Hörmətli Adnan Oktarın 24 dekabr 2013-cü il tarixli söhbətindən bağışlamaq haqqında olan ayələrin şərhi.
ADNAN OKTAR: Allah, 4-cü surənin 99-cu ayəsində belə buyurur: “Ola bilsin ki, Allah onları əfv etsin. Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır.” 4-cü surənin 149-cu ayəsi, şeytandan Allaha sığınaram:“Bir pisliyi bağışlasanız, (bilin ki) Allah əfv edəndir, (hər şeyə) Qadirdir.” Hətta, Allah, 5-ci surənin 13-cü ayəsində: “İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən.”–deyə buyurur. Xəyanət nə deməkdir? Xainlikdir. “…Sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və (təqsirlərindən) keç.” –deyir Allah. Yəni, “xainlik etsələr də, yenə də onları bağışla. Fikir vermə, diqqət yetirmə, maraqlanma.”“Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir.” –deyir Allah.Yəni, yaxşılıq edənlər onsuz da qorunacaq. Allah onları qoruyacaq.7-ci surənin, 199-cu ayəsində Allah belə buyurur: “Sən bağışlama (yolunu) tut, (İslama uyğun) yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər.””(İslama uyğun) yaxşı iş görməyi əmr et” –deyir Allah. Yəni, insanlara İslama uyğun olan işləri, Qurana uyğun olanı əmr et və “cahillərdən üz döndər”, yəni cahillərlə həmsöhbət olma, onlarla mübahisə etmə. Allah, 24-cü surənin 22-ci ayəsində belə buyurur: “Qoy aranızda olan fəzilət və sərvət sahibləri…” Diqqət edin“fəzilət və sərvət sahibləri”deyilir. “…Qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar.” –deyir Allah. Yəni həm maddi kömək etsinlər, həm bağışlasınlar, həm də xoşməramlı olsunlar, günahı olsa belə gülərüzlə qarşılasınlar. Bağışlayın, xoşməramlı olun. Yəni səhv edə bilər, mühakimə etməyə ehtiyac yoxdur. Əksinə, onu qurtarmağa çalışın, ona qurtuluş yolu göstərin, əzməyə çalışmayın. “Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!“-deyir Allah. Yəni, Allahın bağışlamasını istəyirsinizsə siz də bağışlamalısınız. İntiqamçı olmamalısınız. Məsələn, dünyəvi cəzası nədirsə onu alar, bununla da kifayətlənər, artıq buna görə kin saxlamağa, ədavət aparmağa ehtiyac yoxdur. Sonra tövbə edər, qardaşın olar.