmadığı, yalnız şəhvətin dəliliyindən etdiyi açıq-aydın müəyyən olur. Sevgisi olan sevdiyinə bunu edərmi? Aydındır ki, şəhvətin vəhşiliyindəndir.
Bax, məhz burdakı mövzuda odur. Qadın Yusifə çata bilməyincə görün nə deyir? “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!” Çünki çata bilməmişdi. Çata bilməyincə qəzəb insana çirkin və səhv sözlər deməyə təhrik edə bilir və yaxud lazımsız mülahizələrə yol aça bilir. “(Yusif) Dedi: “O məni yoldan çıxarmaq istəyirdi.” Qadının yaxınlarından olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi ön tərəfdən cırılıbsa, qadın doğru deyir, o isə yalançıdır.” Massonluqda köynəyin bir qismini açırlar.
O cırılmanı müdafiə üçün, yoxsa nə üçünsə sağ çiyni açırlar. “Yox əgər onun köynəyi arxadan çəkilib cırılıbsa, bu vəziyyətdə qadın yalan danışır və o doğru deyənlərdəndir.” Hz. Yusif (ə.s)-ın da kürəyində möhürü-şərif var. Köynəyinin arxadan cırılması ilə ona da işarə vardır, inşaAllah. “Onun köynəyinin arxadan çəkilib-cırıldığını gördüyü an” burda hz. Yusif (ə.s)-ın kürəyinə də diqqət edilir. Mehdiyyətə bir işarə var təbii, hz. Mehdi (ə.s.)-ın da, bilirsiniz, kürəyində xal olacaq, inşaAllah, “(əri): “Şübhəsiz, bu sizin qadın hiylələrinizdən (biri)dir.” Deməli, qadınların bir qismi küfr içindədirsə, xüsusilə xainlik, oyun, tələ geniş şəkildə olar. Çünki kinli, qısqanc, paxıl olarlar.
Qisqanclıq insanı yolundan azdırar. İntiqam almaq üçün hər cür dəlilik edə bilər. Quran diqqətli olmağın lazımlılığına işarə edir. “Həqiqətən sizin hiyləniz böyükdür.” Yəni çox əhatəli hiylə qurmusunuz. Sizə dəstək olanlar da olar, deyir. “Yusif, sən bundan vaz keç“, “bir daha danışma” deyir. Bax, adam çox düşüncəli biridir. Başqası olsa durub vurar, onlar cahil insanlardır. O dövrün insanı ağılı başında və müsəlman kimi hərəkət edir. Deməli, müsəlman kimi davranmaq əsasdır. Vəşicəsinə bir rəftar deyil. Bax nə deyir;
“Yusif, sən bundan üz döndər.” Danışma. “Sən də günahından ötrü bağışlanma dilə.” Bax, yenə bir müsəlman kimi rəftar edir. Qadının ağızını-burnunu qırmır, durub vurmur. “Bağışlanma dilə” deyir, “doğrusu, sən günahkarlardan oldun.” Mühüm olan şeyləri deyir. Amma cahil, müşrik xarakterində olan nə edərdi? Ya qadını 32 yerindən bıçaqlayar, ya doğrayar, ya ağızını-burnunu qırar, ya da darmadağın edərdi. Buradakı bu açıq-aşkar hadisəyə baxmayaraq adam yalnız “sən günahkar oldun” deyir,”bir-birinizlə görüşməyin bir daha”. Mövzu bu qədər.
MaşaAllah, əlhəmdülillah. Yusif surəsi və digər 12 surə başdan sonadək mehdiyyəti izah edir. Kəhf surəsi xüsusilə, mehdiyyətin başlanğıcını, orta proseslərini və nəticəsini izah edir. Kiçik bir tələbə və gənc qrupu fəaliyyətə başlayar. Əvvəl gizlənər və çətin vəziyyətə düşərlər. Xalq onlara qarşı çıxar. Sonra böyük bir güc olaraq ortaya çıxarlar və onlar çıxdığı zaman artıq arxitekturada, sənətdə böyük irəliləyişlər olmuş, həyat dəyişmişdir.
Beləliklə, Xızır qissəsinə keçilər. Orada da mehdiyyətin xarici görünüşünün insanlara qəribə gələcəyi, lakin batində doğru olacağı işlənər. Sonra da Zülqərneyn qissəsinə keçilər. Yenə bütün imkanların hz. Mehdi (ə.s)-a açılacağı, hz. Mehdi (ə.s)-ın dünyanın bütün istiqamətlərinə mübarizə üçün gedəcəyini, oralarda gözəl fəaliyyətlər göstərəcəyini, texnologiyanın, misin, dəmirin geniş istifadə ediləcəyinə xüsusi olaraq işarə edər və dünya hakimiyyətini izah edər. Yusif surəsi Misirdə baş verən bir hekayədir. Allahın izah etdiyi real hadisələrdir. Yəni real hekayələrdir, real olmuş hadisələrdən ibarətdir.
Məsələn, “onu alan misirli” deyir. Ayədə də onsuz Misir olaraq keçir. (Min misra) Misirdən Misirdə (min misra) deyə keçir. “Arvadına; “ona yaxşı bax. Ola bilsin ki, bizə bir fayda verər, ya da onu övladlığa götürərik” –dedi. Beləliklə, Biz Yusifi yer üzündə yerləşdirdik.” Bu mehdiyyətin hakimiyyətini izah edən bir ifadədir, “ona sözlərin şərhindən elm öyrətdik. Allah əmrində qalib olandır.” Bu cümlənin əbcədi 2014-cü il tarixini verir. Deməli, 2014-cü ildə Misirdə bəzi dəyişikliklər olacaq. “Allah əmrində qalib olandır.” (Allah qalibdir, and olsun qalibdir) “Allah qalib olandır.” Yəni Allahın qalibiyyəti mövzundan bəhs olunacaq, inşaAllah. 2014-cü ildə ümid edirik.
Ayənin işarəsindən elə görsənir. “Ancaq insanların çoxu bunu bilməzlər.” 2.2.22 “yetkinlik çağına çatınca (Yusifə) hökm və elm verdik.” Hökm-hökm etmək. Hz. Mehdi (ə.s)-ın xüsusiyyəti nədir? Hökm etmək xüsusiyyəti var. “Və elm verdik, məhz biz yaxşılıq edənləri belə mükafatlandırarıq.” Ledün elmi də daxil hər cür elm. “Evində qaldığı qadın ona meyl etdi və qapıları bağlayaraq” təbii bu ayələrdə söz-söz bəzi şifrələr verilər. Gizli şifrələr, məsələn, deməli, Misirdə qapılar bağlanacaq, müsəlmanlara əksik görünəcək, qapılar bağlanacaq. Elə Misirdə hal-hazırda edilən budur. Bir çox yerin, tunelin qapısı bağlanılır, müsəlmanlar bir-birləriylə əlaqələrini ortadan qaldırırlar. Misir xüsusilə qapıları bərk bağlayır. Xaricə də, müsəlmanlara da qapılarını bağladı, burdakı ifadə buna da bir işarə kimi görünür.