O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və Onun Elçisi bizə ancaq yalan vədə vermişdir “-deyirdilər. (Əhzab surəsi, 12)
Allah, Quranda, qəlblərində xəstəlik olanların“Allah və Onun Elçisi bizə ancaq yalan vədə vermişdir” deyəcəklərini bildirmişdir. Bu ayə işarəli mənada, hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın gəlişindən ümidini kəsənlərin vəziyyətinə də işarə edir. Çünki bu insanlar, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bildirdiyi kimi “hz. İsa və hz. Mehdi (ə.s)-ın gəlişini inkar edir” və Peyğəmbərimiz (s.ə.v)-in də buna aid sözlərinin guya “əsassız olduğunu” iddia edirlər. Hal-hazırda bir çox yerdə hz. İsa və hz. Mehdi (ə.s)-ın gəlməyəcəyi ilə əlaqədar yazılar dərc olunur, əsasən də İslam alimləri kimi tanınan bəziləri buna aid fikirlərini bildirirlər.
Halbuki, bu insanların bu cür “hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın gəlişinin həqiqət olmadığına və guya “boş bir vədə” olduğuna inanmaqları da Peyğəmbərimiz (s.ə.v.)-in reallaşacağını vəd etdiyi hadisələrdən biridir. Çünki, Peyğəmbərimiz (s.ə.v.)-in hədislərində bildirdiyi hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın gəlişlərinin yaxınlaşdığını göstərən Axırzaman əlamətlərindən biri də “hz. Mehdi gəlməyəcək, hz. Mehdi yoxdur” kimi şaiyələrin yayılmağıdır. Buna aid hədislərdən bəziləri belədir:
“İnsanların ümidsiz olduğu və “HEÇ HZ. MEHDİ FİLAN YOX İMİŞ” DEDİYİ BİR DÖVRDƏ Allah Mehdini göndərər…” [1]
“… Mehdi, Rəsulullahın bayrağı ilə, insanların başlarına bəla üstünə bəla gəldiyi və çıxışından ümid kəsildiyi bir vaxtda çıxar…” [ 2]
“… ONUN (MEHDİ (Ə.S)-IN) ZÜHURU ÜMİDSİZLİK VƏ BUNA GÖRƏ YARANAN TƏVƏKKÜLSÜZLÜK ƏSNASINDADIR.” [ 3 ]
XALQ ZÜHURDAN ÜMİDİNİ KƏSDİYİ VAXTDA O, (MEHDİ (Ə.S)) ZÜHUR EDƏCƏK! Onun dövründə yaşayıb ona kömək edənlər nə xoşbəxtdirlər! Ona düşmənçilik edən, ona və onun əmrinə müxalif çıxanların, onun düşmənlərindən olanların vay halına olsun! [ 4 ]
Davud ibn Kəsri Rıkki İmam Əbu Abdullah əleyhissalama belə dediyini bildirdi: “… Bu əmr (yəni qiyam) (hz. Mehdi (ə.s)) çox gecikdi, belə ki, ürəyimiz sıxıldı və bu böyük dərddən ölürük. Buyurdu ki: “BU ZÜHUR, ƏN ÜMİDSİZ VƏ KƏDƏRİN ƏN ÇOX OLDUĞU BİR DÖVRDƏ BAŞ VERƏCƏK. [5 ]
Axırzaman əlamətlərinin bir-birinin ardınca reallaşdığı hal-hazırda yaşadığımız bu dövr, hz. İsa (ə.s)-ın ikinci dəfə yer üzünə gəlişinin və hz. Mehdi (ə.s)-ın zühurunun çox yaxınlaşdığını göstərir. Allahın izni ilə bu iki mübarək şəxs, bütünlüklə Peyğəmbərimiz (s.ə.v)-in hədislərində ifadə edildiyi kimi zühur edəcək və İslam əxlaqını bütün yer üzünə hakim edəcəklər.
________________________________________
[1]Ali Bin Husameddin el-Muttaki, Kitab-ul Burhan fi-Alamet-il Mehdiyy-il Ahir
Zaman, s. 55
[2]Ali Bin Husameddin el-Muttaki, Kitab-ul Burhan fi-Alamet-il Mehdiyy-il Ahir
Zaman, s. 55
[3] (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, s. 274)
[4] (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, s. 301)
[5] (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani, s. 208)